HÜMBƏT

Ərəbcədir, əsli hummətdir, “xalq”, “əhali”, “qəlbi geniş” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HÜDÜLƏMƏK
HÜMMƏT
OBASTAN VİKİ
Hümbət
Hümmət — Kişi adı.
Hümbət Eminov
Hümbət Oruc oğlu Eminov — Alim, kimya elmləri namizədi, dosent, Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) kimya-texnologiya fakültəsinin dekanı, daha sonra qiyabi və axşam şöbəsi üzrə prorektoru (1992-1994), "Analitik kimya" kafedrasının müdiri (2004-cü ildən). == Həyatı və elmi fəaliyyəti == Hümbət Eminov 1940-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1948-ci ildə Qazax şəhər 1 saylı orta məktəbinə gedib, 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur.1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır.1973-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır.1977-ci ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) "Əsas üzvü və neft-kimya sintezinin texnologiyası” kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. 1983-cü ildə kimya-texnologiya fakültəsinə müsabiqə yolu ilə dekan seçilmiş, 1992-1994-cü illərdə isə institutun qiyabi və axşam şöbəsi üzrə prorektoru olmuşdur.1995-ci ildə yenidən kimya-texnologiya fakültəsinə dekan seçilmiş və 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır. 2004-cü ildə "Analitik kimya" kafedrasına müsabiqə yolu ilə müdir seçilmişdir.105 elmi əsərin, 40-dan çox metodik işin, 8 müəlliflik şəhadətnaməsinin və 10 patentin müəllifidir. Dövlət və hökumət mükafatları var.2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. == İstinadlar == == Mənbə == Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat).
Hümbət Hümbətov
Hümbət Sərxoş oğlu Hümbətov (1 avqust 1965, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru. == Həyatı == Hümbət Hümbətov 1965-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1982-ci ildə Aşağı Seyidəhmədli kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstititutunun Aqronomluq fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin fakültənin Seleksiya və toxumçuluq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1989–90-cı illərdə V. Y. Yuryev adına Ümumittifaq Bitkiçilik, Genetika və Seleksiya İnstitutunda təcrübə keçmişdir. 1990–1991-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq instititunda elmi işçi işləmiş, 1993-cü ildə AKTA-nın aspiranturasını, 2004-cü ildə doktoranturasını bitirmişdir. Aqrar elmlər üzrə fəlsəfə doktorudur. "Azərbaycan respublikası şəraitində həna və basma bitkiləri becərilməsinin optimallaşdırılması" mövzusunda doktorluq dissertasiyası yerinə yetirmişdir. Hazırda ADAU — nun Bitkiçilik kafedrası üzrə professorudur. Yerli və xarici mətbuatda 100-ə yaxın elmi məqalə, proqram və metodiki göstərişi çap edilmişdir.
Hümbət Mustafayev
Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi. == Həyatı == Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir. Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.
Hümbət Yaqubov
Hümbət Mərhəmət oğlu Yaqubov (4 sentyabr 1998; Meyniman, Hacıqabul rayonu, Azərbaycan — 27 oktyabr 2020; Qırmızı Bazar, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hümbət Yaqubov 4 sentyabr 1998-ci ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Hacıqabul rayon Meyniman kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Hümbət Yaqubov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra ordudan tərxis olunmuşdur. 2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamışdır. Hümbət Yaqubov səfərbər olunmuş və hərbi təlim toplantılarına çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Hümbət Yaqubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində 15 oktyabr tarixindən pulemyotçu olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Cavid Hüseynov (Hümbət oğlu)
Cavid Hümbət oğlu Hüseynov (12 dekabr 1993, Alakol, Tovuz rayonu – 27 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavid Hüseynov 1993-cü il dekabrın 12-də Tovuz rayonunun Alakol kəndində anadan olub. 2000–2011-ci illərdə N. Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Cavid Hüseynov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012–2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edib. 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmət edirdi. Cavid Hüseynov məharətli snayperçi idi. O, snayper təlimatçısı olub; dəfələrlə "Ən yaxşı snayper" fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarus hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.
