HÖKUMƏ

“Həkimə” “müdrik” adının təhrif edilmiş variantı; hökm, əmr edən.
HÖKMİYYƏ
HÖKÜMƏ
OBASTAN VİKİ
Hökumə Billuri
Billuri Hökumə (Həkimə) İbrahim qızı (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. == Həyatı == Hökumə İbrahim qızı Billuri Zəncan şəhərində anadan olub. Bütün uşaqlar kimi, o da qayğısız, xoşbəxt böyümüşdü. Yeniyetmə yaşına çatanda isə hissləri, duyğuları onun düşüncəsini dəyişər, təfəkküründə haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı. Əlbəttə, bunlar hələ tam formalaşmamışdı. 10–15 yaşında qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan qohumları, qonşuları, qardaşları Araz çayının o biri səmtinə can atır, Cənubdan Şimala baş götürüb gedirlər. Hökumə orta məktəbi yüksək qiymətlərlə bitirdiyi üçün ona təklif etdilər ki, elə orada qalıb müəllim işləsin. O bu təklifdən fərəhləndi. İlk gündən etimadı doğrultmağa çalışdı.
Hökumə Qurbanova
Hökümə Abbasəli qızı Qurbanova (29 may (11 iyun) 1913, Bakı – 2 noyabr 1988, Bakı) — görkəmli Azərbaycan kino və teatr aktrisası, film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən şəxs, SSRİ xalq artisti (1965). Azərbaycan milli səhnəsində misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. == Həyatı == Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovla evli olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib. Hökümə xanım Bakı Pedaqoji Texnikumunu bitirib (1931). Elə həmin il Azərbaycan Dövlət konservatoriyasına daxil olaraq iki il fortepiano sinfində təhsil alıb. Güclü musiqi yaddaşı vardı. Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının ciddi təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib.
Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951). == Həyatı == Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur.Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir. 9 avqust 1939-cu ildə onun işinə yenidən baxılmış, işi sübuta yetirilmədiyi və əməlində cinayət tərkibi olmadığı üçün SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 dekabr 1939-cu il tarixli orderi ilə azad edilmişdir.Hökumə Sultanova sonrakı illərdə mətbuat sahəsində fəaliyyət göstərmiş, "Hücum", "Şərq qadını" jurnallarının redaktoru olmuşdur, 1941–1947-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatının direktoru vəzifəsində işləmişdir.
300-lər Komitəsi: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).
65-ci Türkiyə hökuməti
65-ci Türkiyə hökuməti və ya Yıldırm hökuməti - Hökuməti Ədalət və İnkişaf Partiyasının lideri Binəli Yıldırım qurub. Əhməd Davudoğlu'nun AK Partiya sədri və baş nazir vəzifəsindən istefa verməsindən sonra Binəli Yıldırım 22 may 2016-cı ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən hökuməti qurmaq vəzifəsinə təyin edilib; Mayın 24-də Türkiyənin 65-ci hökumətinin kabinet üzvləri açıqlanıb. 65. Türkiyə hökuməti Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvlərindən 315 səslə etimad səsverməsi aldı. == Kabinet üzvləri == == Dəyişikliklər == 31 avqust 2016-cı ildə EfkanAlanın istefası ilə boşaldılan Daxili İşlər Naziri vəzifəsinə Əmək və Sosial Müdafiə naziri Süleyman Soylu təyin edilib. Mehmet Müezzinoğlu Soylunun Əmək və Sosial Müdafiə Nazirliyi vəzifəsinə təyin edildi.19 iyul 2017-ci ildə kabinet əsaslı təmir olundu. 6 yeni ad nazir olduğu halda, 5 ad müxtəlif nazirliklərə verilib.
