Hidroidlər
Hidroidlər (lat. Hydrozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi.
6 dəstəsi, 2500-dən çox növü məlumdur. Meduzların bəziləri insana güclü yanma xəsarəti yetirə bildiklərinə görə çox təhlükəlidirlər.
== Təsnifatı ==
Leptolinae yarımsinfi
Anthoathecata dəstəsi
Leptothecata dəstəsi
Sifonoforlar (Siphonophorae) dəstəsi
Trachylinae yarımsinfi
Actinulida dəstəsi
Limnomeduzlar (Limnomedusae) dəstəsi
Narkomeduzlar (Narcomedusae) dəstəsi
Traximeduzlar (Trachymedusae) dəstəsi
== Maraqlı məlumat ==
Alimlərin qənaətinə görə, meduzalar Yer kürəsinin yeganə ölməz varlıqlarıdır. Cəmi 4–5 mm diametrində olan nadir "Turritopsis nutricula" hidroidləri özlərini cavanlaşdırmaq iqtidarındadır. Bu hidroidlər tropik sularda aşkar olunub. Lakin ehtimallara görə, hidroidlərin bu növü digər regionlara da yayılır.
Meduzalar adətən törədikdən sonra ölür, lakin "Turritopsis" meduzaları "yaşlı" mərhələsindən poliplərin "cavan" mərhələsinədək qayıda bilir.
Hidraların "bioloji ölməzlik" nəzəriyyəsi XIX əsrdə irəli sürülüb.