HÖCƏTKAR
HÖKMDAR
OBASTAN VİKİ
Hökm
Hökm — təfəkkürün mürəkkəb formalarından biridir. Hökm predmetlərin mövcudluğunu, xassələrini, aralarındakı əlaqə və münasibətləri iqrar və ya inkar edən fikirdir ki, bu da doğru və yalan ola bilər. == Hökmün ümümi səciyyəsi == İnsan hökm vasitəsilə əldə etdiyi biliyi zənginləşdirir, möhkəmləndirir. Hökmlə anlayışın əlqəsini təhlil etdikdə elm adamlarının əksəriyyətinin gəldiyi qərar bu olur ki, anlayış əslində hökmün ilkin zəminidir. Yəni hökmün tərkibi anlayışlardan ibarətdir. Hökmün mühüm xassəsi onun iqrari(təstiqedici) və inkari(rəddedici) olmasıdır. Məsələn: "Buzqıran gəmilər mövcuddur" və "Bəzi cinayətlər qəsdən törədilən cinayətlər deyil". Hökmləri səciyyələndirərkən onun yalan və ya doğru olduğu qeyd olunmalıdır. Bəzi hökmlərsə qeyri-müəyyən kimi səciyyələnir ("Ayda həyat var"). Hökmlər quruluşca sadə və mürəkkəb olur.
Hökm(Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Hökm (1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (film, 1988)
Hökm (Hind: कयामत से कयामत तक, Qayamat Se Qayamat Tak) — rejissoru Mənsur Xan olan 1988-ci il istehsalı Hindistan filmidir. Indiatimes Movies filmi "Görülməli 25 Bollivud Filmi" sırasına daxil etmişdir. == Süjet xətti == Süjet "Romeo və Cülyetta" faciəsinə əsaslanır. Film Rac və Raşminin eşq hekayəsindən bəhs edir. Ancaq zəngin ailələrinin düşmənçiliyi onların xoşbəxtliyinin qarşısını alır. Sevgililər evdən qaçmağı bacarır, ancaq valideynləri bir qatil göndərir və sonda iki gənc də faciəvi şəkildə ölürlər.
Hökm (film, 1994)
== Məzmun == Film təhqir olunub qətlə yetirilmiş neftçi dostu Babəkin (Nadir Muqbilov) intiqamını alan idmançının (Xəyyam Aslan) başına gələn əhvalatlardan danışır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nadir Muqbilov Quruluşçu rejissor: Xəyyam Aslan, Nadir Muqbilov Quruluşçu operator: Ələkbər Muradov, Rafiq Əliyev, Nadir Mehdiyev Quruluşçu rəssam: Fikrət Məmmədov Geyim rəssamı: Zəkiyyə Mahmudova (Zəkiyyə kimi) Bəstəkar: Eldar Mansurov Səs operatoru: Kamal Seyidov Rejissor: Səadət Məmmədova Bədii rəhbər: Ramiz Məlikov === Rollarda === Nadir Muqbilov — neftçi Babək Xəyyam Aslan — Tahir Rüstəm Ağayev — Rəşid Gülnarə Məmmədova — Sevda Səfurə İbrahimova — Suğra Muxtar Maniyev — Ənvər Nuriyyə Əhmədova — Ənvərin arvadı Tariyel Qasımov — Ramiz Xuraman Hacıyeva — Zərifə Həsən Məmmədov — "Tuz" Nəsrəddin Fikrət Məmmədov — "Buratino" Cahangir Sultanov — Adil İlqar Əliyev — Ağakərim "Maradona" Sabir Novruzov — xanəndə Sabir Səadət Məmmədova — həkim Kəmalə Hüseynova — Leyla == Sponsor == "Olimpifilm" Studiyası, Perm, Rusiya == Mənbə == Musayeva, A. “Hökm” ["Azərbaycanfilm" kinostudiyasında çəkilən yeni film haqqında] //Azərbaycan.- 1995.- 6 sentyabr.