ABŞ federal hökuməti
Birləşmiş Ştatların federal rəhbərliyi — Amerika Birləşmiş Ştatlarını yaradan 50 ştatın aid olduğu konstitusiya respublikasının milli rəhbərliyi. Federal hökumət (və ya idarəetmə), üç orqandan ibarətdir: Qanunvericilik, icra və məhkəmə. Bu orqanlar və onların qüvvələri ABŞ Konstitusiyası ilə qeyd edilmişdir; qüvvələr haqqında daha çox detal, Konqres tərəfindən həyata keçirilən qanunlarda bildirilir. Birləşmiş Ştatların idarəetmə mərkəzi Vaşinqton şəhərində yerləşir, bu coğrafi ərazi heç bir əyalətə aid deyil. Bu səbəbdən Amerika Birləşmiş Ştatları federal hökuməti üçün "Vaşinqton" ifadəsi geniş istifadə edilir. Bu mətndə hökumət sözü "nazirlər kabineti" mənasında deyil, bir ölkəni idarə edən təşkilatlar mənasında və "idarəetmə" sözü ilə sinonim istifadə edilmişdir. == Tarix == Birləşmiş Ştatlar hökumətinin əsas xətləri konstitusiyasında xülasə olaraq qeyd edilmişdir. Hökumətin 1789-cu ildə qurulması ilə ABŞ, dünyanın ilk müasir milli konstitusiya respublikalarından biri olmuşdur. Amerika Birləşmiş Ştatları Konstitusiyasında qeyd olunduğu kimi, Birləşmiş Ştatlar hökuməti federalizm əsası üzərində qurulmuşdur, siyasi güc, federal hökumət ilə əyalət hökumətləri arasında bölüşülmüşdür. Amerikan federalizm detalları (federal hökumətin hansı qüvvələrə malik olması və bu qüvvələrin necə həyata keçirilməsi vacibliyi də daxil olmaqla), Konstitusiyanın qəbulundan bəri müzakirə olunmuşdur.
Azərbaycan Milli Hökuməti
Azərbaycan Milli Hökuməti (abr. AMH; az.-əbcəd آذربایجان میلی حوکومتی‎, fars. حکومت خودمختار آذربایجان‎, rus. Азербайджанское народное правительство, translit. Azerbaycanskoye narodnoye pravitelstvo) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. == SSRİ qoşunlarının İrana daxil olması == İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci yeri tuturdu. İrandan benzin qeyri-qanuni yollarla Almaniyaya aparılırdı.
Azərbaycan Milli Hökumətinin himni
Azərbaycan Milli Hökumətinin himni və ya "Yaşa, yaşa Azərbaycan!" — Cənubi Azərbaycanda (Təbrizdə) Seyid Cəfər Pişəvərinin (1893–1947) başçılığı ilə qurulmuş və bir il fəaliyyət göstərmiş (12.12.1945 – 12.12.1946) Azərbaycan Milli Hökumətinin himni. Himnin sözlərinin müəllifi Mir Mehdi Etimad, bəstəkarı isə Cahangir Cahangirovdur.
Azərbaycan SSR hökuməti (1947–1953)
1947–1953-cü illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin II çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 24 mart 1947-ci ildən Azərbaycan SSR Ali Sovetinin III çağırışının beşinci sessiyasındək, yəni 18 aprel 1953-cü ilədək fəaliyyət göstərmişdir.
Azərbaycan SSR hökuməti (1953–1955)
1953–1955-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin III çağırışının beşinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 18 aprel 1953-cü ildən Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasındək, yəni 26 mart 1955-ci ilədək fəaliyyət göstərmişdir.
