HÖRMƏT

is. [ ər. ]
1. Böyüklərə, yaşlılara və ya ləyaqətinə, xidmətinə görə birinə göstərilən ehtiram; sayğı. Böyüyə hörmət. Ata-ana hörməti.
– Bizdə şeir də var, sənət də vardır! Şairə, sənətə hörmət də vardır… S.Vurğun.
Ataya hörmət etməyən çocuğun; Anaya xidmət etməyən çocuğun; Nə olur kəndi nəfsinə xeyri; Nə də ondan vəfa görər qeyri! M.Ə.Sabir.

□ Hörmət bəsləmək – ehtiram göstərmək, hörmətini saxlamaq, hörmətli münasibət göstərmək.
[Student] təzə ailənin gənc üzvlərinə qarşı qəlbində bir hörmət bəsləməyə başladı. Çəmənzəminli.

Hörmət etmək (göstərmək, qoymaq)1) ehtiram etmək (göstərmək), saymaq, sayğı göstərmək, hörmətini saxlamaq.
Arvad almanı dərvişin əlindən alıb, ona çox hörmət göstərib, sonra əlini döşünə qoyub, ondan razılıq elədi. (Nağıl).
Qonumaqonşuya göndərib xəbər; Bağban hörmət etdi əziz mehmana. M.Rahim.
[Qətibə xatunun Toğrula yazdığı məktubunda:] Xəlifə həzrətləri mənə bir hökmdara layiq hörmət göstərdi… M.S.Ordubadi;

2) məc. dan. Yaxşılığının əvəzini çıxmaq.
Əgər xəbər düz çıxdı, [Koroğlu] o adama xələt verib, hörmət elərdi. Koroğlu”.

Hörmət qazanmaq – ehtiram edilmək, sayılmaq, hörməti, etibarı, nüfuzu artmaq, hörmətə çatmaq.
İnsanlar biliklə hörmət qazanar; Bunu heç bir zaman unutma, zinhar! Şəhriyar.

Hörmətdən düşmək – hörmətini, nüfuzunu, etibarını itirmək.
Hörmətdən salmaq – hörmətdən düşməsinə səbəb olmaq, nüfuzdan, etibardan salmaq, gözdən salmaq.
[Şamxal düşünürdü:] Bu nə idi? Kişiyə sataşan kim idi? Yoxsa onu tək görüb üstünə ayaq alırdılar? Camaat arasında hörmətdən salmaq istəyirdilər? İ.Şıxlı.

Hörmətə çatmaq – bax hörmət qazanmaq.
İstərdim o da mən kimi bir hörmətə çatsın; Azadə dolansın. M.Ə.Sabir.

Hörmətə minmək – hörməti artmaq, hörmət qazanmaq, hörmətli olmaq.
Yenə də Kərbəlayı Hətəm xanla Hacı Səfiqulu bərk hörmətə minir. S.Rəhimov.

Hörmətini gözləmək (saxlamaq, tutmaq) – bax hörmət etmək.
Bir-iki gün ki sənə, ey nigar, mehmanəm; Nolur əgər tutasan hörmətin bu mehmanın? S.Ə.Şirvani.
Dəftərxanada Mirzənin hörmətini gözlərdilər.
Çünki sair mirzələr bir abbası, altı şahı hər işə gələndən rüşvət alardı, amma Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev.
Lakin o olmuşdur ilk köməyimiz; Ellər hörmətini saxlamış onun. N.Xəzri.

Hörmətini yerə vurmaq1) bax hörmətdən salmaq;
2) edilən yaxşılığı yerə vurmaq, nankorluq etmək.
2. Şərəf, şan, heysiyyət.
Abır, həya, hörmət bilməyən gözəl; Çəksə də üzünə pərdə, yaraşmaz! Aşıq Şəmşir.
Çıxdın ağ günlərə, arzuna çatdın; Bu hörməti sənə bu dövran verdi. Aşıq Hüseyn.

