hücum
hüdud
OBASTAN VİKİ
Hücumçu (futbol)
Hücumçu — futbolda məqsədi qol atmaq olan hücum oyunçusu mənasını verir.
Hücumçu (voleybol)
Hücumçu — bir çox komanda idman növlərində olduğu kimi voleybolda da mövcud olan voleybolçu ampluası. Mövqe sahibinin əsas məqsədi komandasını xal ilə təmin etməkdir. Toppaylayıcının ötürmələrinin əksəriyyəti hücumçulara göndərilir. Bu iki mövqe bir-biri ilə çox gözəl tandem təşkil edir. Voleybolda hücumçuların adətən boyu uzun olur, çünki hücumçunun boyu qısa olduqda olduqca uzun olan blokçunun üzərindən topu rəqib meydançasına göndərmək müşkül məsələ olur. == Hücum vuruşu == Voleybolda servis və blokdan başqa topu rəqib meydançaya göndərməklə başa çatan hər bir tandem hücum vuruşu olaraq dəyərləndirilir. Hücum vuruşu zamanı topu ovuc ilə vurmaq və ya tutmaq olmaz, topa dəqiq və ya aydın şəkildə toxunulmalıdır. Top bütünlüklə tor üzərindən rəqib tərəfə keçidikdə və ya rəqib komandanın oyunçularından birinə toxunduqda hücum vuruşu tamamlanmış sayılır. Bir oyunçu topa öz meydançasında toxunaraq hər hansı bir yüksəklikdən zərbə vuraraq hücum vuruşunu tamamlaya bilər. Arxa zona oyunçusu da ön zonanın gerisindən hər hansı bir yüksəklikdən hücum vuruşunu tamamlaya bilər.
Uzun hücumçu
Uzun hücumçu və ya 4 nömrə basketbolun əsas 5 mövqeyindən biri. Bu mövqedə olan oyunçular səbət altında mərkəz mövqedəki oyunçuya yardım edir. Lazım gəldikdə belə basketbolçular kənara çıxıb atışlar da ata bilirlər. Bu mövqedəki oyunçuların ribaund qabiliyyəti yüksəkdir. Mərkəz mövqedəki basketbolçulardan qısa, qısa hücumçu mövqeyindəki oyunçulardan , adətən, uzun olurlar. Lakin çox cəhətli basketbolçulardır. NBA-də uzun hücumçuların boyları təxminən 2.03 m-dən (6'8" ) 2.13 m-ə (7'0") qədər, WNBA-də isə 1.85 m-dən (6' 1") 1.93 m-ə (6' 4") qədər olur.
Hücumçu Həmişə İrəlidədir (1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.
Hücumçu həmişə irəlidədir (film, 1968)
== Məzmun == Film məşhur futbolçu və məşqçi, cörd dəfə Sovet İttifaqı çempionu, SSRİ əməkdar idman ustası, SSRİ və Azərbaycan əməkdar məşqçisi Ələkbər Məmmədova həsr edilmişdir. == Festivallar və mükafatlar == Film 1968-ci ildə Leninqradda (indiki Sankt-Peterburq) keçirilən televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.

Digər lüğətlərdə

моко́й насла́щивать настра́чивать неви́дный ороша́ть профессиона́льный бесприю́тно газе́та на корню́ пропе́чь уда́рить по рукам commercial paper disclaim geognosy input-output light-keeper Maseru paint-box polymerization profusely undependable vice-chancellor мириады сброшюровать фактор