Allahverdi Hümbətov
Allahverdi Alı oğlu Hümbətov (6 oktyabr 1944, Tbilisi – 5 fevral 2008, Marneuli, Kvemo-Kartli) — Gürcüstan Respublikasının ictimai-siyasi xadimi. 2004-2008-ci illərdə Gürcüstan parlamentinin deputatı. == Həyatı == Allahverdi Hümbətov 1944-cü il 6 oktyabrda Tiflisdə anadan olub. 1961-ci ildə Tiflisdəki 72 nömrəli rus orta məktəbini bitirib. 1962-1968-ci illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. === Vəfatı === 2008-ci il 5 fevral-də ağır xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib. == Fəaliyyəti == === Əmək fəaliyyəti === İlk əmək fəaliyyətinə təyinatla Tacikistandakı Nurek elektrik stansiyasında mühəndis kimi başlayıb. Təyinat müddəti başa çatdıqdan Borçalıya qayıdıb. Marneulidə bir çox vəzifələrdə işləyib. 1973-1975-ci illərdə Marneuli Rayonlararası Enerji Satışı İdarəsinin rəisi, daha sonra isə bir neçə sovxozun direktoru, Marneuli rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifələrində şərəflə çalışıb, Marneuli rayon bələdiyyəsinin sədri seçilib.
Aygün Hümbətova
Aygün Bəylər (22 avqust 1975, Kirov) — Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının əməkdar artisti (2002). == Həyatı == Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988 ildə yaradılan Azərbaycan Dövlət uşaq filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır. 1995 ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 1998 ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün H.-nın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar — Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan muğamın incəliklərini öyrənir. 2002 ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
Azad Hümbətov
Azad Arif oğlu Hümbətov (24 yanvar 1996, Bakı – 27 oktyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. "Vətən Müharibəsi Qəhrəmanı". == Həyatı == Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakıda doğulub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir.Nərimanov rayonundakı Bakı şəhəri 291 №-li ekologiya liseyini bitirib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olmuş, 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirmişdir. Təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlamışdır. 2018-ci il "Azərbaycan Ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi tədbirdə ön sırada bayraqdar vəzifəsini daşımışdı. Bundan sonra o "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olundu. Azad Hümbətov peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı qüvvələrin təlim və tədris mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək baş leytenant rütbəsi almışdır. == İkinci Qarabağ müharibəsində iştirakı == Azad Hümbətov Füzuli, Qubadlı, Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir.
Bəhruz Hümbətov
Bəhruz Hümbətov (Bəhruz Əli oğlu Hümbətov ; d. 26.11.1978, Ormeşən kəndi, Gürcüstan SSR) — İjevsk şəhər Dumasının deputatı. == Həyat və fəaliyyəti == Bəhruz Əli oğlu 1978-ci il noyabrın 26-da Dmanisi rayonunun Ormeşən kəndində anadan olub. Təhsili - ali hüquqi. Udmurt Dövlət Universitetinin Hüquq, Sosial İdarəetmə və Təhlükəsizlik İnstitutundan hüquq fəlsəfəsi üzrə magistr dərəcəsini bitirmişdir. === İctimai fəaliyyət === 2008-ci ildən - 2011-ci ilədək - Udmurtiya "Dostluq" İctimai Mərkəzinin regional ictimai təşkilatının sədri; 2008-ci ildən indiyədək - "Vahid Rusiya" (rus. Единая Россия) Partiyasının üzvü. 2008-ci ildən 2011-ci ilədək - Udmurt Respublikasında Federal Miqrasiya Xidməti İdarəsinin İctimai Məsləhət Şurasının üzvü. 2016-cı ildən indiyədək - Daxili İşlər Nazirliyi yanında Udmurt Respublikasının İctimai Şurasının üzvü. 2018-ci ilə qədər Rusiyada Azərbaycan Təşkilatları İttifaqının Federal Şurasının üzvü və Rusiyada, Moskvada azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti seçilib 2018-ci ildən İjevsk şəhər Dumasının deputatı.
