Hidravlik yarılma, layın hidravlik yarılması

süxura özlü maye ( mineral yağlar, çox vaxt özlü neft, emulsiya və s.) vurmaq nəticəsində quyudibində yaranan təzyiq hesabına qazıma quyusu ətrafındakı mədən süxurlarında çatlar yaratma üsulu. Çatlar yarandıqdan sonra süxur təzyiqinin təsirindən onlar bitişməsin deyə quyuya bərk hisəcikli (qumlu) özlü maye qarışığı vurulur. H.y.-dən neft, qaz quyularının məhsuldarlığını artırmaq və s. üçün istifadə edilir. Hidro-krekinq – tərkibində kükürdlü və qatranlı birləşmələrin miqdarı çox olan, buna görə də adi katalitik üsula emal edilməyə yaramayan orta və ağır neft distilatlarının hidrogenin iştirakı ilə emalı. H. k. – 350 – 4500 C-də 3-14 mn/m2 (30-140 at) təzyiq altında aparılır və 1 m3 xamala 170- 350 m3 hidrogen sərf olunur. Hidrogen-sulfid – hidrogenin kükürdlə ən sadə birləşməsi. Rəngsiz, lax yumurta iyi verən qazdır, zəhərlidir. H.- s. neft və qaz yataqlarından çıxan sularda olur.
Hidrafon, seysmik qəbuledici
Hidravlik zərbə