HİDROTEXNİKA

yun. hydor – su + yun. techne – incəsənət, ustalıq

HİDROSFER
HİQRO…
OBASTAN VİKİ
Hidrotexnika
Hidrotexnika- (hidro…+mexanika)- su ehtiyatlarını, onlardan istifadə yollarını, həmçinin xüsusi hidrotexniki qurğu və avadanlıqların köməyi sayəsində suyun dağıdıcı təsiri ilə mübarizə üsullarını öyrənən elm; müvafiq texnika sahəsi. Hidrotexnika bir elm kimi hidrologiya, hidrogeologiya, hidravlika, hidromexanika və mühəndis inşaat elmlərinə (qruntlar mexanikası, inşaat mexanikası, mühəndis geologiya və s.) əsaslanır.Hidrotexnika aşağıdakı sahələri öyrənir. Su axınlarının hidrotexniki qurğulara və məcralara təsirini, onların suyun dağıdıcı təsirindən qorunması üsullarını; Çay axınının tənzimləmə metodlarını işləyib hazırlayır; Suyun qruntdan, qurğudan və onların əsaslarından süzülməsi prosesini tədqiq edir; Hidrotexniki qurğuların və onların əsaslarının dayanıqlığı nəzəriyyəsini və s. işləyib hazırlayır.Hidrotexnika sahəsində nəzəri tədqiqat hidrotexniki qurğuları hesablama və konstruksiyalama metodlarını, onların tikilməsi və istismarı üsullarını yaratmağa imkan verir. == Hidrotexniki qurğular == Hidrotexniki qurğular təbii su ehtiyatlarından (çay, göl, dəniz, yeraltı sular) səmərəli istifadə etmək məqsədi ilə, yaxud suyun (selin) zərərli təsirinə qarşı mübarizə üçün tikilən xüsusi mühəndis qurğularıdır. Bu qurğular vasitəsi ilə suları və axınları idarə etmək-suyun səviyyəsini və sərfini tənzimləmək, onun miqdarını, sürətini, istiqamətini, rejimini və s.-ni tələbata uyğun dəyişdirmək olur. Hidrotexniki qurğular dəniz, çay, göl, yerüstü, yeraltı ola bilər və ümumi təyinatlı və xüsusi hidrotexniki qurğulara ayrılır. === Ümumi təyinatlı qurğular === Ümumi təyinatlı qurğulara suyun qarşısını saxlayan və səviyyə düşgüsü yaradan qurğular (bənd, damba), suötürən, sutoplayıcı, sugötürücü qurğular, tənzimləyici qurğular və s. daxildir. === Xüsusi hidrotexniki qurğular === Su enerjisindən istifadə üçün qurğular (SES binaları və s.) su nəqliyyatı qurğuları, hidromeliorasiya kompleksləri, su təchizatı və kanalizasiya üçün qurğular, həmçinin balıq təsərrüfatı qurğuları və s.

Digər lüğətlərdə

арши́н валента́йн подкора́чиваться покрыва́ться припря́тание самохва́льство ю́го-восто́к автомоде́льный Плуто́н поды́скивание поца́рствовать суть щипко́вый музыкальный инструмент calville prewrap psalmbook slacking tree-fern unlucrative White House бульдозерист навырез недотрога океанологический севрюжий