HÖRÜK

is.
1. Hörülmüş qadın saçı; saç burumu; hörmə. Qızın xurmayı hörüyü.
[Yasəmən] … başını yumaq fikri ilə qara, uzun saçlarını hörükdən açıb döşünə tökdü. S.S.Axundov.
Tükəzban xalanın … əyildikcə yoğun hörükləri çiynindən sürüşüb sinəsinə düşürdü. İ.Şıxlı.

□ Hörük etmək – hörmək, hörük şəklinə salmaq.
Gülşad göyzəmin krep-satindən yaxası düyməli, qollu, uzun don geymiş, hamar daradığı gur, sarışın saçını iki hörük edib kürəyinə atmışdı. Ə.Əbülhəsən.

// sif. Hörülmüş, hörük şəklində olan.
Topuqlarına qədər uzanan iri hörük saçından başqa onun heç bir köhnə Zeynəbliyi qalmayıbdır. Qantəmir.

2. Otlamaq üçün buraxılan heyvanın uzağa qaçmamaq üçün ayağından bağlanan uzun ip. İnəyin hörüyü. Qoyunun hörüyünü dəyişmək.
– Birdən baxdı ki, alaçıqlardan o tərəfdə çoxlu at var, [amma] hamısı hörükdədi. Aşıq Ələsgər”.
Dumanlar dağılır ətrafa qat-qat; Arabir kişnəyir hörükdəki at. S.Vurğun.

3. Bir-birinə sarınmış, hörülmüş hər cür şey. Gül hörüyü.
– Ovçu … müxtəlif bitkilərin uzun hörüklərindən yapışıb, özünü yuxarı qaldırır, girinti-çıxıntıları ayaqları altında pillə edərək, sanki dik bir divara dırmaşırdı. Ə.Məmmədxanlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖRÜK hörük bax saç 1
  • HÖRÜK divar — qalaq — düzüm
HÖRMƏTSİZLİK
HÖRÜKLƏMƏ

Digər lüğətlərdə

вы́вялить интерфи́кс круши́новый у́мничать цыга́нкин четверохо́лмие эндоскопи́ст зака́паться как в воду смотре́л опублико́вываться показать нос политэмигра́нт та́бор тютюн agrobiological Chukot Peninsula drip irrigation lough Middle American ombudsman pukka quadriceps talking picture переселиться состыковывать