HÜMMƏT
HÜMMƏTALI
OBASTAN VİKİ
Hümmət
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Hümmət (ad)
Hümmət — Kişi adı.
Hümmət (dəqiqləşdirmə)
Hümmət —
Hümmət (qəzet)
"Hümmət" qəzeti — Azərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hümmət" təşkilatının orqanı. == Haqqında == 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdılar. == Nəşri == 1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etməyə başladılar. "Hümmət" qəzeti S.M.Əfəndiyevin və M.Mirqasımovun rəhbərliyi ilə nəşr olunurdu. Qəzet 1904-cü ilin sonlarından 1905-ci ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nömrəsi çıxmışdır. 1905-ci il fevralın ortalarında "zərərli istiqamətinə görə" polis tərəfindən qəzetin mətbəəsi dağıdılmış, qəzetin nəşri dayandırılmış və bəzi əməkdaşları isə həbs edilmişdir. "Hümmət"in səhifələrində inqilabi ideyalar yayılırdı. Qəzetin səhifələrində mütləqiyyətə qarşı mübarizəyə həsr olunmuş materiallar verilir, zəhmətkeş qadınları kapitalın əsarətindən azad etmək zərurəti haqqında fikir yürüdülür, xalqdan uzaq düşmüş və "qara camaatın" məişətini və dilini bilməyən ziyalılar töhmətləndirilir, ruhanilər ifşa edilirdi.
Hümmət Hacıyev
Hümmət Hacıyev (Hümmət Ələkbər oğlu Hacıyev, 10 oktyabr 1935, Naxçıvan rayonu, Naxçıvan MSSR) — neftçi-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu. == Həyat və fəaliyyəti == Hümmət Hacıyev 10 oktyabr 1935-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Müəllimlər İnsitutunun fizika-riyaziyyat fakultəsini (1952-ci il), Azərbaycan Sənaye İnsitutunun geoloji-kəşfiyyat fakultəsini (1958-ci il) bitirmişdir. 1970-1981-ci illərdə "Səlyanneft"in baş geoloqu olmuşdur. 1981-ci ildən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Ə.Əmirov adına Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin baş geoloqudur. 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir. Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici neft şirkətlərinin ekspertidir. Beynəlxalq elmi simpoziumlarda məruzələr etmişdir. Hacıyevin təşəbbüsü ilə Naxçıvanda neft yataqlarının proqnozlaşdırılmasına başlanmışdır. "Hümmət Ələkbəroğlu" təxəllüsü ilə bədii yaradıcılıqla da məşğuldur.
Hümmət Hüseynov
Hüseynov Hümmət Paşa oğlu — texnika elmləri doktoru, professor == Həyatı == Hüseynov Hümmət Paşa oğlu Azərbaycan Respublikasının Göyçay rayonunun Qarabaqqal kəndində anadan olmuşdur. 1950-ci ildə "riyaziyyat" ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirmişdir. 1951-1953-cü illərdə akad. İ.M.Qubkin adına Moskva Neft-kimya və qaz sənayesi institutunun aspirantı olub. 1954-cü ildən AzETNÇİ-da boyük elmi işçi işləyib. 50-ci illərdin ortalarında onun təşəbbüsü ilə, sonralar uzun müddət rəhbərlik etdiyi "Yeraltı hidrodinamika" laboratoriyası yaradılmışdır. 1954-cü ildə "Qazlaşdırılmış mayenin məsaməli mühitdə hərəkəti məsələlərinin hidrodinamiki tədqiqatları" mövzusunda namizədlik, 1961-ci ildə isə "Neft layının hidrodinamiki ünsürləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1982-ci ildən onun elmi pedaqoji fəaliyyəti həmçinin AzPİ ilə də bağlı olub ki, burada o uzun müddət "Hidravlik və hidravlik maşınlar" kafedrasına rəhbərlik edib. == Elmi fəaliyyəti == Hüseynov H.P. tanınmış alim kimi layların yeraltı hidrodinamikasının və neft-qaz yataqlarının işlənilməsinin bir çox istiqamətləri ilə məşğul olub. Elmi tədqiqatların sahəsi: lay mayelərinin süzülməsi proseslərinin yeraltı hidrodinamikası məsələləri; neft və qaz yataqlarının layihə edilməsi və işlənilməsinin təhlili.
