HİDROLOGİYA

Təbii suları, onlarda gedən hadisələri və proseslərin qanunauyğunluqlarını öyrənən elm. H. su obyektlərinin və onları öyrənmə metodlarının özünəməxsus xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və dənizlərin H-sı) və qurunun H.-sını (qurunun səth sularını) öyrənir; potamologiya (çayların H.-sı), limnologiya (gölşünaslıq), qlyasiologiya (buzlaqşünaslıq), bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, hidroqrafiya, hidrokimya daxildir. Müasir H.-nın əsas problemləri təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin, ərazilərin və ümumiyyətlə planetar baxımdan hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanu-nauyğunluqlarının aşkar edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar əsasında hidroloji proqnozlar tərtib edilir. Azərbaycanda hidrologiya elminin inkişafında S.H.Rüstəmov, Q.Gül, Y.Ə.İbadzadə, M.Ə.Məm-mədov, S.A. Axundov, M.M.Hə-sənov, N,A.Vəliyev, Ş.M. Ağayev, A.Ə.Kərimov, X.C.Zamanov, Ş.B.Xəlilov, R.B.Tarverdiyev, B.S. Şteynman, R.A.Qaşqay, R.M. Məmmədov, V.A.Məmmədov, F.Ə.İmanov, R.N. Mahmudov, H.Y. Fətullayev, Ə.S.Əliyev və b. böyük xidməti olmuşdur.
HİDROLAKKOLİT
HİDROLOJİ XİDMƏT
OBASTAN VİKİ
Hidrologiya
Hidrologiya — təbii suları, onlarda gedən hadisələri və prosesləri öyrənən elm. Hidrologiya su obyektlərinin və onları öyrənmə metodlarının spesifik xüsusiyyətləri ilə əlaqədar okeanologiya (okean və dənizlərin hidrologiyası) və qurunun hidrologiyasını (qurunun səth sularını) öyrənir; potamologiya (çayların hidrologiyası), limnologiya (gölşünaslıq), qlyasiologiya, bataqlıqşünaslıq sahələri var; qurunun hidrologiyasına hidrometriya, hidroqrafiya, hidrokimya daxildir. Müasir hidrologiyanın əsas problemləri təbiətdə su dövranının tədqiqi, insanın təsərrüfat fəaliyyətinin ona təsiri, su obyektlərinin, ərazilərin və ümumiyyətlə Yerin hidroloji elementlərinin (suyun səviyyəsi, sərfi, temperaturu və s.) zaman, məkan analizi, həmin elementlərin tərəddüdünün qanunauyğunluqlarının aşkar edilməsi və s. ibarətdir. Çoxillik hidroloji müşahidələr və tədqiqatlar arasında hidroloji proqnozlar tərtib edilir.

Значение слова в других словарях