HÜDUS

yoxdan, heçdən var edilmək. Hüdus Tanrıya aid xarakterik xüsusiyyətin əməli nəticəsi olub, mahiyyət etibarı ilə maddi, yaxud mənəvi olmalarından asılı olmayaraq Tanrıdan başqa bütün varlıqların yaradılış formasıdır. Dini məntiq varlıqların yaradılış formasını Tanrının ―Ol!‖ ifadəsinə bağlı olduğunu qeyd edir. Tanrı varlıqları yaratmaqda hüç bir çətinlik bilməz. Hüdus, həm də varlıqların əzəli olmadıqlarını ifadə etmək üçün də işlədilir. Varlıqların əzəli olmamaları başlanğıcda onların başqa bir varlıq tərəfindən yaradılmış olmasına və İlkin səbəbə möhtac olmaları deməkdir. Şərq peripatetik fəlsəfəsində varlıqların bu xüsusiyyətlərini ifadə etmək üçün vacib varlıq və mümkün varlıq terminləri işlədilmişdir. Vacib varlıq yaradılmamış olub, yaradanadır və yaradan varlıqların heç bir xüsusiyyətini Ona aid etmək olmaz. O, əzəli və əbədidir. Bu varlıq Tanrının özüdür. Ondan başqa bütün varlıqlar isə var ola bilmələri üçün yaradıcıya möhtacdır. Var ola bilmələri üçün başqa varlığa ehtiyacı olan varlıqlar isə mümkün varlıqlar adlanır.
HÜCCƏT
HÜQUQ

Digər lüğətlərdə

акци́з бре́зговать кинока́мера рубо́повец бота́ник гомога́мный заупря́миться кумысолече́бница пневмопо́чта прощу́пывание разбу́ривать сморчко́вый тутово́д узнать из первых уст цивера mandarine sleeve monomachy phantasm solidungulate trachoma гиревик намести неопытность перепечься форсунка