HİDROMETEOROLOGİYA

[yun. hydor və meteorologiya] гидрометеорология (атмосферада цин девран (элкъуьн) чирдай илим).
HİDROMEXANİKA
HİDROMETEOROLOJİ
OBASTAN VİKİ
Hidrometeorologiya
Hidrometeorologiya – həm meteoroloji, həm də hidroloji rejimlə (buxarlanma, yağıntılar, qar örtüyü və s.) əlaqədar prosesləri öyrənən elm sahəsi. == Hidrometeoroloji xidmət == Hidrometeoroloji xidmət xalq təsərrüfatını müxtəlif növ meteoroloji, hidroloji və aqrometeoroloji məlumatlarla (hava, dəniz, çay, göl və bataqlıqların vəziyyəti, qısa və uzunmüddətli proqnoz) təmin edən dövlət təşkilatıdır. Bu məqsədlə hidrometeoroloji xidmət atmosfer, quru və dəniz sularının vəziyyətinə nəzarət edən hidrometeoroloji stansiyalar və postlar, 30–40 km hündürlüyə qədər havanın temperaturu və rütubətliyini, küləyin sürətini və s. ölçən aeroloji stansiyalar, atmosferin yuxarı təbəqələrini raket-zondlarla tədqiq edən stansiyalar şəbəkəsi yaradılmışdır. == Hidrometeoroloji stansiya == Hidrometeoroloji stansiya havanın vəziyyəti, okean, dəniz, çay, göl və bataqlıqların rejimini öyrənmək məqsədilə meteoroloji və hidroloji müşahidələr aparan müəssisədir. Gördüyü işlərin növündən asılı olaraq hidrometeoroloji stansiyalar materik, dəniz, çay, göl və bataqlıq stansiyalarına ayrılır. Müşahidələr vahid proqram üzrə təyin olunmuş vaxtlarda aparılır. Bütün iri şəhərlərdə, aeroportlarda, ucqar və gediş-gəliş çətin olan rayonlarda hidrometeoroloji stansiyalar mövcuddur.
Milli Hidrometeorologiya Xidməti
Milli Hidrometeorologiya Xidməti (tam adı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti) — Azərbaycan Respublikasında xidmət Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, hidrometeorologiya, o cümlədən meteorologiya, aviameteorologiya, aqrometeorologiya, hidrologiya, okeanologiya, iqlimşünaslıq və atmosfer proseslərinə fəal təsir işlərinin aparılması, məlumatların toplanılması, təhlili, hazırlanması, saxlanılması və ötürülməsi, metrologiya və standartlaşdırma fəaliyyətinin təşkili, təbii mühitin, o cümlədən atmosfer havasının, yeraltı su obyektləri istisna olmaqla, su obyektlərinin monitorinqi və su kadastrının aparılması sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Hidrometeoroloji məlumatların əldə olunma mənbəyi hidrometeoroloji stansiyaların paylanma qanunauyğunluğu prinsipinə əsaslanaraq respublikanın ərazisi üzrə yerləşdirilmiş hidrometeoroloji stansiyalar və məntəqlər hesab edilir ki, bu da öz növbəsində hidrometeoroloji şəbəkə adlandırılır. Azərbaycanda ilkin hidrometeoroloji müşahidələrin tarixi çox qədimdir. Belə ki, ilk müşahidələr 1830-cu ildə Xəzər dənizinin səviyyəsi üzərində, ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlamış və sonradan müşahidə şəbəkəsi genişlənərək 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Bakıda və və Şuşada, 1871-ci ildə Gəncədə, 1872-ci ildə Zaqatalada və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır. Kənd təsərrüfatı bitkiləri üzərində ilkin aqrometeoroloji müşahidələr 1882-ci ildə Gəncə meteoroloji stansiyasında aparılmışdır. Respublikamızda ilk dəfə atmosferin ozon təbəqəsi üzərində müşahidələrə 1993-cü ildə Bakı şəhərində başlanılmışdır. Çay suları üzərində ilk hidroloji müşahidələr 1861-ci ildə Kür çayının Salyan məntəqəsində aparılmışdır. 1920-ci ildə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsi, 1925-ci ildə Bakı Hava Bürosu yaradılmışdır. İlk radiozondun buraxılışı 1936-cı ildə Maştağa qəsəbəsində, 1953-cü ildə isə Lənkəran şəhərində təşkil edilmişdir. 1952-ci ildə ilk dəfə olaraq açıq dənizdə "Neft Daşları" hidrometeoroloji stansiyası təşkil olunmuşdur.

Digər lüğətlərdə