Hümmət Lalayev
Hümmət Mədət oğlu Lalayev (1902, Salyan, Cavad qəzası – 30 aprel 1978, Salyan, Salyan rayonu) — Salyan rayon istehlak cəmiyyəti idarə heyətinin sədri, Azərbaycan Texniki Təchizat İdarəsi Salyan rayonlararası satış bazasının direktoru. == Həyatı == Hümmət Lalayev 1902-ci ildə Salyan qəzasının Bala Surra kəndində anadan olub. Hələ körpə ikən atası vəfat etdiyindən kiçik yaşlarından işləməyə başlamışdır. 15-16 yaşlarında yaxınlıqdakı Bankə balıq vətəgəsində işə düzəlmiş, elə o vaxtdan siyasi həyata qoşulmuşdur. Üç illik fəhlə stajı imkan verir ki, o dövrün çətin ictimai-siyasi durumundan baş çıxara bilsin. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra yenidən kəndə qayıdır, burada ilk gənclər təşkilatının yaradıcılarından biri olur. Başqa həmyaşıdları ilə birlikdə kənddə ictimai-siyasi iş aparır və çox çəkmir ki, ÜİK (b) P-nin sıralarına qəbul olunur. 1926-cı ildə xidmətə çağrılır və yenicə yaradılmış Azərbaycan diviziyasının ən fəal əsgərlərindən olur. 1928-ci ildə ailə vəziyyəti ilə əlaqədar yenidən doğma kəndə qayıtmaq məcburiyyətində qalır. Əvvəlcə Bankə balıq kombinatında nəqliyyat şöbəsi rəisinin köməkçisi, sonra isə Azərbaycan Su Təsərrüfatı Həmkarlar İttifaqının rayon müvəkkili işləyir, 1931-1938-ci illərdə əvvəlcə Ərəbqardaşbəyli kənd partiya təşkilatının katibi və "Bolşevik" kolxozunda MTS-in direktor müavini olmuş, Qızılağac və Şorsulu kəndlərində kənd sovetinin sədri vəzifələrində işləmişdir.
Hümmət Mustafayev
Hümbət Mustafayev (1914, Zəyəm Cırdaxan) — Azərbaycan Kommunist Partiyası Salyan Rayon, Şamxor Rayon və Ağdam Rayon komitələrinin birinci katibi. == Həyatı == Hümbət Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan kəndində anadan olmuşdur. Qazaxda pedaqoji kursu, 1948-ci ildə Azərbaycan Pedqoji İntitutunu, habelə Ali Partiya Məktəbini bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə sonra Ağdam RPK nın birinci katibi vəzifəsində seçilir. Ağdam RPK-nın 1952-ci ilin dekabrın 26-da keçirilən plenumunda Hümbət Mustafayev rayon partiya komitəsinin birinci katibi vəzifəsinə seçilir. 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yol verdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdir.
Hümmət Partiyası
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Hümmət fraksiyası
Hümmət fraksiyası — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Hümmət Partiyasını (menşeviklər) təmsil edən fraksiya. == Haqqında == Hümmət Fraksiyasına Səməd ağa Ağamalıoğlu başçılıq edirdi. Hümmət Partiyasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində əvvəl 5 deputat, daha sonra isə 8 deputat təmsil edirdi. Fraksiyanın üzvü Əkbər ağa Şeyxülislamov Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinə daxil edilmişdi. Fraksiyasının üzvləri Parlamentin maliyyə-büdcə, təsərrüfat, aqrar, sorğu komissiyalarının tərkibinə daxil edilmişdilər. Fraksiyanın üzvü Qasım bəy Camalbəyov Müəssislər Məclisinin çağırılması üzrə Mərkəzi Komissiyanın üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti açılarkən, Hümmət fraksiyası tərəfindən Əkbər ağa Şeyxülislamov çıxış edərək, Parlament üzvlərini partiyanın bəyannaməsi ilə tanış etmişdi. Bəyannamədə fəhlə hüququ, qadın azadlığı, torpaq məsələsi kəskin şəkildə qoyulurdu. Fraksiya hökumət qarşısında konkret tələblər irəli sürürdü. Fraksiya rəhbəri Səməd ağa Ağamalıoğlunun başçılıq etdiyi aqrar komissiyanın yaradılması da təsadüfi deyildi.
Hümmət qəzeti
"Hümmət" qəzeti — Azərbaycan dilində ilk qeyri-leqal qəzet, sosial-demokrat "Hümmət" təşkilatının orqanı. == Haqqında == 1904-cü ildə Məhəmməd Əmin Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdılar. == Nəşri == 1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etməyə başladılar. "Hümmət" qəzeti S.M.Əfəndiyevin və M.Mirqasımovun rəhbərliyi ilə nəşr olunurdu. Qəzet 1904-cü ilin sonlarından 1905-ci ilin fevralına qədər Bakıda nəşr olunmuşdur. Cəmi 6 nömrəsi çıxmışdır. 1905-ci il fevralın ortalarında "zərərli istiqamətinə görə" polis tərəfindən qəzetin mətbəəsi dağıdılmış, qəzetin nəşri dayandırılmış və bəzi əməkdaşları isə həbs edilmişdir. "Hümmət"in səhifələrində inqilabi ideyalar yayılırdı. Qəzetin səhifələrində mütləqiyyətə qarşı mübarizəyə həsr olunmuş materiallar verilir, zəhmətkeş qadınları kapitalın əsarətindən azad etmək zərurəti haqqında fikir yürüdülür, xalqdan uzaq düşmüş və "qara camaatın" məişətini və dilini bilməyən ziyalılar töhmətləndirilir, ruhanilər ifşa edilirdi.
