humanist
humanizm
OBASTAN VİKİ
Humanitar elmlər
Humanitar elmlər — analitik və tənqidi metodlardan istifadə edərək insan həyatının mənəvi, idrak, mədəni, ictimai sahələrdə tələblərini öyrənən elmlər toplusu. Təbiət elmləri ilə istifadə üsulları (orada emprik üsullardan istifadə edirlər) və predmetinə görə kəskin fərqlənir. Predmetinə və metodologiyasına görə İctimai elmlərlə kəsişsə də onunla da fərqli sahələri vardır. == İstiqamətlər == Antropologiya Jurnalistika Mədəniyyətşünaslıq Tarix Kulturologiya Liqvistika Ədəbiyyatşünaslıq Elmşqnaslıq Pedaqoqika Politologiya Hüquq Psixologiya Sosiologiya Filologiya Fəlsəfə Esterika Etika Etnoqrafiya == Ədəbiyyat == Heydər Hüseynov. XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən.Bakı, "Zəkioğlu" nəşr, 544 səh.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Bakı Humanitar Kolleci
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Beynəlxalq humanitar hüquq
Beynəlxalq humanitar hüquq — silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusu. "Beynəlxalq humanitar hüquq" termini Jan Pikte tərəfindən beynəlxalq-hüquqi leksikona daxil edilmişdir, nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründə tətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adətləri və s. Beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, artıq başlamış müharibəni — onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq — müəyyən normativ çərçivəyə salmağa çalışır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar: 1. Kombatant olmayanları, yəni mülki şəxsləri və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür. 2.
Gəncə Humanitar Kolleci
Gəncə Humanitar Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Peşə təlimi; Musiqi müəllimliyi; Təsviri incəsənət müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Dizayn; Maliyyə işi; Bədən tərbiyəsi və idman. == Ləğvi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Humanitar Kolleci Gəncə Texniki Kolleci ilə birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılmışdır.
Şamaxı Humanitar Kolleci
Şamaxı Humanitar Kolleci (əvvəlki adı: Şamaxı Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmuş orta-ixtisas təhsili müəssisəsi == Tarixi == Əvvəlki adı Şamaxı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən bu ad ilə adlandırılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanmışdır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Məktəbəqədər təlim və tərbiyə; Hüquq mühafizə fəaliyyəti; Kitabxana-informasiya təminatı; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Turist, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi. == Ləğvi == Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Şamaxı Humanitar Kolleci Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci ilə birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci adlandırılmışdır.
Şuşa Humanitar Kolleci
Şuşa Humanitar Kolleci (əvvəlki adı: Şuşa Mədəni-Maarif Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Erkən tarixi == Bu gün Şuşa Humanitar kolleci kimi fəaliyyət göstərən məktəbin tarixi XIX əsrin ortalarına Şuşa musiqi məktəbinin yaradılmasına söykənir. Xarrat Qulu Məhəmməd oğlu (1823-1883) Şuşada ilk dəfə musiqi məktəbini açır. bu məktəbdə o, özünün düzəltdiyi tütək, davul, dümbək və s. alətlərlə uşaqlara musiqinin sirlərini öyrədirdi. Şuşanın görkəmli xanəndələri Cabbar Qaryağdıoğlu, Hacı Hüsü, Keçəçioğlu Məhəmməd, Əbdülbaqi (Bülbülcan), Məşədi İsi və bir sıra başqaları bu məktəbin yetirmələridir. Məktəbin tar sinifində oxuyan Sadıqcan (1846-1902) novator tarzən kimi tanınmışdır. XIX əsrin 80-cı ilərində musiqi və muğam aşiqi olan Kor Xəlifə şəhərdə yeni musiqi məktəbi açır. O, burada tələbələrə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Kor Xəlifənin vəfatından sonra musiqi məktəbi öz fəaliyyətini dayandırdı. XIX əsrin 90-cı illərində görkəmli alim, rəssam Mir Möhsün Nəvvabın təşəbbüsü ilə yeni musiqi məktəbi təşkil edildi.
