HİDROGEOLOJİ XƏRİTƏLƏR

yeraltı suların yatım şəraitini və yayılmasını əks etdirən xəritələr; burada sulu horizontun məhsuldarlığı və keyfiyyəti, sutəzyiqli sistemin qədim bünövrəsinin ölçüləri, forması və vəziyyəti haqqında məlumatlar olur. Geoloji və tektonik xəritələr nəzərə alınmaqla hidrogeoloji planalmanın nəticələrinə əsasən tərtib edilir. Kiçik, orta və iri miqyaslı olur. Kiçik miqyaslı (1:500 000-dən kiçik) xəritələrdə ərazinin hidrogeoloji quruluşunun ən mühüm xüsusiyyətləri, hidrogeoloji hövzələrin sərhədləri, yeraltı suların təzyiq və boşalma sahələri və s. göstərilir. Orta miqyaslı (1:200 000-1:100 000) xəritələrdə əlavə olaraq müəyyən vaxt ərzində yeraltı suların vəziyyətini xarakterizə edən göstəricilər də verilir. İri miqyaslı (1:50 000-dən iri) xəritələr sulu horizont sahələrinin seçilməsi, yeraltı su ehtiyatlarının aşkar edilməsi və s. həlli üçün tətbiq edilir. Mövzusuna görə H.x. ümumi xəritələrə, əsas sulu horizontların xəritələrinə və xüsusi məqsədli xəritələrə ayrılır.
HİDROGEOLOGİYA
HİDROGEOLOJİ PLANALMA
OBASTAN VİKİ
Xəritələr
Xəritə — Yer kürəsi və ya digər planetlərin bütövlükdə və ya ayrı-ayrı hissələrinin iki və ya üçölçülü şərti işarələrlə kiçildilmiş təsviridir. Xəritənin məqsədindən və miqyasından asılı olaraq, orada təsvir olunacaq obyektlərin seçilməsinə və ümumuləşdirilməsinə kartoqrafik generalizasiya deyilir. Xəritə ərəb mənşəli söz olub (خريطة) yer səthinin coğrafi vəziyyətinin kağız və s. üzərində təsviri mənasını verir. Ərazi əhatə etməsinə görə xəritələri 3 qrupa bölürlər: Dünya və yarımkürələrin xəritələri; Materik və okeanların xəritələri; Dövlətlərin və onların hissələrinin xəritələri. Məzmununa görə xəritələr ümumcoğrafi və tematik xəritələrə bölünürlər. Ümumcoğrafi xəritələrdə – yer səthinin ümumi mənzərəsi əks etdirilir. Tematik xəritələrdə – hər hansı bir təbii komponent hadisə daha aydın təsvir olunur (məsələn: iqlim, geologiya). Xəritələr bir çox xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Miqyasına görə xəritələr şərti olaraq 3 qrupa bölünür: Miqyası 1:200000 və ondan böyük olan (1:50000, 1:25000, 1:10000) böyük miqyaslı xəritələr; Miqyası 1:200000-dən 1:1000000-dək olan orta miqyaslı xəritələr; Miqyası 1:1000000-dan kiçik olan kiçik miqyaslı xəritələr.
Geokimyəvi xəritələr
Geokimyəvi xəritələr — müəy­yən rayonun əsas geoloji məlumatlar fonunda bəzi xarakterik kimyəvi elementlərin süxur, su və bitkilərdə yayılmasını göstərən xəritələr. Dəqiq geokimyəvi xəritə filiz yataqları, süxurların filizyanı dəyişmiş zonaları, daxili oreollar, yataqlarda olan kim­yəvi elementlərin səpinti axınları və b. əks etdirilir. Ana süxular, biogeokimyəvi (torpaq horizontları və bitkilərin analizinə görə planalma), hidrogeokimyəvi (suların və dib çöküntülərin tədqiqatı), landşaft (kompleks tipli: torpaq, qrunt, bitki və suların tədqiqi) geokimyəvi xəritə növləri ayrılır. Geokimyəvi xəritə tərtibi süxurların hərtərəfli geokimyəvi tədqiqinə, onların geokimyəvi ixtisaslaşmaya görə tiplərə ayrılmasına əsaslanır. Bu xəritələrdə filizləşmə indikatorlarına əsasən geoloji komplekslər və ayrı-ayrı geoloji cisimlər ayrılır, habelə daha dəqiq axtarış işləri aparmaq üçün perspektivli sahə və rayonlar göstərilir.Geokimyəvi xəritələrin ümumi və xüsusi tipləri vardır. Ümumi geokimyəvi xəritələrdə xəritə üzərində bütün analitik göstəricilər əks etdirilir. Xüsusi geokimyəvi xəritələr ərazinin metallogeniyasını və yaxud da sənaye əhəmiyyətini ifadə edir. Onların iki növü mövcuddur: monoelementli və polielementli. Polielementli növlərdə metallogeniyaya aid elementlər qrupu (məs, Cu, Pb, Zn və s.) və yaxud da axtarış əhəmiyyətinə malik indikator elementlər (məs, As, Sb, S, F və s.) göstərilir.
Paleocoğrafi xəritələr
Paleocoğrafi xəritələr (rus. палеогеографические карты, ing. palaeogeographical maps) — geoloji keçmişdə mövcud olmuş fiziki-coğrafi şəraiti, o cümlədən qurunun və dənizin paylanmasını, materiklərin relyefinin xarakterini, təbii zonaların sərhədlərinin vəziyyətini və s. əks etdirən xəritələr. Müxtəlif miqyasda və müəyyən geoloji zaman üçün tərtib edilir, məqsəd və vəzifəsindən asılı olaraq müxtəlif məzmunda olur.