Cəfər Hümbətov
Cəfər İslam oğlu Hümbətov (2 fevral 1959, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının sabiq gənclər və idman naziri, Naxçıvan Muxtar Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin sabiq sədri, Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi. == Həyatı == Cəfər Hümbətov 2 fevral 1959-cu il tarixində Naxçıvan şəhərində anadan olub. 1966–1976-cı ildə Naxçıvan şəhər 2 saylı orta məktəbdə ümumi orta təhsil alıb. 1976-cı ildə Naxçıvan şəhər İdman Komitəsində məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1977–1979-cu illlərdə hərbi xidmət keçib. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun qiyabi fakültəsinə daxil olub. 1984-cü ildə həmin institutun tam kursunu bitirib. 1979-cu ildə Naxçıvan MSSR Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin Uşaq-Gənclər İdman məktəbinə məşqçi-müəllim vəzifəsinə işə qəbul olunub. 1980-ci ildən 1982-ci ilədək həmin məktəbdə metodist vəzifəsində çalışıb. 1982-ci ildən 1993-cü ilədək həmin məktəbin direktoru vəzifəsində işləyib.
Dursun Hümbətov
Dursun Hümbətov (tam adı: Dursun Oruc oğlu Hümbətov (Şahzeynallı); d. 10 mart 1930; Gürcüstan Respublikası, Marneuli ray., Qurdlar k.di; ö. 9 sentyabr 1990; Bakı) — alim, pedaqoq. == Həyatı == Dursun Hümbətov 1930-cu il mart ayının 10-da Gürcüstan Respublikasının Marneuli rayonunun Qurdlar kəndində anadan olmuşdur. Onun ata babası Borçalı bəylərindən biri-Hümmət Şahzeynallı olmuşdur. Məhz bu səbəbdən Dursun Hümbətovun atası Oruc Hümbətov bəy oğlu kimi 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 10 il müddətinə SSRİ-nin uzaq Arxangelsk vilayətinə, siyasi dustaqlar koloniyasına göndərilmişdir. === Təhsili === Dursun Hümbətov 1945-ci ildə səkkizillik kənd orta məktəbini əla qiymətlərlə bitirdikdən sonra orta təhsilini Marneuli şəhərindəki Pedaqoji Texnikumda davam etdirmişdir. 1949-cu ildə isə texnikumu fərqlənmə diplomu ilə bitirərək V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fizika-riyaziyyat fakültəsinə qəbul olunmuşdur. O, həm fakültənin həmkarlar təşkilatının sədri, həm institutun komsomol komitəsinin büro üzvü, həm də qrup nümayəndəsi idi. Hümbətov ikinci kursdan etibarən Stalin adına Dövlət təqaüdünə layiq görülmüşdür.
Eltac Hümbətov
Eltac Hümbətov (azərb. Eltac Ədalət oğlu Hümbətov‎; (14 fevral 1996, Bakı, Azərbaycan) — Azərbaycan idmançısı. Kyokusinkay karate növü üzrə Avropa çempionu (2015). == Həyatı == Eltac Hümbətov 14 fevral 1996-cı ildə Bakı şəhərində anadan olub. Əslən Laçın rayonunun Şamkənd kəndindəndir. 2002-ci ildə 45 saylı məktəbdə orta təhsil almağa başlayıb, 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Hələ 11 yaşından Lokomotiv idman klubunda cüdo məşqlərinə başlayaraq 1 il müddətində xırda klublar arasında müəyyən yerlər tutub. Sonra isə atasının və qardaşlarının məşğul olduğu Kyokusinkay idmanına daha çox həvəs göstərdiyindən, atası Ədalət Hümbətovun məşqçiliyi altında kyokuşinka ilə məşğul olmağa başlayıb. Müəyyən vaxtdan sonra “Kyokuşin karate”də uğurlar əldə edib. Tam 4 ay məşğul olandan sonra 1-ci klublararası turnirdə 45 kq çəki dərəcəsində Eltac Hümbətov 3 rəqibini məğlub edərək, 1-ci yerə layiq görülür.