Azərbaycan SSR hökuməti (1955–1959)
1955–1959-cu illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 26 mart 1955-ci ildən Azərbaycan SSR Ali Sovetinin V çağırışının birinci sessiyasındək, yəni 26 mart 1959-cu ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti ərzində vəfat etmiş kabinet üzvləri — İvan Zimenkov və Mahmud Əliyev. == Haqqında == 26 mart 1955-ci ildə keçirilmiş Azərbaycan SSR Ali Sovetinin IV çağırışının birinci sessiyasında yeni Azərbaycan SSR hökuməti – Azərbaycan SSR Nazirlər Sovetinin 32 nəfərlik tərkibi təşkil edildi. Hökumət Azərbaycan SSR Ali Sovetinin V çağırışının birinci sessiyasında yeni kabinet seçilənədək fəaliyyət göstərdi. === Struktur dəyişiklikləri === Hökumətin fəaliyyət göstərdiyi 4 il ərzində kabinet üzvlərinin müxtəlif səbəblərdən dəyişdirilməsindən yanaşı, bir sıra struktur dəyişiklikləri olmuşdur: 29 sentyabr 1955-ci ildə Azərbaycan SSR Çoxişlənən Sənaye Malları Nazirliyi əsasında Azərbaycan SSR Toxuculuq Sənayesi Nazirliyi və Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi yaradılmış; 11 avqust 1956-cı ildə Azərbaycan SSR Avtomobil Nəqliyyatı və Şosse Yolları Nazirliyi Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinə çevrilmiş; 4 sentyabr 1956-cı ildə Azərbaycan SSR Toxuculuq Sənayesi Nazirliyi Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə birləşdirilmiş; 6 iyun 1957-ci ildə Azərbaycan SSR Ət və Süd Məhsulları Sənayesi Nazirliyi, Azərbaycan SSR Ərzaq Malları Sənayesi Nazirliyi, Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi, Azərbaycan SSR Yüngül Sənaye Nazirliyi, Azərbaycan SSR Şəhər və Kənd Tikintisi Nazirliyi və Azərbaycan SSR Nazirlər Sovetinin Tikinti və Arxitektura İşləri üzrə Dövlət Komitəsi ləğv edilmiş, Azərbaycan SSR Sovxozlar Nazirliyi Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilmiş, Azərbaycan SSR Tikinti Nazirliyi yaradılmışdır. Bundan əlavə, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Elm-Texnika Komitəsinin sədri Azərbaycan SSR Nazirlər Soveti heyətinə daxil edilmişdir.
Azərbaycan SSR hökuməti (1959–1963)
1959–1963-cü illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin V çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 26 mart 1959-cu ildən Azərbaycan SSR Ali Sovetinin VI çağırışına, yəni 30 mart 1963-cü ilədək fəaliyyət göstərmişdir.
Azərbaycan SSR hökuməti (1963–1967)
1963–1967-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin VI çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 30 mart 1963-cü ildən Azərbaycan SSR Ali Sovetinin VII çağırışının birinci sessiyasınadək, yəni 5 aprel 1967-ci ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti ərzində vəfat etmiş kabinet üzvləri — Əlirza Bayramzadə.
Azərbaycan SSR hökuməti (1967–1971)
1967–1971-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin VII çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 5 aprel 1967-ci ildən Azərbaycan SSR Ali Sovetinin VIII çağırışının birinci sessiyasınadək, yəni 2 iyul 1971-ci ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti dövründə vəfat etmiş kabinet üzvləri — Vladimir Rasskazov və Məmmədağa Məmmədov.
Azərbaycan SSR hökuməti (1971–1975)
1971–1975-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin VIII çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 2 iyul 1971-ci ildən Azərbaycan SSR Ali Sovetinin IX çağırışının birinci sessiyasınadək, yəni 1 avqust 1975-ci ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti dövründə vəfat etmiş kabinet üzvləri — Nikolay Saakov, Sadıq Rəhimov.
Azərbaycan SSR hökuməti (1975–1980)
1975—1980-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin IX çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 1 avqust 1975-ci ildən Azərbaycan SSR Ali Sovetinin X çağırışının birinci sessiyasınadək, yəni 27 mart 1980-ci ilədək fəaliyyət göstərmişdir.
Azərbaycan SSR hökuməti (1980–1985)
1980–1985-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Nazirlər Sovetinin Azərbaycan SSR Ali Sovetinin X çağırışının birinci sessiyasından sonra formalaşdırılmış tərkibi. 27 mart 1980-ci ildən Azərbaycan SSR Ali Sovetinin XI çağırışının birinci sessiyasınadək, yəni 26 mart 1985-ci ilədək fəaliyyət göstərmişdir. Hökumət kabinetinin fəaliyyət müddəti ərzində vəfat etmiş kabinet üzvləri — Sabit Abbasəliyev, Qurban Yusifzadə, Tofiq Səfərəliyev, Əhməd Zülfüqarov, Hüseyn Rəsulbəyov və Yunis Rzayev.