Hümmət təşkilatı
Hümmət Partiyası və ya Hümmət Sosial Demokrat Müsəlman Təşkilatı — Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial demokrat təşkilatı. == Tarixi == === Yaradılması === 1904-cü ilin axırlarında Bakı Komitəsi nəzdində Müsəlman Sosial Demokrat "Hümmət" təşkilatı yaradılmışdı. Təşkilat bir qrup azərbaycanlı demokrat ziyalının təşəbbüsü ilə yaradılmışdı. Onların arasında Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov, Mirəsədulla Mirqasımov, Məhəmməd Əli Rəsulzadə (Rəsuloğlu), İsa bəy Aşurbəyov, Qara bəy Qarabəyov, Məmmədbağır Axundov, Məmməd Həsən Hacınski, Mir Həsən Mövsümov, Əjdər Məlikov və başqaları var idi. Hümmət Partiyasının sədri əvvəl Məhəmməd Əmin Rəsulzadə, sonra isə Nəriman Nərimanov seçilmişdir. Rəsulzadənin rəhbərliyi ilə 1904–1905-ci illərdə ilk kommunist qəzeti olan qeyri-leqal "Hümmət" qəzeti çapdan çıxmışdır. "Hümmət" formal olaraq Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı Komitəsinin şöbəsi kimi yaransa da, əslində, müstəqil fəaliyyət göstərirdi. Bəzi mənbələrə əsasən, hələ 1903-cü ildə Məhəmməd Əmin Rəsulzadə və onun həmfikirləri tərəfindən tələbə gənclərdən ibarət olan və sonradan Hümmətin əsasını təşkil edən "Azərbaycanın Gənc İnqilabçıları Dərnəyi" yaranmışdı. Hümmətin 1917-ci ilə qədərki fəaliyyətini iki aspektdə — bir tərəfdən bir çox siyasi məsələlərdə (tətil və nümayişlərdə iştirak etmək, beynəlmiləlçiliyin təbliği, dövlət dumasına seçkilər və s.) Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsi ilə birgə fəaliyyətə, digər tərəfdən isə Hümmətin üzvləri yerli mətbuat səhifələrində müsəlmanların milli ləyaqət və hüquqlarının tapdalanması barədə məqalə və çıxışlara görə nəzərdən keçirmək olar. Hümmət vərəqələrində çox vaxt özünü partiya adlandırırdı.
Hümmət Əlizadə
Hümmət Əlizadə (10 oktyabr 1907, Ağstafa, Qazax qəzası – 1941, Bakı) — Azərbaycan ədəbiyyatşünası. Folklorçu. == Həyatı == Hümmət Əlizadə 10 oktyabr 1907-ci ildə Qazax qəzasının Həsənsu mahalının Köçəsgər kəndində doğulub. == Fəaliyyəti == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (1923-1929) və onun davamı olan digər elmi təşkilatların (Azərbaycan Elmi Tədqiqat İnstitutu, AzOZFAN və s.) xətti ilə xalqımıza məxsus zəngin şifahi söz sərvətinin toplanması və nəşri istiqamətində ən məhsuldar fəaliyyət göstərən folklorçular sırasında Hümmət Əlizadənin də unudulmaz xidmətləri olmuşdur. İyirminci- otuzuncu illərdə folklor ekspedisiya və ezamiyyətlərində onun qədər fəal iştirak edən ikinci bir folklorçu yoxdur. Az qala ilin çox hissəsini Azərbaycanın müxtəlif bölgələrində el ədəbiyyatı nümunələri toplamaqla keçirən Hümmət Əlizadənin fədakar toplayıcılıq və nasirlik fəaliyyəti nəticəsində çoxsaylı folklor kitabları işıq üzü görmüşdür. Bu sıradan onun elmi ictimaiyyətə təqdim etdiyi ilk folklor kitabı 1929-cu ildə ATTC-nin nəşriyyatında buraxdırdığı "Azərbaycan el ədəbiyyatı" (Birinci hissə) məcmuəsidir. Həmid Sultanov və Hənəfi Zeynallının müştərək redaktorluğu altında buraxılmış bu kitaba Hümmət Əlizadənin Qazax və Gəncə qəzalarından toplamış olduğu xalq nağılları daxil edilmişdir. Poliqrafik ölçüsü 26x13 sm. olan 157 səhifəlik kitabın tirajı min nüsxə, qiyməti isə iki manatdır.