Hökm (hekayə, Frans Kafka)
Hökm — Frans Kafka tərəfindən 1912-ci ildə yazılmış hekayə. Burada oğulun evlənmə mərasimi ilə əlaqədar olaraq ata-oğul-konflikti təsvir edilmişdir. Uğurlu, gənc bir ticarətçi oğlan atası tərəfindən qəbul edilmir. Ata oğluna ölüm hökmü verir və onu həqiqətən yerinə yetirir. Hekayənin əsas qəhrəmanı Qeorq Bendman bir ticarətçi oğludur. O nişanlıdır və dostu ilə Peterburqda çalışır. Bunu gizlətmək üçün o məktublarda öz həyatı haqqında çox şeyi yazmır. Uzun sürən fikirləşmədən sonra o, qarşıda duran toyu haqqında danışmaq qərarına gəlir. Qeorq məktubla atasının yanlna getdikdə disput baş verir. Atası ilə mübahisə zamanı ona məlum olur ki, atası Peterburqda yaşayan dostu ilə əlaqəyə girib və onun haqqında olanları artıq öyrənib.
Oğru Dünyaya Hökm Etmir
Oğru Dünyaya Hökm Etmir(TV seriyası) 2015-ci ildə Raci Şaşmaz və Bahadır Özdener tərəfindən yaradılmışdı == Haqqında == İlk bölümü 8 sentyabr 2015-ci ildə yayımlanan Oğru Dünyaya Hökm Etmir filminin ssenarisini Raci Şaşmaz və Bahadır Özdener birlikdə yazmışdır.rejssorluğu Onur Tan Zübeyr Şaşmaz və Baran Özçaylanın aksiyon film aksiya cinayət və dram (kino və televiziya) Türklər Televiziya serialı Ümumilikdə 6 mövsümdən ibarət olan serial 15 iyun 2021-ci ildə yayımlanan 199-cu bölümü ilə mövsüm finalını etdi və son dəfə ekranda oldu. == Serialın rəqəmsallaşdırılması haqqında == Serialın davamı üçün BluTV ilə əl sıxma. İlk olaraq hazır olan, lakin yayımlanmayan 200-cü bölüm yenilənmiş montajı və əlavə səhnələri ilə bir film olacaq. Ad hüququ atv-də olan layihənin yeni adı Son Əfsanə oldu. Digər tərəfdən layihənin serial versiyası fevral ayında çəkiləcək və baş rolda İlyas Çakırbəyliyə həyat verən uğurlu aktyor Ozan Akbaba çəkiləcək. Xızır Oktay Kaynarca həbsxanada, Alpaslan Yunus Emre Yıldırımer isə xaricə sürgündə çəkiləcəyi üçün serialda yer almayacaq. Bu inkişafdan sonra ATV BVB Production-a qarşı 165 milyon dollarlıq iddia qaldıracağını açıqladı. Pərdə arxasında yayılan xəbərlərə görə, BluTV ATV-nin iddia qaldırmağa hazırlaşmasından sonra BVB Production ilə bağladığı müqavilədən geri çəkilib. == Fon == Serialın 3 mövsümü Bahadır Özdenerlə ssenari müəllifi olan Raci Şaşmaz 2019-cu ildə aktyorların maaşlarını ödəyə bilməyib və istehsalı ATV İç Yapımlar-a transfer etməli olub. Bahadır Özdener Berna Aruzla birlikdə serialın ssenarisini yazmağa davam edib.
