HİLFÜL-FÜDUL

ədalət naminə Məkkədə heç bir insanın mənliyinin alçaldılmasına yol verməmək, cəmiyyətdə ədalətin qorunması üçün anlaşmaya gələn insanlar olmuşdurlar. Məhəmmədin peyğəmbərliyindən öncə Məkkənin başlıca qəbilələrindən olan bəzi mütərəqqi insanların bağladığı anlaşmadır. Anlaşmanın bağlanma səbəbi Məkkədə Ficar döyüşündən sonra yaranmış vəziyyət olmuşdur. Bu döyüşdə məkkəlilər onlarla vuruşan Qeys qəbiləsini məğlub etdilər. Ancaq bundan sonra Məkkədə zənginlər yoxsullara, eləcə də gəlirləri və cəmiyyətdə çəkiləri az olan sakinlərə qarşı çox pis davranmışdırlar. Onları aşağılayır, yeri gəldikdə isə soyurdular. Bir çox Məkkə sakini buna qarşı çıxaraq “Hilfül- Füdul” birliyini yaratmışdırlar. Bu birliyin yaradılması Zübeyd qəbiləsindən olan bir insanın əhvalatı ilə bağlıdır. O, Məkkəyə mal gətirmiş və gətirdiyi malları As ibn Vail Səhmi adlı bir adama satmışdır. O isə malı alaraq onun pulunu verməmişdir. O zaman aldadılmış zübeydli şəhərin başqa nüfuzlu adamlarına şikayət etmişdir. Ancaq onlar onu müdafiə etməmişdirlər. O zaman zübeydli şəhərdə olan təpəliyə çıxaraq uca səslə onun zülmə məruz qalması haqqında seirlər söyləməyə başlamışdır. Bu təpənin yaxınlığında olan Məhəmməd peyğəmbərin əmisi Zübeyr ibn Əbdülmüttəlibin ona yazığı gəlmişdir. Bundan sonra onunla olan başqa ədaləti sevən adamlar bir araya yığışaraq birlik yaratmışdırlar. Onlar As ibn Vail Səhminin yanına gedərək ondan tələb etdilər ki, pulu zübeydliyə qaytarsın. Bundan sonra isə qureyşin beş başlıca qəbilələrindən olan bu insanlar Məkkədə bütün ədalətsizliyə uğrayanlara yardım etmə anlaşmasını bağlamışdırlar. Bu anlaşmanı bağlayanlardan biri də Məhəmməd olmuşdur. O, bu anlaşmanı çox yüksək dəyərləndirmişdir.
HİCRİ TƏQVİM
HİND BİNT ÜTBƏ