HOQQA₁

is. [ ər. ]
1. Əl zirəkliyi ilə çıxarılan cürbəcür oyunlar.
2. məc. Kələk, fırıldaq, fənd, hiylə. Bu nə hoqqadır? Hoqqası baş tutmadı. Başdanayağa hoqqadır.
[Salamov Bahadır bəyə:] Hamısı badalaqdır, bütün hoqqalar mədənlər üstündədir. C.Cabbarlı.

◊ Hoqqa çıxarmaq (bəzəmək) – oyun çıxarmaq, oyunbazlıq etmək.
[Mirzə Səməndər Almaza:] …Əyər müdir mənəm, bu nə hoqqadır bəzəyirsən? C.Cabbarlı.
[İnci:] Namusla səkkiz saat işləmisən, qurtarıb.
Daha istirahət günü işləyib özündən hoqqa çıxartma. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HOQQA I 1. HOQQA [Bəhram:] Belədir işlər, Dilarə. İndi gərək sən də bundan göz-qulaq olasan ki, yenə bir hoqqa çıxartmasın (Anar); BAZİ Qaplan: Məlik, səni
  • HOQQA hiylə — kələk — fırıldaq
  • HOQQA zarafat — naz — oyun — əyləncə

Omonimlər

  • HOQQA HOQQA I is. [ ər. ] Tiryək çəkmək üçün çaşqalı gil çubuq, qəlyan. HOQQA II is. [ ər. ] Fokus, kələk, hiylə
HOHOLAMAQ
HOQQA₂

Digər lüğətlərdə