Arran (hökmdar)
Arran, Aran – Qafqaz Albaniyasının yarıəfsanəvi hökmdarı. Arran haqqında mənbələrdə olduqca az məlumat var. Moisey Kalankatlı onun I əsrdə Parfiya hökmdar sülaləsi Arşakilərdən olan I Vologez (51-78-ci illər) tərəfindən Albaniya hökmdarı təyin edildiyini və Sünik sülaləsindən olduğunu qeyd edir. Tarixçi Arranın Yafətin nəslindən olduğunu da xüsusilə vurğulayır.Tədqiqatçılar Alban Arşakilərinə qədər Qafqaz Albaniyasında hakimiyyətdə olmuş hökmdarlarının yerli – alban mənşəli olduqlarını qeyd edir. Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində yazır: “Burada Alban dövlətinin tarixi başlanır. Dünyanın yaranmasıilə çar Vologezin dövrünə Böyük Qafqaz dağları arasında hansı xalq yurd salıb, bu haqda oxucularımıza heç bir aydın məlumat verə bilmərik. Vologez öz hakimiyyətini şimal tayfaları üzərində bərqərar edəndə o, yanına şimal düzənliklərində və Qafqaz dağları ətəklərində, dağlardan cənubdakı dərələrlə çöllərdə və düzənlik başlanan yerlərdə yaşayan vəhşi qəbilələrin başçılarını çağırıb, onlara qarətlərlə qətllərdən əl çəkib, çarın vergilərinin itaətlə ödənməsini əmr etdi. Çar qəbilələr üzərində hakim və canişinlər təyin edir və onun əmrilə Yafət nəslindən və Sünik soyundan olan Arran onlara hakim təyin olunur.” == Hakimiyyət ərazisi və varisləri == Moisey Kalankatlı qeyd edir ki, Arranın hakimiyyəti dövründə Qafqaz Albaniyası`nın ərazisi Araz çayından Xunan qalasına qədər olan ərazini əhatə etmişdir. Erməni mənbələri isə IV əsrə qədər Araz və Kür çayları arasındakı ərazilərin Böyük Ermənistanın tərkibində olduğunu qeyd edirlər. Moisey Kalankatlı yazır: “Arran Araz çayından başlayaraq Xunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır.” Bəzi alban tayfalarının birbaşa Arranın nəslindən törəməsi haqqında məlumat vardır.
Arslanşah (Qəznəvi hökmdarı)
Arslanşah Qəznəvi (1101 – 1118) — Qəznəvilərin on üçüncü sultanı. Qardaşı Şirzad Qəznəvini məğlub edərək 22 fevralda taxta çıxmışdı. Bu dövrdə qardaşı Bəhramşah Qəznəvi ona qarşı üsyan etdi. Arslanşah Qəndəhar yaxınlığında qardaşını məğlub etsə də ona köməyə gələn dayısı Sultan Səncər tərəfindən məğlub edildi. 1117-ci ildə Arslanşahın ordusunda fillərin olmasına baxmayaraq 30.000 süvarilik və 50.000 piyadalıq Səlcuqi ordusuna qarşı gələ bilmədi və məğlub olaraq Hindistana qaçdı. Sultan Səncərin Qəznəni Bəhramşaha verib getməsindən sonra Arslanşah Hindistandan ordu ilə geri döndü və Bəhramşahı bir daha qovaraq hələ bir il də hakimiyyətdə qaldı. Sultan Səncər geri dönərək Arslanşahı edam etdirdi və Bəhramşah bundan sonra vassal olaraq sultanlığa davam etdi.
Arslanşah (İraq Səlcuq hökmdarı)
Arslan şah (1133 – 1176, Həmədan) — Sultan II Toğrulun oğlu idi. 1133-cü ildə anadan olmuşdu. Əmisi Sultan Məsud onu himayəsini götürmüş və təlim-tərbiyəsi ilə məşğul olmuşdu. 1160-cı ildə Atabəy Eldəniz tərəfindən İraq Səlcuq sultanlığının hökmdarı elan edilmişdi. == Həyatı == Sultan Məsud 1145–46-cı illərdə Azərbaycana yürüşü ərəfəsində Səlcuq şahzadələrini Tikrit qalasında həbsə atdı. Şahzadələr illərlə qalada həbsdə qaldılar. 1152-ci ildə Məsudun ölümündən sonra Abbasi xəlifəsi Müqtəfi-Lidillah İraq Səlcuqlarının başda Bağdad Ərəb İraqındakı torpaqlarını ələ keçirməyə başladı. Xəlifənin qüvvətlənməsindən narahat olan Sultan Məhəmməd və tərəfdarları qoşun yığaraq Bağdada doğru hücuma başladılar. Bu ərəfədə həbsdə olan şahzadələri də azad etdilər. Arslan şaha ordunun mərkəzində rəhbərlik verildi, lakin baş vermiş döyüşdə İraq Səlcuq sultanlığı məğlub edildi.21 yaşındakı Arslan şah isə Alp Quş tərəfindən Mahqi qalasına onun ölümündən sonra isə Atabəy Eldənizin yanına aparıldı.