Ağdaş Dövlət Humanitar Kolleci
Ağdaş Dövlət Humanitar Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Ağdaş Pedaqoji Texnikumunun bazasında yaradılmışdır.
Bakı Beynəlxalq Humanitar Forumu
Bakı Beynəlxalq Humanitar Forumu — bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədi ilə 2011-ci ildən keçirilən tədbirdir. Forum Azərbaycan Respublikasında keçirilir. == Ümumi məlumat == 2010-cu ilin yanvarında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Dmitri Medvedev təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu. Forumun əsas məqsədi — humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir, dəyirmi masalar vasitəsilə dialoqun qurulmasıdır. Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır. Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur. Forum təşkilatçılarının və iştirakçılarının, təbii, sosial və humanitar elmlər üzrə Nobel mükafatçılarının və beynəlxalq qurumların rəhbərləri, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşılarında qoyduqları iddialı məsələ, gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar gündəmin formalaşmasıdır. Forum təşkilatçıları sırasına həmçinin dövlətlərin cari və ya keçmiş rəhbərləri və transmilli korporasiyaların təsisçiləri daxildir. === I Bakı Beynəlxalq Humanitar Forumu === 2011-ci ilin 10–11 oktyabr tarixlərində keçirilən "XXI Əsr: ümid və çağırışları" adlı forum çərçivəsində dünyanın 20 dən çox ölkəsindən qonaqlar iştirak ediblər.Yeddi sahə üzrə dəyirmi masalar təşkil edilmişdir: Multikulturalizm: nailiyyətlər və problemlər Dünyanı dəyişdirən müasir texnologiyalar Elmlərin konvergensiyası Biotexnologiyalar və etikanın problemləri İnkişafın iqtisadi modelinin humanitar aspektləri Sosial jurnalistika və yüksək texnologiyalar Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri === II Bakı Beynəlxalq Humanitar Forumu === İkinci Bakı Beynəlxalq Humanitar Forumu 2012-ci il oktyabrın 4–5 keçirildi. Forumda 74 ölkəni və 10 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdir.
Lənkəran Dövlət Humanitar Kolleci
Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollec (Əvvəlki adı:Lənkəran Dövlət Humanitar Kolleci)— Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Lənkəran Məktəbəqədər Pedaqoji və Lənkəran Musiqi texnikumları birləşdirilərək onların bazasında Lənkəran Dövlət Humanitar Kolleci yaradılmışdır. 11 iyul 2020-ci ildə Lənkəran Dövlət Humanitar Kolleci Lənkəran Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial və Aqrar-Texnoloji Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; Texnologiya müəllimliyi; İnstrumental ifaçılıq (alətlər üzrə); Xanəndəlik; Xor dirijorluğu; Musiqi nəzəriyyəsi; Xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə); Mühasibat uçotu; Arxiv işi və kargüzarlıq; Meşə və meşə-park təsərrüfatı; Muzey işi və abidələrin muhafizəsi; Aqronomluq.
