HOQQƏBAZİ
HÖCCƏTKAR
OBASTAN VİKİ
Höccət
Höccət — kişi adı. Höccət Əskərov — Lerik rayonu Partiya Komitəsinin katibi. Höccət Haqverdi — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu.
Höccət (termin)
Höccət — Ərəb dilində "dəlil, bürhan" mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə "höccət" deyilir. Hədis üsulunda iki müxtəlif mənada işlədilir: Birincisi, tədil ləfzidir. İbn Əbi Hatimin təsnifatına görə tədilin birinci mərtəbəsinə, İbn Həcərin təsnifatına görə isə ikinci mərtəbəsinə aiddir. İkincisi, mühəddislərə verilən ləqəblərdəndir. "Hafiz" mərtəbəsindən bir pillə yüksək mərtəbədir. Bəzi mühəddislərin fikrincə, 300 min hədisi sənədləri ilə birlikdə əzbər bilən şəxsə deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Höccət Əskərov
Əskərov Höccət Mİrabdulla oğlu - Lerik rayonu Partiya Komitəsinin birinci katibi H.Əskərov 4 il Ali Partiya Məktəbini oxuyub və muxtəlif məsuliyyətli vəzifələrdə çalışmışdır.Belə ki H.Əskərov uzun müddət Lerik rayon Partiya Komitəsinin ikinci katibi, Rayon İcrayə Komitəsinin Sədri, Maliyyə Şöbəsinin müdiri , Mingəçevir SES - in tikintisində işə nəzarət etmək üçün ora Partiya İcraçısı kimi ezam olunmuşdur. H. Əskərov ömrünun sonuna qədər Maliyyə Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun butun gördüyü işlər Dövlət tərəfindən yüksək qiymətləındirilib == Ailəsi == Ailəsi 4 oğlu 1 qzdan ibarət idi. 1.Əskərov Əyyar Höccət oğlu 2.Əskərov Vaqif Höccət oğlu 3.Əskərov Rakif Höccət oğlu 4.Əskərov Tahir Höccət oğlu 5.Əskərova Cahan Höccət qızı. Əskərov Höccət Mİrabdulla oğlu 1974 cu ildə vəfat etmişdir.
Höccət Haqverdi
Höccət Haqverdi (3 fevral 1993, Məşhəd) — Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu.
Seyid Məhəmməd Höccət Kuhkəməri
Seyid Məhəmməd Höccət Kuhkəməri (17 mart 1893, Təbriz – 19 yanvar 1953) — müctəhid, ayətullah əl-üzma. == Həyatı == Ayətullah Höccət Mərənd mahalının Kuhkəmər kəndində anadan olub. O böyük alim və fəqihin əsil-nəcabəti Kuhkəməri seyidlərindəndir. Bu barədə dövrümüzün “Naqibəs-sadat” ləqəbi ilə tanınmiş alimi Əllamə Mərəşi-Nəcəfi belə qeyd edir: “Təbrizin Kuhkəməri seyidləri Hüseyni seyidləri hesab olunur. Ayətullah Höccət də həmin seyidlərdən sayılır. Anamın ata və babaları bu seyidlərdəndir. Şöhrət və paklıqda bu nəcib nəsil camaat arasında özünə məxsus yer tutur.” Bu tanınmış nəslin ulu babası seyyid Məhəmməd Misridir. O öz dövründə “Hicazi” ləqəbi ilə tanınırdı. Seyid Hicazi 4-cü imam həzrət Səccadın (ə) nəvələrindən sayılan imamzadə Əliəsğər ibn Əli ibn Hüseynin (ə) nəvələrindəndir. Ayətullah Höccət 25 vasitə ilə həzrət Hüseynin (ə) nəvələrindən sayılır.
Aydan Höccətova
Aydan Höccətova (doğ. 6 aprel 1999, Bakı) — Azərbaycan şahmatçısı. Qadınlar arasında Beynəlxalq qrosmeyster (2018). == Erkən illəri == Aydan 1999-cu ildə aprelin 6-da Bakı şəhərində anadan olmuşdur. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında təhsil alıb. Televizorda şahmat haqqında veriliş gördükdən sonra onda bu oyuna maraq yaranıb.. Şahmat məşqçisi qrosmeyster Fərid Abbasovdur. == Şahmat karyerası == Aydan iki yaş yarımından şahmat oynamağa başlamış, üç yaşında dördüncü dərəcəli şahmatçı normasını yerinə yertirmişdir. Dörd yaşında artıq Bakı çempionatında iştirak etmişdir. Beş yaşında ikən Azərbaycanda ilk dəfə 10 yaşlı qızlar arasında Respublika çempionatına vəsiqə qazanmışdır.

Значение слова в других словарях

бати́ст го́ло канализа́тор ка́нцеллинг проню́хивать эполе́тики вдохновле́ние ли́ться мысли́шка недоразви́тие ню́хальщица прогнуса́вить реа́кция эге́ deaf-aid erk Greekism hotspur langlaufer nous polysynaptic punchy shipshape дамский сухо