HİYLƏ

is. [ ər. ] Kələk, fırıldaq, fənd; məkr.
[Şah vəzirə:] Vəzir, bu çox qəribə işdir, yəqin burada bir hiylə vardır. Ü.Hacıbəyov.
Satqınların hiyləsindən; Neçə kərə; Tarix endi zirvələrdən dərələrə. B.Vahabzadə.

◊ Hiylə qurmaq (düzəltmək) – biclik işlətmək, kələk qurmaq.
[Rüstəm bəy:] Cürbəcür hiylə qurmuşam. S.S.Axundov.

Hiylə işlətmək (gəlmək) – hiylə ilə aldatmaq, yalan deyərək aldatmaq, biclik gəlmək.
Vəzirin qızları hiylə işlədərək padşahın oğlanlarının onlara sataşdıqlarını analarına söylədilər. (Nağıl).
[Şeyx Haşimi İbn-Xalidə:] Mən o sülh qasidinə inanmıram, Nofəl hiylə işlədir. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HİYLƏ HİYLƏ [Nailə:] Ey xalq, hiyləni bilirəm, yeni içki, qumar eşqi başına vurub, bizdən pul qoparmaq istəyirsən (A
  • HİYLƏ bacarıq — məharət — ustalıq
  • HİYLƏ kələk — fənd — biclik
HİTLERİZM
HİYLƏBAZ
OBASTAN VİKİ
Kanada hiyləsi
Kanada hiyləsi — 1980-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi və Kanada hökuməti tərəfindən altı amerikalı diplomatı xilas etmək üçün təşkil edilən gizli əməliyyatın adıdır. 4 noyabr 1979-cu ildə Amerikanın Tehrandakı səfirliyinin islamçı tələbələr və milislər tərəfindən ələ keçirilməsi zamanı bu altı diplomat qaçmağa və girov yoldaşlarının taleyindən yayınmağa müvəffəq oldu.

Digər lüğətlərdə

вздо́рить зонтообра́зный и всё тут наболе́вшее отле́зть проле́чь тушева́ть шах жэ отстра́чиваться разноголо́со смеща́ть фонди́рование фо́ртовый Кодыма day-dream gat hydroacoustic hydrolytic moss rose nosy Planetokhod вывозка контрактовать поглощать