Ümumdünya Humanitar Yardım Günü
Ümumdünya Humanitar Yardım Günü (ing. World Humanitarian Day) — humanitar məqsədlər uğrunda fəaliyyət göstərərkən həyatını itirmiş insanları tanımağa həsr olunmuş əlamətdar gündür. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 19 avqust olaraq təyin edilmişdir. Baş katibin o vaxtki İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu və 21 həmkarının BMT-nin Bağdaddakı qərargahının bombalanması nəticəsində öldürüldüyü gündür. == Tarixi == Braziliya vətəndaşı olan Serjiu Vieyra di Mellu Birləşmiş Millətlər Təşkilatında ömrünün 30 ildən çox hissəsini silahlı qarşıdurmanın səssiz qurbanlarını ortaya çıxartmaq, onların iztirablarını azaltmaq və diqqətlərini özlərinə cəlb etmək kimi çətin humanitar vəziyyətlərə xidmət edilməsinə həsr etmişdir. 19 avqust 2003-cü ildə Bağdadda 21 həmkarı ilə birlikdə ölümü dünya miqyasında silahlı qarşıdurma qurbanlarını düşüncə tərzi, fəlsəfəsi, dinamizmi və cəsarəti ilə hamıya ilham verən və gələcək nəsillərin təqlid etməsi üçün sonsuz bir miras olaraq qalmış görkəmli bir humanitar liderdən məhrum etdi. 2006-cı ildə Vieyra di Mellu ailəsi və bir qrup yaxın dostu icmalar arasında dialoqun təşviq edilməsi və humanitar böhran qurbanlarının vəziyyətini aradan qaldırmaq üçün bitməmiş missiyasını davam etdirmək üçün "Sergio Vieira de Mello Foundation" qurdular. Fond bütün hökumətlər, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Təşkilatlar və Qeyri-Hökumət Təşkilatları ilə sıx əməkdaşlıq edərək hər il Dünya Humanitar Yardım Gününü anlamlı şəkildə qeyd etməyi qarşısına məqsəd qoymuşdur. 19 avqustun Humanitar Yardım Günü olaraq təyin edilməsi Vieyra di Mellu ailəsi və Fondun həm Cenevrədə, həm də Nyu-Yorkda Fransa, İsveçrə, Yaponiya və Braziliya səfirləri ilə sıx əməkdaşlıq edərək səy göstərməsinin nəticəsidir. == Anım == Ümumdünya Humanitar Yardım Günü ilk dəfə 19 avqust 2009-cu ildə anıldı.
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (Əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci yaradılmışdır. 11 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
K. Karasayev adına Bişkek Humanitar Universiteti
Bişkek Dövlət Universiteti (BDU) — Bişkekdə yerləşən Qırğızıstan Respublikasının Universiteti. Ən böyük multidisipliner humanitar universitetdir. 1992-ci ildə Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutunun bazasında qurulmuşdur. Universitetdə Şərqşünaslıq və Beynəlxalq Münasibətlər; Alman filologiyası; məlumat, sosial iş və psixologiya; Qırğız-rus; Türkologiya, ekologiya və idarəetmə; Sosiologiya və idarəetmə şöbələri var. Universitetin 33 şöbəsi 40 ixtisas üzrə mütəxəssis hazırlayır. Tələbələr İngilis, Yapon, Ərəb, İbrani və digər dillərdə tədris olunurlar. == Universitet quruluşu == Hal-hazırda BDU üç institutdan, 9 fakültədən, bir kollecdən və liseydən ibarətdir. Universitet 28 ixtisas üzrə mütəxəssis, bakalavr və magistr hazırlayır. Adına BDU-da tədris prosesinin təşkili K. Karasayev Dövlət təhsil standartı və Dövlət təhsil standartı və N2 AL 339 nömrəli Dövlət lisenziyası əsasında həyata keçirilir. Universitet 1979-cu ildə, Qırğızıstan SSR-in hələ Sovet İttifaqının tərkibində olduğu vaxtda qurulmuşdur.
Lütfi Zadə adına Texniki-humanitar lisey
Altı günlük iş rejimi ilə fəaliyyət göstərən liseydə tədris Azərbaycan və rus dillərində olmaqla iki növbəli şəkildə həyata keçirilir. Liseyə qəbul beşinci sinifədən test imtahan yolu ilə aparılır. Hazırda liseydə 47 sinifdə 1147 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 88 nəfər müəllim məşğul olur. Pedaqoji kollektiv peşəkar, müasir təhsilin nəbzini tutan müəllimlərdən ibarətdir ki, onlardan dərslik, test kitabları və metodiki vəsait müəllifləri vardır. Metodbirləşmə rəhbərləri müəllimlərin gündəlik fəaliyyətlərinin izlənməsinə nəzarət edir, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müntəzəm işlər aparır. Texniki-Humanitar lisey kollektivi peşəkar təcrübəyə əsaslanır. Tədris prosesi, maraqlı sosial fəaliyyəti birbaşa şagirdlərin düzgün gələcəklərinin təmin edilməsinə istiqamətlənmişdir. == Tarixi == Texniki-Humanitar lisey 2000-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən lisey 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur. == Nəaliyyətləri == 2008/2009 və 2013/2014-cü tədris illərində Texniki-Humanitar lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsində iştirak edərək qalib gəlmişdir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılmışdır.
