Hissiyyat
Hissiyat, duyğu təcrübəsi — xarici mühitin fərdi xassələrinin və vəziyyətlərinin daxili və ya xarici stimul və qıcıqların bir subyekt tərəfindən hissiyyat sistemi vasitəsilə siqnal şəklində, bütövlükdə sinir sisteminin iştirakı ilə psixikada əks etdirilməsi olan psixi proses.
== Hisslərin xüsusiyyətləri ==
Modallıq — hisslərin keyfiyyət xarakteristikasıdır. Hər bir hiss növü özünəməxsus modal xüsusiyyətlərinə malikdir. Vizual hisslər üçün bunlar rəng tonu, parlaqlıq, dolğunluq ola bilər; eşitmə üçün - ton, tembr, səs; toxunma üçün - sərtlik, kobudluq və d.
İntensivlik — hisslərin klassik kəmiyyət xarakteristikasıdır.
Lokalizasiya — hisslərin məkan xarakteristikası, stimulun məkanda lokalizasiyası haqqında məlumatdır. Bəzi hallarda (ağrı, interoseptiv hisslər) lokalizasiya çətin və qeyri-müəyyəndir.
Müddət — hissiyatın müvəqqəti olmasını bildirən xarakteristikasıdır.
== Hissiyyatın təsnifatı ==
Hissləri ilk təsnif etməyə çalışan Aristotel olmuşdur. O, 5 duyğu müəyyən etmişdi: görmə, eşitmə, toxunma, qoxu və dad.