Emil Hümbətov
Emil Tərlan oğlu Hümbətov (30 oktyabr 1992; Şirvan, Azərbaycan — 11 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Hümbətov 30 oktyabr 1992-ci ildə Şirvan şəhərində anadan olub. 1999-cu ildə Nofəl Quliyev adına Şirvan şəhər 9 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2008-ci ildə orta təhsilini peşə təhsili ilə davam etdirib. 2010-cu ildə Şirvan Peşə liseyini bitirən Emil Hümbətov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb, Daşkəsən rayonu N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildə General-mayor Polad Həşimov'un rəhbərliyi ilə hərbi xidmətini ləyaqətlə başa vurmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Emil Hümbətov Füzulinin azad edilməsində savaşıb. 11 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanacasına şəhid olub. Emil Hümbətov 12 oktyabr 2020-ci il tarixdə Şirvan Şəhidlər Xiyabanında izdihamla dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Emil Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Fuad Hümbətov
Hümbətov Fuad Dursun oğlu, 10 sentyabr, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına BDU-nu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1991-ci ilin dekabr ayında adı çəkilən İnstitutun nəzdində Aspitanturanın əyani şöbəsinə qəbul olunmuşdur. 1994-cü ilin mayında isə Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək 26.05.1994 tarixində namizədlik disserasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür. 1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almış, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir. O, 1998-ci ildə Heydər Əliyevin 75 illik Yubileyinə həsr edilmiş Ümumrespublika Gənc Alimlər Müsabiqəsinin hüquq sahəsi üzrə qalibi olmuşdur. İngilis, fransız, türk və rus dillərində yüksək səviyyədə, alman dilini isə orta səviyyədə bilir. F.Hümbətov 2001-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Bakı şəhərində təşkil edilmiş "Sərhəd Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş treninqin iştirakçısı olmuş, 2003–2006-cı illərdə Belçikanın Brüssel Azad Universiteti nəzdindəki fransız dili üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş, habelə 2005–2006-cı illərdə Belçikanın Brüssel və Valloniya regional hökuməti nəzdindəki ali fransız dili kursunun "Upper-intermediate" səviyyəsini bitirmişdir.
Fuad Hümbətov (diplomat)
Hümbətov Fuad Dursun oğlu, 10 sentyabr, 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == 1986-cı ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra həmin ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunmuşdur. 1991-ci ildə Məhəmməd Əmin Rəsulzadə adına BDU-nu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1991-ci ilin dekabr ayında adı çəkilən İnstitutun nəzdində Aspitanturanın əyani şöbəsinə qəbul olunmuşdur. 1994-cü ilin mayında isə Aspitanturanı əla qiymətlərlə vaxtından əvvəl bitirərək 26.05.1994 tarixində namizədlik disserasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 17.07.98 tarixində Ali Attestasiya Komissiyası tərəfindən baş elmi işçi, dosent elmi adına alyiq görülmüşdür. 1994–1999-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində qiyabi təhsil almış, həmin fakültəni də fərqlənmə diplomu ilə bitirmişdir. O, 1998-ci ildə Heydər Əliyevin 75 illik Yubileyinə həsr edilmiş Ümumrespublika Gənc Alimlər Müsabiqəsinin hüquq sahəsi üzrə qalibi olmuşdur. İngilis, fransız, türk və rus dillərində yüksək səviyyədə, alman dilini isə orta səviyyədə bilir. F.Hümbətov 2001-ci ildə ABŞ Dövlət Departamenti tərəfindən Bakı şəhərində təşkil edilmiş "Sərhəd Təhlükəsizliyi" mövzusunda təşkil edilmiş treninqin iştirakçısı olmuş, 2003–2006-cı illərdə Belçikanın Brüssel Azad Universiteti nəzdindəki fransız dili üzrə tam kursu müvəffəqiyyətlə bitirmiş, habelə 2005–2006-cı illərdə Belçikanın Brüssel və Valloniya regional hökuməti nəzdindəki ali fransız dili kursunun "Upper-intermediate" səviyyəsini bitirmişdir.
Fərhad Hümbətov
Fərhad Hümbətov (10 sentyabr 1968, Arçut, Böyük Qarakilsə rayonu – 29 mart 1992, Xankəndi) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == 10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur. O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır. == Döyüşlərdə iştirakı == Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri heç kimə aman vermədən qarşısına çıxan hər şeyi əzib keçirdi. Fərhad bir az da ləngisəydi, tankın altında qalacaqdı.