Azərbaycan SSR hökuməti (1985–1991)
1985–1991-ci illər Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti — Azərbaycan SSR Ali Sovetinin XI çağırışının birinci sessiyasından sonra formalaşdırılmış hökumət kabineti. 26 mart 1985-ci ildən 5 fevral 1991-ci ilədək fəaliyyət göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin binası — Gəncədə tarixi bina. == Haqqında == Bina 1897-ci ildə tikilmişdir. Binada ilk illərdə Gəncə Şəhər Duması (Zemstvo idarəsi) yerləşmişdir. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti, yəni I Xoyski və II Xoyski hökuməti bu binada fəaliyyət göstərib. Gəncənin memarlıq üslubuna uyğun olan 2 bina kərpicdən tikilb. Gəncə şəhəri Atatürk prospektindəki binalardan birində hazırda Azərbaycan Dövlət Aqrar Universiteti, digərində isə Azərbaycan Xalq Cümhuriyyəti Muzeyi yerləşir.
Azərbaycan Xalq Cümhuriyyətinin beşinci hökumət kabineti
II Yusifbəyli hökuməti və ya Beşinci hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 5-ci, Nəsib bəy Yusifbəyli başçılığında təşkil olunan, müsavatçılar, ittihadçılar, müstəqillər, bitərəflər, əharçılar və hümmətçilərdən ibarət koalisiya hökuməti. == Zəmin == 22 dekabr 1919-cu ildə kabinetdaxili münaqişələrə görə IV hökumət kabineti istefa verdi. == Tərkibi == 1919-cu il dekabrın 24-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. == Fəaliyyəti == Nəsib bəy Yusifbəyli baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransındakı gərgin əməyi sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması olmuşdur. Bu dövrdə həmçinin Bakı Dövlət Universiteti açıldı. Müxtəlif ixtisaslar üzrə ali təhsil almaq üçün 100 nəfərə yaxın azərbaycanlı gənc Avropanın müxtəlif ali məktəblərinə göndərildi. Torpaq islahatları haqqında 29 maddədən ibarət qanun layihəsi hazırlanaraq, 1920-ci ilin fevralında ümumxalq müzakirəsinə verildi. Savadsızlıqla mübarizə üçün müvəqqəti pedaqoji kurslar açıldı, ibtidai və orta məktəblər üçün dərsliklərin hazırlanması və nəşri işinə başlanıldı. 1920-ci ilin əvvəllərində Şimali Qafqaz və Dağıstanda Denikin qüvvələrini məğlub edən Qırmızı Ordu Azərbaycan sərhədlərinə yaxınlaşaraq Sovet Rusiyasının çoxdan ələ keçirmək arzusunda olduğu Bakını təhlükə altına aldı. Diplomatik əlaqələr yaratmaq haqqında Azərbaycan Hökumətinin bütün təkliflərini cavabsız qoyan Sovet Rusiyası ölkə daxilində bolşeviklərin vasitəsilə müdaxilə üçün zəmin hazırlayırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. == Zəmin == Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". == Tərkibi == Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü. Həmin dövrdə Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfər hərbi təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əlində idi.
Azərbaycan Xalq Cümhuriyyətinin dördüncü hökumət kabineti
I Yusifbəyli hökuməti və ya Dördüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 4-cü, Nəsib bəy Yusifbəylinin başçılığı ilə 14 aprel 1919 tarixindən 22 dekabr 1919 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər, slavyan-rus cəmiyyəti üzvləri və daşnaklardan ibarət koalisya hökuməti. == Zəmin == Fətəli xan Xoyski öz hökumətinin istefası barədə parlamentə məktub göndərir. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski Hökumətinin istefası qəbul olunur və yeni hökumət təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olunur. 1919-cu ilin aprelində qurulacaq IV hökumət kabinetinin qurulması isə Nəsib bəy Yusifbəyliyə tapşırılır. == Tərkibi == 1919 il aprelin 14-də Nəsib bəy Yusifbəyli yeni yaratdığı kabinənin üzvlərini parlamentə təqdim etdi: == Fəaliyyəti == Parlamentin 14 aprel tarixli iclasında çıxış edən Nəsib bəy Yusifbəyli elan etdi ki, xarici siyasət sahəsində onun kabinetinin başlıca məqsədi Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən tanınması və dövlətin ərazi bütövlüyünü qoruyub saxlamaq uğrunda mübarizə, daxili siyasət sahəsində isə hər bir mədəni və demokratik ölkə üçün zəruri olan söz, mətbuat, yığıncaq və başqa azadlıqların təminatı, fəhlələrin əməklə, kəndlilərin torpaqla təminatı olacaqdır. Milli məsələdən bəhs edən Nəsib bəy Yusifbəyli qeyd etdi ki, Hökumət bütün qüvvəsini Azərbaycanın və onun ərazisində yaşayan bütün millətlərin sevimli vətəni olmasına sərf edəcəkdir.Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi Hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Belə ki, 1919 il mayın 6-da bolşeviklərin gizli təşkilatının təşəbbüsü ilə Bakı Fəhlə Konfransı tərəfindən hazırlanan tətil şəhəri bürümüşdü. Parlamentin həmin gün keçirilmiş iclasında hökumət adından çıxış edən Nəsib bəy Yusifbəyli demişdi: 1919-cu ilin mayında Şimali Qafqazı və Dağıstanı ələ keçirən Denikin ordusu Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı işğal təhlükəsi altında qoymuşdu. Yaranmış təhlükəli vəziyyət Azərbaycan Parlamentinin və Hökumətinin iclaslarında dəfələrlə müzakirə olunmuşdu.Denikin təhlükəsi ilə bağlı Parlament tərəfindən qəbul edilmiş qərarda göstərilirdi ki, mövcud hökumət daxilindən bir heyət seçilməli və həmin heyət ölkənin müdafiəsini təşkil etməlidir. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin hökumət kabinetləri
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. == Haqqında == Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. === İstiqlaliyyəti Bəyanatı === Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. == Haqqında == Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. === İstiqlaliyyəti Bəyanatı === Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. == Haqqında == Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. === İstiqlaliyyəti Bəyanatı === Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. == Zəmin == Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin. Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin üçüncü hökumət kabineti
III Xoyski hökuməti və ya Üçüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 3-cü, Fətəli xan Xoyskinin başçılığı ilə 26 dekabr 1918 tarixindən 14 mart 1919-cu ilədək fəaliyyət göstərmiş koalisiya hökuməti. == Zəmin == Azətrbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra, Fətəli xan Xoyski parlamentdən hökumət kabinetinin istefasını qəbul etməsini xahiş etdi. Parlamentin bu istəyi qəbul etməsindən sonra, yeni hökumət kabinetinin qurulması da Fətəli xan Xoyskiyə tapşırıldı. Həsən bəy Ağayevlə məktublaşmalarından məlum olur ki, Fətəli xan Xoyski bu istəyi Həsən bəy Ağayevin çox saylı xahişindən sonra qəbul etmişdir. == Tərkibi == Dekabrın 26-da Fətəli xan Xoyski üçüncii hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Yeni kabinədə xalq səhiyyəsi naziri postu müvəqqəti olaraq dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskiyə, əmək naziri postu isə müvəqqəti olaraq poçt və teleqraf naziri Aslan bəy Səfikürdskiyə həvalə edildi. == Fəaliyyəti == Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət kabinəsi ilə əlaqədar olaraq general Tomson bəyan etdi: " Məmmədhəsən Hacınskinin Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına getməsi ilə əlaqədar 1919 il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əliağa Həsənov icra etmişdir. Ölkədə möhtəkirliyin və qiymətlərin artdığı, əhalinin bir qisminin sürətlə varlandığı, digər qisminin isə var-yoxdan çıxdığı bir şəraitdə Parlamentdə müxalifətdə olan İttihad, Əhrar, Sosialistlər fraksiyalarının üzvləri hökuməti bu işdə fəaliyyətsizlikdə təqsirləndirməyə başladı. 1919 ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında onlar tərəfindən Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqid edilirdi.
Başqırdıstan Respublikası Hökuməti
Başqırdıstan Respublikası Hökuməti — Başqırdıstan Respublikasının hökumətidir. Hökumət üç ayrı qoldan ibarətdir: qanunvericilik, icra və məhkəmə.
воссоедини́ться замедли́тель медосбо́р откомандирова́ть слюни́ться джугара́ извраще́нка контрапу́нкт обзаведе́ние обма́нываться обслу́живающий равнозна́чный чан blueing cadastre cryoprotector gist Grand Island instrumental lineation two-bit вытяжка индуктивный по-нашему скопидомство