Vyetnam Sosial və Humanitar Elmlər Universiteti
Vyetnam Sosial və Humanitar Elmlər Universiteti — Vyetnamın ali təhsil müəssisələrindən biri. Ölkəsinin ən böyük universitetlərindən biridir. Rektoru Prof. Dr. Nguyen Van Khanhdır. == Fəaliyyəti == Universitetdə 16 fakültə və 12 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir. == Tələbələri == Universitetdə 12.000-dən artıq tələbə təhsil alır. == Məzunları == Universitetin məzunlarının bir çoxu Vyetnamda yüksək dövlət vəzifələrində çalışır.
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı
Xəzər Humanitar və Sosial Elmlər Jurnalı — Bakıda, Xəzər Universitetində nəşr edilən, Humanitar və Sosial Elmlər üzrə tədqiqatların nəticələrini özündə əks etdirən, ildə 4 dəfə dərc olunan beynəlxalq elmi jurnaldır. Çap versiyası: ISSN: 2223-2613 Elektron versiya: E-ISSN: 2223-2621 == Məqsəd və vəzifələri == "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı", humanitar, sosial, ictimai siyasi sahələr üzrə nəzəri və tətbiqi, ciddi elmi axtarışları, orijinallıq və aktuallığını saxlayan mövzular üzrə elmi məqalələri dərc edir. Eyni zamanda jurnal konfrans, simpozium kimi tədbirlər və kitab şərhlərinə də yer verir. Əsas məqsəd elmdə baş verən yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, yerli və xarici alimlər arasında elmi ünsiyyət qurmaqdır. "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı" Web of Science (Thomson Reuters/Clarivate Analytics) bazası tərəfindən indeksləşdirilmişdir (bu mənada Humanitar və Spposial elmlər sahəsində Azərbaycanda tək elmi jurnaldır). Jurnal həmçinin Scirus (Elsevier), DuraSpace, DOAJ, İnfoseek, IndexCopernicus, Genamics və s. kimi çocsaylı nüfuzlu elmi bazalar tərəfindən indeksləşdirilir və beynəlxalq elmi ictimaiyyətə təqdim olunur. == Tarix və formatı == "Xəzər Humanitar və Sosial Elmlər Jurnalı 1998-ci ildən ildə 4 dəfə, "Azərbaycan Araşdırmaları Jurnalı" adı altında çap olunan jurnalın davamıdır. 2011-ci ilin birinci nömrəsindən başlayaraq,yeni ad altında çap olunan bu nəşr tarix, siyasət, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət, fəlsəfə, dil və ədəbiyyat, iqtisadiyyat və hüquq sahələrini əhatə edən elmi-tədqiqat jurnalıdır. Təqdim olunan məqalələr ilk növbədə redaksiya heyətinin ciddi nəzarətindən keçirilir və rəyə göndərilir.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır.9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış, 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Neft-qaz işi.
Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücum
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum — İsrail ordusunun 31 may 2010-cu ildə gecə saat 4:30 radələrində Qəzzə zolağına humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücumu. "Mavi Marmara" gəmisi Qəzzə zolağında hərbi münaqişədən əziyyət çəkən insanlara humanitar yardım aparan zamanı İsrail hərbi dəniz qüvvələrinin hücumuna məruz qalmış, nəticədə 9 nəfər öldürülmüş, 60-a yaxın insan yaralanmışdı. == Tarix == "Haaretz" qəzetinin verdiyi məlumatda bildirilir ki, İsrailin ilk planı "Mavi Marmara" gəmisini Ağ dənizdə batırmaq olub. Planı Mossad-ın təşəbbüsü ilə İsrail Müdafiə Nazirliyi hazırlayıb. Qəzetə açıqlama verən Müdafiə Nazirliyinin yüksək səlahiyyətli nümayəndəsi deyib ki, böyük insan faciəsinin baş verəcəyi və İsrailin beynəlxalq aləmə bu olayı izah etməkdə çətinlik çəkəcəyi riski nəzərə alınaraq, sonradan bu plandan üz döndərilib. == Hücum == Qəzzə sektoruna gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü olub. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Meyrid Korriqan Maquayer də olub.
Qəzzə bölgəsinə humanitar yardım aparan gəmilərə hücum

Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (əvvəlki adı: Əli Bayramlı Pedaqoji Texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == 28 iyun 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Məktəbəqədər Pedaqoji Texnikumunun Əli Bayramlı filialının bazasında Əli Bayramlı Pedaqoji Texnikumu adı ilə yaradılmışdır.9 mart 2006-cı ildən Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Əli Bayramlı Dövlət İqtisadiyyat və Humanitar Kolleci adlandırılmış, 10 iyun 2008-ci ildə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, "Əli Bayramlı" sözləri "Şirvan" sözü ilə əvəz edilərək müəssisənin adı Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci olmuşdur. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün); Texnologiya müəllimliyi; İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün); Təsviri incəsənət müəllimliyi; İbtidai sinif müəllimliyi; Ailə və ev təhsili; Məktəbəqədər təlim və tərbiyə; Mühasibat uçotu; Maliyyə işi; Yol hərəkətinin təşkili; Neft-qaz işi.
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (Əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci yaradılmışdır. 11 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Xəzər Universitetinin Humanitar, Təhsil və Sosial elmlər fakültəsi
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. == Tarix == Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
İqtisadiyyat və Humanitar Kolleci (BDU)
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (Əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci yaradılmışdır. 11 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti
Varşava İqtisadiyyat və Humanitar Elmlər Universiteti (UEHS) — 8 may 2001-ci ildə Varşavada yaradılmış özəl ali təhsil müəssisəsi. 2001-2018-ci illərdə müəssisə Varşava Maliyyə və İdarəetmə Universiteti (UFM) adı altında fəaliyyət göstərmişdir. UFM akademik universitet statusu əldə etdikdən sonra 30 sentyabr 2018-ci ildə adını Varşava İqtisadiyyat və İnsan Elmləri Universiteti (vizja.pl) olaraq dəyişdirdi. 1 oktyabr 2019-cu ildə Varşava İnformasiya Texnologiyaları Universiteti UEHS-in strukturuna daxil edilmişdir. Universitet humanitar, sosial elmlər, iqtisadiyyat, texnologiya, tibb, incəsənət və incəsənət sahələrində təhsil verir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kollec
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənt Universitetinin nəzdində Humanitar Kolleci
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollec (əvvəlki adı: Bakı Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Əvvəlki adı Bakı Mədəni-Maarif Texnikumu olmuş və 16 iyun 2010-cu ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Humanitar Kolleci adı ilə adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə qoşulmuşdur.11 iyul 2020-ci ildə Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.
Bakı Slavyan Universitetinin Humanitar və sosial elmlər fakültəsi

Digər lüğətlərdə

антисе́птик высокоуважа́емый дополучи́ть исчерне́ние наса́дчица оэртэ́шник разбегаться ру́мбовый замо́чек милитаризо́ванный мозаи́ст нормализи́ровать обря́дный подговни́ть поменя́ть arsheen Eldreda implicative outrow speech reading twining поднатореть продырявливать пять разливать