Fərid Hümbətov
Fərid Hümbətov (28 dekabr 1956) — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Fərid Hümbətov 28 dekabr 1956-cı ildə anadan olmuşdur. == Filmoqrafiya == Araqarışdıran (film, 1987) Asif, Vasif, Ağasif (film, 1983) Burulğan (film, 1986) Gümüşgöl əfsanəsi (film, 1984) Kənar adamlar (film, 1992) Qafqaz (film, 2007) Qərib cinlər diyarında (film, 1977) Qətl günü (film, 1990) Mən mahnı qoşuram (film, 1979) Nizami (film, 1982) Sahilsiz gecə (film, 1989) Sizi dünyalar qədər sevirdim (film, 1985) Tənha narın nağılı (film, 1984) == Xarici keçidlər == "QAFQAZ" "Oskar"ı udacaq?
Habil Hümbətov
Habil Abbasqulu oğlu Hümbətov (20 oktyabr 1985, Qoşakənd, İsmayıllı rayonu) — Beynəlxalq dərəcəli idman ustası, əməkdar məşqçi və Dünya Budo Federasiyasının prezidenti qrand-master Eyup Zafer Gökbilen tərəfindən 2018-ci ilin ən yaxşı məşqçisi adına layiq görülüb, Əməkdar İdman ustasıdır. Azərbaycan Budo Federasiyasının baş məşqçisidir. Habil Hümbətov Habil Hümbətovun yeni uğuru == Həyatı == Habil Hümbətov 20 oktyabr 1985-ci ildə İsmayıllı rayonunun Qoşakənd kəndində anadan olub.. Şabran rayonunun Konustusiya kəndində 4-cü sinifə kimi ibtidai təhsil alıb. 1996-cı ildə atası rəhmətə getdikdən sonra 11 yaşında Bakıya böyük qardaş və bacılarının yanına gəlir və 5-ci sinifə keçdikdə isə Bakı şəhəri Nərimanov Rayonu 177 nömrəli məktəbdə təhsilini davam etdirib. 1996-cı ildən idmanın karate növünə başlayıb, bir müddət sonra Mayk Taysona olan marağı boksu ona sevdirib və boksa əməkdar məşqçi Nəriman Abdullayevin yanında başlayıb. Orta məktəbdə oxuduğu dövrdə boksla və hərbi şahin idman oyunlarında iştirak edib uğurlar əldə edib. Hərbi Şahin idman oyunlarında Nərimanov, Bakı və Azərbaycan birinciliklərində fəal iştirak edərək nəticələr əldə etmişdir. 2003-cü il orta məktəbi bitirdiyi vaxt isə anası vəfat edir. 17 yaşlı Habil Hümbətov bu çətin vaxtlarda qardaşlarının və bacılarının dəstəyi ilə idmana daha da çox bağlanır.
Hümbətov
Hümbətov — Azərbaycan soyadı. Cəfər Hümbətov (d. 1959) — Azərbaycan sərbəst güləş üzrə məşqçi və hakim. Eltac Hümbətov (d. 1996) — Azərbaycan karateçisi. Əhməd Hümbətov (1965—1994) — Qarabağ müharibəsinin iştirakçısı və şəhid. Ələkrəm Hümbətov (d. 1948) — Azərbaycan siyasətçisi. Fərhad Hümbətov (1968—1992) — Qarabağ müharibəsinin iştirakçısı və şəhid. Fərid Hümbətov (d.
Hümbətov rayonu
Hümbətov rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 730 km², inzibati mərkəzi Mexelta kəndidir. == Əhalisi == Rayonun əhalisi 22.388 nəfərdir (2015-ci il).
Hümbətova
Hümbətova — Azərbaycan soyadı. Tavat Hümbətova (d. 1897) — Azərbaycan inqilabçı.
