HİDDƏTLİ
HİDRAVLİKA
OBASTAN VİKİ
Hidravlik maşınlar
Hidravlik maşınlar (və ya hidromaşın) daxilindən keçən mayeyə mexaniki enerji verir (nasos), ya da mayenin enerjisinin bir hissəsini götürərək faydalı iş üçün işçi maşının hidromühəriklər valının fırlanma hərəkətinə çevirirlər. Hidravlik maşınlara həcmi və pərli nasoslar, həcmi və pərli hidromühərriklər, hidroötürmələr aiddirlər. Həcmi maşınlar tsiklik olaraq maye nəql edən boru ilə əlaqədə olan işçi kameraların dəyişməsi ilə işləyir. Buna misal olaraq porşenli nasosu və hidromühərriki göstərmək olar. Pərli hidromaşınların işçi üzvləri üzərində pərlər bərkidilmiş fırlanan çarxdan ibarətdir. Enerjinin mayedən işçi çarxa və ya əksinə keçməsi çarxın pərlərinin axan maye ilə dinamik qarşılıqlı təsiri nəticəsində baş verir. Pərli hidravlik maşınlara mərkəzdənqaçma və vintli nasoslar, hidroturbinlər aiddirlər.Bunlar da hidravlik maşınların daha da təkminləşməsinə imkan yaradır.Bunlardan daha çox fizikada istifadə edlir. == İstinadlar == Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
Hidravlik press
Hidravlik pres boru ilə birləşdirilmiş müxtelif diametrli porşenləri olan iki slindirdən Silindirler mayə ilə doldurulur.Porşenlərin sahələri S1 və S2-dir və S2>S1.Kiçik porşenə perpendikulyar istiqamətdə F1 qüvvəsi ilə təsir etdikdə mayedə p=F1÷S1 tezyiqi yaranar.Paskal qanununa görə bu təzyiqi mayənin bütün nöqtələrinə verilir.Nəticədə ikinci silindirdeki porşenə maye tərəfindən F2=p×S2 F1=pхS1 qüvvəsi təsir edir.Deməli,böyük porşenin sahəsi kiçik porşenin sahəsindən neçə dəfə böyükdürsə,hidravlik pres qüvvədə bir o qədər qazanc verir.Onda, F1÷F2=S1÷S2 yəni porşenlərə təsir edən təzyiq qüvvələri onların sahələri ilə düz mütənasibdir. Fərz edək ki,birinci porşen h1 qədər aşağı düşmüş,ikinci porşen isə h2 qədər yuxarı qalxmışdır.Maye sıxılmayan olduğuna göre h1S1=h2S2 və ya h1÷h2=S2÷S1 Onda F1÷F2=h2÷h1=v2=v1 alını, Fərz edək ki,birinci porşen h1 qədər aşağı düşmüş,ikinci porşen isə h2 qədər yuxarı qalxmışdır.Maye sıxılmayan olduğuna göre h1S1=h2S2 və ya h1÷h2=S2÷S1 Onda F1÷F2=h2÷h1=v2=v1 r, yəni porşenlərə təsir edən qüvvələr onların yerdəyişmələri(sürətləri)ilə tərs mütənasibdir.
Hidravlik sıçrayış
Hidravlik sıçrayış (ing. Hydraulic jump) — hidravlika elmində, çaylar və suaşıranlar kimi açıq kanal axınında tez-tez müşahidə olunan bir hadisədir. Yüksək sürətlə sıvı(maye) aşağı sürətlə bir bölgəyə töküldükdə, sıvının səthində qəfildən artım olur. Sürətlə axan sıvı qəflətən yavaşlayır və hündürlükdə artır, bu da axının ilkin kinetik enerjisinin bir qismini potensial enerjinin artmasına çevirir. Enerjisinin birazı da çalxanmaq (türbülans) yoluyla istilik şəkilində yox olurlar. Tanımlama: Hidravlik sıçrayış, axının daşqın rejimindən (supercritical'dan) çay rejiminə (subcritical'a) keçdiyi və su səthində qəfildən yüksəliş yaradan bir hadisədir.
Hidravlik yağ
Hidravlik zərbə
Hidravlik zərbə (Su çəkici)(ing. Water hammer) boru sistemində su sürətinin sürətlə dəyişməsi nəticəsində yaranan təzyiq dalğasıdır. Suyun boruya təsiri ilə bir səs ortaya çıxır və vuruşun adı buradan gəlir. Hidravlik zərbə müxtəlif səbəblərə görə boru kəmərlərində baş verə bilər. Bunlara misal olaraq, nasos motorunun qəfil kəsilməsi, xəttin bağlanması / açılması və nasosun işə salınması kimi qaçılmaz səbəblər var. Su çəkicinin nəticəsi olaraq boru kəmərində dövri olaraq yüksək təzyiq və aşağı təzyiq dəyərləri yaranır. Boru və ya xəttdəki digər elementlər bu təzyiqlər altında zərər görə bilər. Bu səbəblərə görə boru kəmərlərinin dizaynı zamanı su çəkici hesablanmalı və xəttə zərbəni önləmək üçün elementlər quraşdırılmalıdır. == Hidravlik zərbənin hesablanması == Boruda zamandan asılı hərəkət və davamlılıq tənliklərini həll etməklə hesablana bilər. Bu tənliklər iki üsulla həll edilə bilər.
