HÜDUD

i. 1. boundary, border; (dövlət) frontier 2. (son hədd) limit; bütün hüdudları keçmək to overstep the limits, to pass all bounds

HÜCUMÇU
HÜDUDSUZ
OBASTAN VİKİ
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372–ci (miladi 982–983–cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142-145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
Hüdudsuz (Nik Vuyiçiç)
Hüdudsuz: İnanılmaz gözəl həyata çağırış (ing. Limitless: Devotions for a Ridiculously Good Life) — Nik Vuyiçiçin psixoloji-motivasiya mövzusunda yazdığı əsər. == Məzmun == Nik Vuyiçiç – Dünyaca məşhur motivasiya ustası, bestseller kitablar müəllifi. Əlsiz-ayaqsız doğulmağına baxmayaraq, iki ali təhsil alıb, qolf oynayır, dənizdə üzür, sörfinqlə məşğul olur, kompüterdə yazır, bir sözlə, dolğun həyat yaşamağı bacarır. Kitabları və çıxışları sayəsində milyonlarla insanın ümid mənbəyi olmuşdur. Xoşbəxt ailəsi var, iki uşaq atasıdır. Tanrıya sual verdim ki, məni niyə belə yaratdın? Dedi: Mənə güvən! Nik bu dünyada Tanrının insan həyatı üçün cızdığı plana inanmağı hər şeydən üstün tutur. O, Tanrının hər bir insan övladına bəxş etdiyi hüdudsuz sevgi və gücü anlamaqla fiziki məhdudiyyətinin yaratdığı bütün çətinliklərin, dərin psixoloji sıxıntıların öhdəsindən gəlmiş və inanılmaz xoşbəxt həyat yaşamağa nail olmuşdur.
Hüdudsuz Güc
Hüdudsuz Güc —"Əsər "Simon &Schuster"nəşriyyatının orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb.Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evinə məxsusdur == Haqqında == Bu kitab ilk dəfə 1986-cı ildə "Simon&Schuster"nəşriyyatı tərəfindən "Unlimited Power" adı ilə nəşr olunub. Entoni Robbins bunu “şəxsi nailiyyət haqqında yeni elm” adlandırır. Siz isə bunu “indiyədək qarşılaşdığınız ən yaxşı şey” adlandıracaqsınız. Əgər nə vaxtsa daha yaxşı həyat xəyal etmisinizsə, “Hüdudsuz güc” sizə arzuladığınız və layiq olduğunuz fövqəladə keyfiyyətli həyata nail olmağın, eləcə də şəxsi və peşəkar həyatınızı idarə etməyin yollarını göstərəcək. Entoni Robbins öz kitabları, lent yazıları və seminarları vasitəsilə milyonlarla insana sübut edib ki, zehninizin, düşüncənizin gücündən istifadə etməklə həyatınız üçün istədiyiniz hər şeyi edə, ona malik ola, onu yarada və əldə edə bilərsiniz. O, ölkə rəhbərlərinə, olimpiya oyunları iştirakçılarına və peşəkar idmançılara, kinoulduzlara və uşaqlara hədəfə necə nail olmağın yollarını göstərir. O, şəxsi nailiyyət haqda elmi “Hüdudsuz güc” vasitəsilə coşğunluqla aşkara çıxarır və sizə aşağıdakıları öyrədir: • əslində nə istədiyinizi üzə çıxarmağın yollarını • uğurun yeddi yalanını • qorxu və fobiyaları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün beyninizi yenidən proqramlaşdırmağın yollarını • görüşdüyünüz istənilən şəxslə dərhal qarşılıqlı münasibət yaratmağın sirlərini • başqasının uğurlarını təkrarlamağın yollarını • zənginliyin və xoşbəxtliyin beş açarını “Hüdudsuz güc” beyin üçün inqilabi fitnes kitabıdır. Bu kitab sizə emosional və maliyyə azadlığı əldə edərkən, liderliyə, özgüvənə və digərləri ilə əməkdaşlığa nail olarkən yüksək bacarıq nümayiş etdirməyin yollarını addım-addım göstərəcək. Bu kitab özünüzü və dünyanızı kökündən dəyişmək üçün sizə bilgi və cəsarət verəcək. “Hüdudsuz güc” uğur erasında yüksək performans üçün bir bələdçidir.
Yeni hüdudlar
Yeni hüdudlar — Günəş sisteminin planetləri olan Yupiter, Venera və cırtdan planet olan Plutonu tədqiq etmək məqsədi ilə NASA tərəfindən aparılan kosmik kəşfiyyat missiyaları seriyasından biridir. == İstinadlar == == Xarici keçidlər == "NASA to Launch New Science Mission to Asteroid in 2016". Retrieved 25 May 2011. NASA/JPL Near-Earth Object Program Office. 21 July 2015. Archived from the original Lunar Geophysical Network (LGN). Planetary Science Decadal Survey – Mission Concept Study Final Report, 2011.

Digər lüğətlərdə

вы́служить го́нчий распры́скивание ули́т шалопа́йничествовать энигмати́чность быть на стороне́ второ... исключи́ть очи́щенный припе́рчить сумасше́дше четырёхсло́жный макать glassine hygrograph kicker live steam mousse object teaching pinnulate self-mastery townly меблировать разлучиться