Assuriya hökmdarları
== Qədim Assuriya == I Erişum e.ə 1974-1935 İkunum e.ə 1934-1921 I Sarqon e.ə 1920-1881 II Puzur-Aşur e.ə 1881-1873 Naram-Suen e.ə 1872-1818II Erişum e.ə 1818-1809 I Şamşi-Adad e.ə 1809-1782 I Işme-Daqan e.ə 1782-1751 Mut-Aşkur e.ə 1750-1740 Rimuş e.ə 1739-1733Asinum e.ə 1732 Aşur-duqul e.ə 1731-?
Atrnerseh (Şəki hökmdarı)
Atrnerseh, yaxud Adarnerse — Şəki hökmdarı. Mənbələrdə adı ilk dəfə 906-cı, sonuncu dəfə isə 944-cü ildə baş vermiş hadisələrin təsvirində çəkilmişdir. Alban çarı Qriqor Hammamın oğlu, Girdman knyazı Saak Sevadanın kiçik qardaşı, Tao-Klarceti(ru) hakimi, eristavlar-eristavı III Adarnersenin(en) qızı Dinarın əri, özündən sonra Şəki hökmdarı olmuş İşxan Əbu Əbdülmalikin atası idi. == Həyatı və siyasi fəaliyyəti == === 906/907-ci ildə Tatev monastırı mülki sənədində adının çəkilməsi === Stepanos Orbelyanın “Sünik vilayətinin tarixi”ndə Atrnersehin Albaniya knyazları Saak və Qriqor Yesaye ilə birlikdə və Albaniya katolikosu Simeonun (902-923) iştirakı ilə 906/907-ci ildə təsdiq etdiyi Tatev monastırının mülki haqqında sənəddən bəhs edilir. === 906-cı il hadisələrində "heretilərin çarı" və ya "patrik Adarnerse" === 906-cı ildə Abxaz çarı III Konstantin(en) və Kaxeti xorepiskopu I Kvirike(en) Şəki ərazisinə daxil olaraq Vecini qalasını mühasirəyə aldılar. Vecini qalası Şəkinin Kaxetiya ilə sərhəddəki ilk qalalarından biri hesab olunurdu; Eredvi kəndindəki kilsənin kitabəsində göstərilir ki, 906-cı ilin yayında abxaz çarı III Konstantin Bu hadisə “Kartli salnaməsi”ndə (“Matiane kartlisay”da) aşağıdakı şəkildə təsvir edilir: === 909-cu il hadisələrində “Albaniya çarı Atrnerseh” === Erməni katolikosu və tarixçisi Ovanes Drasxanakertli(ru) müəllifi olduğu “Ermənistan tarixi”ndə Albaniya çarı Atrnersehin adını çəkir; Ovanes Drasxanakertli 909-cu ilin yayında Ermənistandan baş götürüb “Qafqazın şimal-şərqinə” – Albaniya knyazı Saakın (Sevedanın) və Albaniya çarı Atrnersexin yanına qaçmışdır. === Xayzan şəhərindəki “çar Adzarnarse” === X əsr ərəb müəllifi İbn Rüstənin yazılma tarixi ən geci 930-cu il hesab olunan əsərində göstərilir ki, Mənbəni ruscaya tərcümə edən Karaulova Adzarnarseni Məsudidə adı çəkilən Şəki hökmdarı Adernerse olduğunu qeyd edir. IX əsr ərəb coğrafiyaşünası İbn Xordadbeh 846-886-cı illər arasında yazdığı “Yollar və ölkələr” əsərində Cənubi Qafqaz ərazisini təsvir edərkən Sanariyadan sonra qərbə doğru ardıcıllıqla əl-Baq, Kisal (Kasak), Абхаз, Qələ'ət əl-Cərdiman, Xayzan və Şəkkinin gəldiyini göstərir. Buradan da aydın olur ki, İbn Rüstədə adı çəkilən Xayzan Şəkidən bir qədər qərbdə yerləşirmiş. Şirinbəy Hacıəli mənbələrdə buna qədər hələ Şəki şəhərinin adının çəkilmədiyini əsas götürərək, Şəkinin ilk paytaxtının Xayzan şəhəri olması ehtimalını irəli sürür və hesab edir ki, Xayzan şəhəri ən azından Şəki dövlətinin yay iqamətgahı hesab edilə bilər.