3. məc. Güzəşt, mərhəmət, iltifat, xətir. Ona hörmət etdikcə başa çıxır.
4. Hörmətlə şəklində zərf – hörmət edərək, ehtiramla, sayğı ilə.
Onun arxasınca şair də baxdı; Vüqarla, izzətlə, hörmətlə dedi… M.Rahim.
Sona [Ümidi] görəndə hörmətlə salam verir … yanaqlarına qızartı çökürdü. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖRMƏT HÖRMƏT, EHTİRAM (müxtəlif mənalarda) Bu ani, keçici hörmət, ehtiram hissidir, yoxsa başqa bir duyğudur? (Ə
  • HÖRMƏT ehtiram — şərəf — sayğı

Etimologiya

  • HÖRMƏT Ərəbcədir, bizdə san (say) sözü işlədilib. Ondan da saymaq, sayın sözləri əmələ gəlib. “Hörmət etmək” mənasında aya feilini hörmətin sinonimi kimi aya
HÖRMƏK
HÖRMƏTCİL
OBASTAN VİKİ
Hörmət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Heybət Hörmət
Heybət Hörmət(Hörmət Heybət Qüdrət oğlu.) — Azərbaycanın tanınmış teatr və kino aktyoru, rejissoru. Şair-tənqidçi, "Qızıl qələm" mükafatı laureatı, "Ümid press" qəzetinin baş redaktoru. == Həyatı == Heybət Hörmət 1946-cı il dekabr ayının 20-də Şamaxı şəhərində doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 20 il M. Davudova adına Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarından olub. Mingəçevir Teatrında işləyə-işləyə 1974-cü ildə Ə. B. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb. Bu teatrda bir neçə obrazlar yaratdıqdan sonra yenidən Mingəçevir teatrına, öz doğma səhnəsinə qayıdıb. (1974-cü ilin sonu). Daha sonra Mədəniyyət Nazirliyinin təyinatı ilə H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. (1989–1995).
Hörmət-izzət
Hörmət və ya Sayğı — şəxsiyyətə hörmətlə yanaşmaq, tənqidi şəxsin özü deyil onun fikrinə yönəltmək, etirazı mədəni şəkildə etmək, heç kimin fikrini "lağa" qoymamaq, hamının danışmaq hüququ olduğunu dərk etmək Yeri gəldikdə güzəştə getməyi bacarmaq, "özünə rəva bilmədiyini, başqalarına rəva bilmə" atalar sözünü unutmamaq.Hər kəsə hörmət edən, sayğı göstərən və eyni zamanda da özünə hörmət qazanmağa çalışan insan bacarmalıdır. "Buyurun", "bağışlayın", "zəhmət olmasa", "üzr istəyirəm", "minnətdaram" və s. kimi kəlmələri dildə vərdişə çevirmək bacarığı; fikrini əsaslandırmaq, əsassız fikirdən qaçmaq bacarığı; "Bu mənim şəxsi fikrimdir", "Bu onun şəxsi fikridir", "Hər kəsin öz fikrini söyləmək haqqı var" və s. kimi düşüncələrini normal qəbul etməklə ona dəstək vermək bacarığı.
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir.İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi. Sartr gələn bu tənqidlərə belə bir cavab vermişdi: “Mən Amerika Birləşmiş Ştatlarına yox, irqi ayrı-seçkiliyə qarşıyam.” Digər tənqidlərdə Sartın ABŞ-də qaldığı qısa müddətdə əhalinin gündəlik vərdişləri barədə düzgün müşahidələr apara bilmədiyi bildirilmişdi.

Digər lüğətlərdə

антраци́т жирандо́ль катапульти́рование офсе́т сце́пщица вту́зовский каме́лия кро́нверк мифологи́ческий пропи́хивание смягчённо шага́ть Вилия bail court grovel indefinably J-pen Jogjakarta questioningly saucepan shoe-latchet vacuum flask зафрахтовывать кинофабрика