Həsən Hümbətov
Hümbətov Həsən Həşim oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Hümbətov Həsən Həşim oğlu Azərbaycan Respublikası Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur. 1959-cu ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSİ-nun neft-mədən fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə "Neft Daşları" NQÇİ-də operator kimi başlayaraq, usta köməkçisi, neft hasilatı ustası kimi müxtəlif vəzifələrdə işləmişdir. 1968–1992-ci illərdə Hümbətov H. H. "Nərimanovneft" NQÇİ-də rəis vəzifəsində işləmişdir ki, burada onun rəhbərliyi altında kompleks elmi-tədqiqat işləri aparılaraq, əldə edilmiş nəticələr müvəffəqiyyətlə istehsalata tətbiq edilmişdir. 1971-ci ildə namizədlik, 1996-cı ildə isə "Azərbaycanın dəniz neft yataqlarının mürəkkəb şəraitlərində neftin yığılması, nəqli və hazırlanması proseslərinin səmərəliliyinin artırılması" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1992–1994-cü illərdə "Azneft" İB-nin neft-qaz hasilatı üzrə Baş İdarəsinin neftin hazırlanması və nəqli istehsalat şöbəsinə rəhbərlik etmiş, dənizdə neft hasilatı üzrə İB-də baş mühəndis, daha sonra isə DETLİ-də direktor müavini olmuşdur. Hümbətov H. H. yüksək ixtisaslı alim və mütəxəssis kimi kompleks elmi-tədqiqat işləri aparmışdır və onun neft və qaz hasilatının artırılması üçün əldə etdiyi nəticələr müvəffəqiyyətlə istehsala tətbiq edilirdi. == Elmi fəaliyyəti == Hümbətov H. H. neft və qazın saxlanması və nəqli sahəsində tanınmış alimdir. Hümbətov H. H. 100-dən artıq elmi məqalənin və 23 monoqrafiyanın müəllifidir. 1999-cu ildə Hümbətov H. H. Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü seçilmiş və Avropa Beynəlxalq Biblioqrafik Mərkəzinin baş direktoru təyin edilmişdir.
Məmməd Hümbətov
Məmməd Hümbətov (tam adı: Məmməd Tahar oğlu Hümbətov; (14 iyun 1946; Şahbuz rayonu, — 1 dekabr 2020; Şahbuz rayonu) Azərbaycannın görkəmli teatr aktyoru. == Həyatı == Məmməd Tahar oğlu Hümbətov 1946-cı il iyun ayının 14-də Şahbuz rayonunun Külüs kəndində anadan olub. Azərbaycan İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) kino-dram aktyorluğu fakültəsini bitirib (1970). Tanınmış aktyor, mədəniyyət və teatr xadimidir. 1964-cü ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor işləyib. 1971-78-ci illərdə Naxçıvan şəhər 1N-li Mədəniyyət evinin, "Araz" Mahnı və Rəqs ansamblının (1978-85), Naxçıvan Dövlət Filarmoniyasının (1985-97) və 1997-2003-cü illərdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru vəzifələrində işləyib. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2000-ci il) fəxri adına layiq görülüb. 2003-cü ildən Bakı şəhərindəki "Yaşıl teatrın" inzibatçı-dierktoru idi. - 2020-ci il dekabrın 1-də doğulduğu Külüs kəndində vəfat edib və orada dəfn olunub.
Orxan Hümbətov
Orxan Kazım oğlu Hümbətov (4 noyabr 1992; Kiş, Şəki rayonu, Azərbaycan — 2 aprel 2016; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşləri şəhidi. == Həyatı və hərbi xidməti == Orxan Hümbətov 1992-ci ilin 4 noyabr günündə Şəki rayonunun Kiş kəndində anadan olmuşdur. 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı gizir Orxan Hümbətov Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşdu. Orxan Hümbətov 2 aprel 2016-cı ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid oldu. Aprelin 5-i isə Orxan Hümbətov doğulduğu Şəki rayonunun Kiş kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Hümbətov uğrunda şəhid olduğu torpağa tapşırıldı. Orxan Hümbətov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Значение слова в других словарях

диспе́рсный дюра́ль кувырколе́гия наплева́ть настру́гивание о́смий паште́т переуче́сть пухо́вочка взбудора́жить га́щивать молодцева́то ознакомле́ние полуистле́вший ску́чненький dapple-grey HO scale pathogenetic specially Supernova sweeper harrow trigeminus автоматизированный психологизм форменка