Atsız (Xarəzm hökmdarı)
Əlaəddin Əbülmüzəffər Atsız ibn Məhəmməd Xarəzmşah (1097 - 1156)—Xarəzmşahlar dövlətinin hökmdarı (1128-1156). == Həyatı == Səlcuqlu hökmdarı Sultan Səncərin Xarəzm valisi Qütbəddin Məhəmmədin oğlu və I Məlikşahın ibrikçibaşısı Anuş Təkinin nəvəsidir. Hicri 490-cı ilin rəcəb ayında (iyun-iyul 1097-ci ildə) dünyaya gəlmişdi. Vəliəhdliyi sırasında atasına yardımçı olur, onun təzimlərini ərz etmək üzrə iki ildə bir Mərvə, Sultan Səncərin yanına gedərdi. Hətta İbn əl-Əsirin verdiyi bilgiyə görə Atsız, türkmənlərin məskunlaşdığı Manqışlağı vəliəhd ikən fəth etmişdir . Ayrıca onun, Sultan Səncərin 512-ci (1118-ci) ildə qardaşı oğlu Mahmud ibn Məhəmməd Təpərə qarşı apardığı səfərə qatıldığı da bildirilir . Atsız 1128-ci ildə, ciddi bir çətinliklə qarşılaşmadan atasının yerinə keçdi. Hökmdarlığının ilk ilərində Sultan Səncərə sədaqətlə xidmət etdi. Bu münasibətlə, Qaraxanlı Tamgac xanın üsyanı dolayısıyla Sultan Səncərin 524-cü (1129-1130-cu) ildə Mavəraünnəhrə, 1132-ci ildə İraqa, 1135-ci ildə də Qəznəyə apardığı səfərlərə qatıldı. Bununla bərabər bir tərəfdən Sultan Səncərə xidmət edərkən digər tərəfdən də ölkəsini genişlədib, qüvvəsini artırmaq üçün qonşu Türk ölkələrinə səfərlər düzənlədi.
Aza (hökmdar)
Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü. Lakin, o, çox az hakimiyyət sürdü və tezliklə Urartu ilə ittifaq tərəfdarları tərəfindən məğlubiyyətə uğradı. Urartu ilə ittifaq bağlamış Manna canişinləri uişdişli Baqdatti və zikertulu Metatti Azanın əleyhinə çıxdılar. Aza öz dövləti ərazisində müdafiəyə çəkilməyə məcbur oldu. O, "çıxılmaz Uauş dağı"nda (Səhənd) möhkəmləndi, lakin düşmənlərini yənə bilmədi və öldürüldü. Azanın öldürülməsindən qəzəblənən Assur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: "...Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq [dattini və] Zikertulu [Metattini] Şarrukinin (Assuriyalı) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [....] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua[uş] dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [....] Mannalılar ölkəsini tabe etdim." Aza — Manna dövlətinin ikinci hökmdarı, hökmdar İranzunun oğlu və Ullusununun qardaşı.Aza da atası İranzu kimi Assura meylli siyasət yürütmüşdü.