Hidravlik maye
Hidravlik yağ – aviasiya texnikası, yerüstü və dəniz nəqliyyatının ortagüclü hidravlik sistemlərində geniş iş temperatur intervalında tətbiq olunur. Nəql etmə və saxlama zamanı hidravlik mayeni hermetik konteynerlərə yerləşdirilib ya horizontal şəkildə ya da üz üstə çevrilmiş halda saxlamaq tövsiyə olunur. Belə vəziyyətdə hidravlik yağa xarici mexaniki qarışıqların və s. düşməsi və yağın istismar xassələrinin dəyişilməsi istisna olunur. Hidravlik yağları (hidravlik sistemlər üçün işçi mayelər) neft, sintetik və su-qlikollara bölünür. Təyinatına görə onları tətbiq sahəsinə uyğun bölürlər: uçuş aparatlarına, yerüstü mobil, çay və dəniz texnikası üçün; müxtəlif maşınların hidravlik əyləcləri və amortizator qurğuları üçün; müxtəlif aqreqatların hidroötürücülərin və hidroaqreqatların sirkulyasiyalı yağ sistemləri, maşın və sənaye müəssisələrin avadanlıqlarını təşkil edən maşın və mexanizmlər üçün. Hidravlik sistemlər üçün işçi mayelərin əsas funksiyası mexaniki enerjini onun yaranma mənbəyindən istifadə yerinə ona göstərilən gücün istiqamətini dəyişdirərək ötürülməsi. Hidravlik ötürücü istənilən hidravlik sistem üçün mütləq lazımi konstruksiya elementi olan maye işçi mühit olmadan fəaliyyət göstərə bilmir. Müasir işçi mayelər (hidravlik yağlar) müəyyən xassəyə malik olmalıdır: özlülüyün optimal səviyyəsinə və temperaturun geniş diapazonunda yüksək özlülük-temperatur xassəsinə malik olmalıdır, yəni yüksək özlülük indeksinə; yüksək antioksidləşdirici potensialla, həmçinin hidrosistemlərdə mayenin uzunmüddətli, uzunmüddətli işini təmin edən termiki və kimyəvi stabilliklə fərqlənməlidir; hidroötürücünün detallarını korroziyadan mühafizə etməlidir; yaxşı filtrləmə qabiliyyətinə malik olmalıdır; köpüklənməyə qarşı, deairasiya, deemulsiasiya xassələrinə malik olmalıdır; hidrosistemlərin detallarını yeyilmədən qorumalıdır; hidrosistemin materialları ilə uyğunluğu olmalıdır. Hidravlik yağların əksər kütləvi növlərini ekstraksiya və hidrotəmizlənmənin müasir texnologiya proseslərindən istifadə etməklə adi neft fraksiyalarından alınan baza yağları əsasında hazırlayırlar.
Hidravlik parçalama üsulu
Hidravlik parçalama üsulu və ya frekinq — şist nefti çıxarma üsulu. == Sağlamlığa və ekologiyaya təsiri == Frekinq üsulunda su və kimyəvi maddələr yüksək təzyiqlə qazma quyularına vurulur. Bu metod ekologiyaya, xüsusən içməli suyun çirklənməsinə səbəb ola bilər. Bu metod müxtəlif təbii kataklizmlərə səbəb olur. Frekinq metodunun tətbiqi 2013-cü ildə ABŞ-nin Ohayo ştatında çoxsaylı zəlzələlərə gətirib çıxarıb.
Hidravlika
Hidravlika qədim elm olmaqla, onun inkişafı insanların saya təlabatının ödənilməsi ilə başlanır. Bizim eradan 250 il əvvəl Arximed hidravlikanın əsas qanunlarından sayılan “cisimlərin üzməsi” qanununu vermişdir. Hidravlikaya aid ilk elimi əsər Leonardo da Vinçinin (1452-1519) suyun hərəkəti və ölçülməsi əsəridir. Sonralar bu sahəyə aid əsas işlər Qalileo Qalileyin (1564-1542), Toriçellinin (1608-1647), Blez Paskalın (1623-1642), İsaak Nyutonun (1642-1726) olmuşdur. Mixail Lomonosov (1711-1765) hidrodinamikanın əsası və təbiət qanunlarından ən mühüm sayılan “enerjinin itməməsi” qanununu verib. D. N. Bernullu (1700-1782) Rusiyada 1725-1730-cu illərdə hidrodinamikadan çox mühüm tədqiqat aparmış 1738-də “hidrodinamikanın əsasları” adlı əsər nəşr etdirmiş, 1738-də o, hidrodinamikanın əsas tənliklərindən-maye hərəkətinin tənliyini vermişdir. L. P. Eyler (1707-1783-ci ildə) ideal maye hərəkətinin diferensial tənliyini almış, buna əsasən də hidroməkanın inkişafına təkan vermişdir. == Mayelər haqqında == Mayelər hər tərəfdən sıxlığı olan arasıkəsilməyən mühitdir. O, W-ni saxlamaqla vahid formaya malik olmayan fiziki cisimdir. Maye hissəcikləri arasında əlaqə qüvvəsi, bərk cisimlərə nisbətən çox zəif olduğu üçün maye hissəcikləri axıcılıq xassəsinə malikdir.

Digər lüğətlərdə