Tektonik xəritələr
Tektonik xəritələr (rus. тектонические карты, ing. tectonic maps) — bütünlüklə yerin və yaxud ayrı-ayrı regionlar daxilində yer qabığının inkişaf mərhələlərini, quruluşunu, tektonik strukturların morfologiyasını, inkişaf tarixini, maqmatizm və tektonika ilə əlaqəsini əks etdirən xəritələr.
Hidrogeoloji-meliorativ xidmət
Hidrogeoloji-meliorativ xidmət – meliorasiya olunmuş torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti yerinə yetirən xidmətdir. == Ümumi Məlumat == Hidrogeoloji-meliorativ xidmət suvarılan regionlarda hidromeliorativ sistemlərin istismarı orqanlarının (təşkilatının) tərkib hissəsidir. Xidmətin əsas vəzifəsi meliorasiya olunmuş torpaqlarda dayanıqlı – qənaətbəxş su, hava, duz və qida rejimlərini təmin edən tədbirlərin əsaslandırılması və yerinə yetirilməsi üçün torpaqların meliorativ vəziyyəti üzərində nəzarəti həyata keçirməkdir. Torpaqların meliorativ vəziyyəti üzərində nəzarətin nəticələri aşağıdakı məsələlərin həlli üçün vacibdir: su və torpaq ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi, proqnoz məsələlərinin həlli, suvarma və drenaj sistemlərinin tikintisi və yenidənqurulması layihələrinin ekoloji əsaslandırılması və sair. 1981-ci ildən etibarən respublikanın suvarılan torpaqlarının meliorativ vəziyyətinin hərillik kadastrı tərtib edilir. Hidrogeoloji-melorativ xidmət idarəsi kadastrın və müvafiq xəritələrin tərtibi üçün öz müşahidələrindən əlavə, respublikanın digər layihə-axtarış və geoloji təşkilatlarının materiallarından da istifadə edir. Suvarılan torpaqların meliorativ vəziyyətinin əsas göstəriciləri kimi aşağıdakılar qəbul edilir: kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı; qrunt suları səviyyəsinin yatım dərinliyi; 0-1 m, 0-2 m-lik qatda torpaqqruntların şorlaşma dərəcəsi; aerasiya zonasında (qrunt suları səviyyəsinə qədər) ümumi duzların miqdarı və profil üzrə yayılma xarakteri; torpaqların şorlaşma və şorakətləşmə dərəcəsi; qrunt və suvarma sularının ümumi minerallığı, kimyəvi tərkibi və qələviliyi və s. Suvarılan torpaqların meliorativ vəziyyətinin göstəricələri bir neçə əvvəlki illərlə müqayisədə istiqaməti nəzərə alınaraq qiymətləndirilir. Hidrogeoloji-meliorativ xidmətin vəzifəsinə eləcə də meliorasiya olunan torpaqlarda su və duz balansları müşahidələrinin təşkili və aparılması aiddir. Hidrogeoloji-meliorativ xidmətin yerinə yetirdiyi işlərin tərkibi aşağıdakılardır: suvarılan torpaqların meliorativ vəziyyətini müəyyənləşdirən təbii və meliorativ təsərrüfat amilləri barədə məlumatların toplanılması və təhlili; meliorasiya olunan torpaqların su və duz balansları müşahidələri: meliorasiya olunmuş torpaqlarda qrunt suları rejimi üzərində müşahidələr; suvarma üçün istifadə olunan səth, drenaj və yeraltı suların keyfiyyətinə nəzarət; aparılan meliorativ tədbirlərin səmərəsinin müəyyənləşdirilməsi ilə təsnifatlaşdırılmış meyar və kateqoriyalara görə suvarılan torpaqların vəziyyəti; torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması və ya pisləşməsinin qarşısının alınması üzrə təklif və tədbirlərin işlənib hazırlanması; bitkilərin yerləşdirilməsinə, suvarma rejimlərinə və yumaların aparılmasına, meliorativ tədbirlərin aparılması planlarına, sudan istifadə planlarına və başqa işlərə operativ düzəlişlərin aparılması üçün su təsərrüfatı və digər təşkilatların lazımi məlumatlarla təmin edilməsi.
Çevrilmiş coğrafi xəritələr
Çevrilmiş coğrafi xəritələr və ya Cənub yuxarıda göstərilən xəritələr — Avstraliya və Yeni Zelandiya müasir kartoqrafiyada qəbul olunduğu kimi xəritənin alt hissəsində deyil, üst hissəsində göstərilən dünya xəritəsi. Belə xəritələr Avstraliya, Yeni Zelandiya və cənub yarımkürəsindəki bəzi ölkələrdə populyardır. Coğrafi xəritə İnteraktiv çevrilmiş xəritə Xəritələr kolleksiyası Çevrilmiş dünya Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine Şimal yarımkürəsi Arxivləşdirilib 2008-01-09 at the Wayback Machine Xəritələr Arxivləşdirilib 2008-05-16 at the Wayback Machine Google axtarışı Xəritələr Arxivləşdirilib 2007-11-29 at the Wayback Machine ( PDF formatında) Yahoo!