Azərbaycan hökmdarlarının siyahısı
Ağqoyunlu hökmdarlarının siyahısı
Ağqoyunlu hökmdarlarının siyahısı — Ağqoyunlular oğuzların bayandur boyuna mənsub olublar. Ağqoyunlu hökmdarlarının idarəsi altında imperiya ən qüvvətli dövrlərində şimalda Rusiya, cənubda Fars körfəzi, şərqdə İran Xorasanı, qərbdə Türkiyə və Suriyaya qədər uzanıb. Ağqoyunlu tayfa ittifaqının əsasını Pəhləvan bəy qoymuşdur. 1401-ci ildə Osman bəyin dövründən başlayaraq Diyarbəkir şəhəri 1468-ci ilə qədər Ağqoyunlu bəyliyinin mərkəzi olmuşdur. 1468-ci ildən isə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu imperiyasının mərkəzi Təbriz şəhəri olmuşdur.1387-ci ildən 1508-ci ilə qədər Ağqoyunlular 20 hökmdar tərəfindən idarə olunmuşlar. Sultan Yaqubun ölümündən sonra Ağqoyunlular arasında başlayan taxt mübarizəsi ölkənin süqutuna gətirib çıxarmışdır. Gödək Əhmədin ölümündən sonra ölkə Əbhər sülh müqaviləsi ilə Əlvənd mirzə və Sultan Murad arasında 2 yerə bölündü. 1501-ci ildə Əlvənd mirzəni və 1503-cü ildə Sultan Muradı məğlub edən I Şah İsmayıl tərəfindən 1508-ci ildə Ağqoyunluların hakimiyyətinə tamamilə son qoyuldu. Beləliklə, Ağqoyunluların süqutu ilə onun yerində Səfəvilər imperiyasının əsası qoyuldu. == Ağqoyunlularda hökmdar == Ağqoyunlu hökmdarlarının titulları Uzun Həsənin dövrünə qədər bəy olmuşdur.
Bolqarıstan hökmdarları
Böyük Moğol imperiyası hökmdarlarının siyahısı
Böyük Moğol İmperiyasının hökmdarlarının siyahısı – Böyük Moğol İmperiyasını idarə etmiş hökmdarların ümumi siyahısı. Böyük Moğol İmperiyasının əsası 1526-cı ildə qoyulmuşdur. Dövlətin ilk hökmdarı Babur şahıdır. Sonuncu hökmdar isə II Bahadır Şah olmuşdur. Böyük Moğol İmperiyası mövcud olduğu 332 il ərzində 19 hökmdar tərəfindən idarə edilmişdir. == Baburilərin mənşəyi haqqında == Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur (fars. ﻇﻬﻴﺮﺍﻟﺪﻳﻦ محمد‎ ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī) tərəfindən qoyulmuşdur. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi. Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanın qızı Qutluq Nigar xanım idi.Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı.
Bəhramşah (Qəznəvi hökmdarı)
Bəhramşah Qəznəvi - Qəznəvilərin on dördüncü sultanı. Xarici siyasətdə müstəqil olmamış, Sultan Səncərin vassalı olaraq hakimiyyət sürmüşdür. == Hakimiyyətə gəlişi == Arslanşaha qarşı mübarizəsində Səffari əmiri Tacəddin Əbül Fəzl və Sultan Səncərdən yardım alan Bəhramşah 1118-ci ildə sultan olmuşdu. == Hakimiyyəti == 1119-cu ildə Arslanşaha sadiq qalan Lahor hakimi Əbu Hatim Məhəmmədin üsyanı üzərinə Hindistana gedən Bəhramşah onu və 17 oğlunu öldürərək dövləti stabilləşdirdi. 1149-cu ildə Qəznəyə sığınmış olan Qütbəddin Məhəmməd Qurinin zəhərlənməsi Qurilərin başçısı Əlaəddin Qurini əsəbləşdirdi, o Qəznəyə hücum etdi, şəhəri yeddi gün, yeddi gecə yandırdı. Səbuk Təkin, Sultan Məsud Qəznəvi və İbrahim Qəznəvi istisna olmaqla bütün Qəznəvilərin qəbirləri və kitabxanalar yandırıldı. Bəhramşah Hindistana qaçdı. 24 iyun 1152-ci ildə Sultan Səncər Quriləri məğlub edərək Qəznəni yenidən Bəhramşaha verdi. Bəhramşah hələ 5 il sultanlıq etsə də Qəznənin xarabaya çevrilməsi dövlətin süqutunu sürətləndirdi.
Elam hökmdarları
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elam hökmdarlarının siyahısı
Elamlar İran körfəzinin şimalında, indiki Xuzistan, İlam, Fars, Buşəhr, Lorestan, Bəxtiyari və Kohgiluyə əyalətlərində yerləşən bir xalqıydı. Onların dili nə Sami, nə də hind-Avropa deyildi və sonralar ortaya çıxan Əhəmənlər və Maday imperiyasının coğrafi öncülləriydi.
Elxani hökmdarlarının siyahısı
Elxanilər sülaləsi — Azərbaycanda 1256-1357-ci illərdə iqtidarda olmuş monqol xanədanı. Borucigin sülaləsinin bir qoludur. Bu sülaləyə bəzi ədəbiyyatda Hülakülər sülaləsi də deyilir. Bu sülalənin ilk nümayəndəsi Hülakü xan olmuşdur. == Siyahı == Hülakü xan (1256-1265) Abaqa xan (1265-1282) Əhməd Təkudar xan (1282-1284) Arqun xan (1284-1291) Keyxatu xan (1291-1295) Baydu xan (1295) Sultan Mahmud Qazan xan (1295-1304) Sultan Məhəmməd Xudabəndə Olcaytu xan (1304-1316) Əbu Səid Bahadur xan (1316-1335) Sultan Musa xan (1336-1337) Məhəmməd xan (1336-1338) Sultan Satıbəy xatun (1338-1339) Süleyman xan (1339-1343) Cahan Teymur (1339-1340) II Qazan xan (1356-1357) == Dinləri == Hülakü xan xristianlığa maraq göstərsə də ölümünə yaxın buddizmi qəbul etmişdir. Abaqa xan buddist idi. Əhməd Təkudar xan doğulduqdan sonra vəftiz edilsə də daha sonra İslamı qəbul etmişdir. Arqun xan vəftiz edilsə də buddist idi. Baydu xan xristianlığa maraq göstərsə də, ondan müsəlman kimi davranmaq tələb edilirdi. Sultan Mahmud Qazan xan buddist kimi yetişdirilsə də daha sonra İslamı qəbul etmişdir.
Fırtınalar hökmdarı (film, 2008)
Fırtınalar hökmdarı — Rejissoru Ketrin Biqelou olduğu və İraq müharibəsi dövründə üç amerikalı mina zərərsizləşdiricisinin hərbi fəaliyyəti haqqında çəkilən filmdir.
Fərruxzad (Qəznəvi hökmdarı)
Fərruxzad Qəznəvi - Qəznəvilərin doqquzuncu sultanı. Toğrul Buzanın əlindən qurtulmuş 3 şahzadədən biri idi. Sərkərdələr tərəfindən hökmdar seçilmişdi. Qəznəyə hücum edən Səlcuqiləri iki dəfə məğlub etdikdən sonra 1053-cü ilində məğlub oldu. 1059-cu ildə ölən sultanın yerinə qardaşı keçdi. Kolit xəstəliyindən ölmüşdür.
Hökmavar
Hökmavar — Təbriz şəhərinin qədim məhəllələrindən biri. Hökmavar (Höhmavar, Hörməvarı, Hörməvar, Hökmavar, Hökmabad) – "Hörmək" yəni daşla, kərpiçlə (kürəbişlə) və ya palçıqla divar hörmək. "Varı" yəni şəklində, formasında; məsələn, Çatmavarı (piramid forması), Şalvarı (Şalvar; iki şal formasında olan geyim) və sairə. Hörməvarılı bağları; hörülmüş şəklində divarları olan bağlar. Təbrizlilər tez danışdığından elə nəzərə gəlir ki, bu sözü qısa deyirlər (höhməvar bağları) və bu əslində Hörməvarı bağlarıdır.
Hökmdar
Hökmdar — orta əsr şərqində feodal dövlətlərin başında duran monarx, padşah, şah, hakim.

Digər lüğətlərdə

грузова́я лао́сский нестри́женый остеосклеро́з придува́ться революциони́зм руководи́тель ужаса́ться дошали́ться закле́ивание накла́дный халво́вый эвтанази́йный вино Algar cat's tail chondrite coelosphere count noun decommissioning earclip water-buffalo заплакать подняться свёкор