Qul Hümmət
Qul Himmət — XVI əsrdə yaşamış ələvi xalq ozanı. == Həyatı == Məzarı, doğulduğu yer olan Tokat ilinə bağlı Almus ilçəsinin Görümlü (Varzıl) kəndindədir. Ələvi-Bəktaşi məzhəbinin Ərdəbil təkkəsinə bağlı Səfəviyyə qolundan olduğu önə sürülür. Yaşadığı dönəmdə, Pir Sultan Abdal və Şah İsmayıl Xətai ilə adı anılmışdır və Yeddi Ulu Ozandan biridir. İnancından dolayı çiləli bir həyat keçirdiyi, zindanlarda yatdığı söylənilir. Ölümüylə ilgili vacib bilgilər olmamaqla bərabər, Pir Sultanın 1560-cı ildə asılmasından sonra uzun müddət qaçaq yaşayıb kəndində vəfat etdiyi sanılır. Sevgi, sülh, dostluq təmli nəfəslər söyləmişdir. == Həmçinin bax == Ələvi Bəktaşilik == Xarici keçidlər == Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.).
Rafiq Hümmət
Hümmətov Rafiq Hümmət oğlu (Rafiq Hümmət) - şair, publisist, tərcüməçi. == Həyatı == Rafiq Hümmət 1965-ci il fevralın 13-də Borçalıda - Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində dünyaya gəlib. Burada orta məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib (1983-1985). Tbilisi Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb (1986-1991). 1991-ci ildən etibarən bir müddət (1991-1999) "Sovet Gürcüstanı" (indiki "Gürcüstan") və Rustavi şəhərində nəşr olunan "Region" qəzetlərində çalışıb. Gürcüstan Respublikası prezidentinin Fəxri fərmanı ilə təltif olunub (1997). 1998-ci ildən bir neçə il Bakıda yaşayıb və burada bir çox mətbu orqanlarla, o cümlədən "Şərq", "Faktor", "Yeni Azərbaycan", "Həyat" qəzetləri ilə əməkdaşlıq edib, "Milliyət" qəzetinin baş redaktoru olub. 2000-ci ildə Azərbaycanda gənc yazarlar üçün təsis olunmuş Prezident təqaüdünə layiq görülüb. 2004-cü ildə Gürcüstana qayıdıb və Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri seçilib, dilimizdə "Ədəbi Gürcüstan" adlı qəzet nəşr etdirib. 2009-cu ilin yazından Tbilisidəki "Varlıq" Mədəniyyət Mərkəzinin sədri, "Varlıq" həftəlik qəzetinin baş redaktorudur.
Hümmətabad
Hümmətabad — İranın Rəzəvi Xorasan ostanının Firuzə şəhristanının Tağenkuh bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,264 nəfər və 345 ailədən ibarət idi.
Hümmətabad (Salmas)
Hümmətabad (fars. همت اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 308 nəfər. yaşayır (57 ailə).
Tural Hümmətov
Tural Rövşən oğlu Hümmətov (20 may 1998, Tatoba, Lənkəran rayonu – 7 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tural Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Tatoba kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Tural Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural Hümmətov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Lənkəran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Tural Hümmətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Xuraman Hümmətova
Xuraman Bəhmən qızı Hümmətova — AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Filologiya elmlər doktoru. == Həyatı == Xuraman Bəhmən qızı Hümmətova Neftçala rayonunda Həsənabad kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1983-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda işləyir. 1998-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Yunus Əmrənin lirikası" namizədlik işini, 2018-ci ildə "Klassik Azərbaycan şeirində təsəvvüf (XII- XVI əsrlər)" mövzusunda doktorluq işini müdafiə etmişdir. Hal-hazırda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsində baş elmi işçi vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Mir Həmzə Seyid Nigari yaradıcılığında Qarabağın vəsfi Şeyx Qalibin "Hüsn və Eşq" əsərində eşqin təsəvvüfi seyri. Tarixin taddaşında yaşayan sənətkar" 175 Abay Kunanbayev. Nizami Ganjevi’s masnavi (poem)"yeddi gözel" "seven beautıes" in tasavvuf context` Nəsimi şeirində milli koloritin poetik inikasi Nəsimi şeirində sözün informativ yükü "Kırkkız efsanesi" ve "kırklar meclisi" nin oluşturulmasında halk inançlarının qarşılıklı ilişkisi. Yunus Əmrənin " Risalətün-nüshiyyə" məsnəvisi ilk türkdilli məsnəvi kimi İran .
Zeynəb Hümmətova
Zeynəb Mübariz qızı Hümmətova (6 dekabr 1999, Şəki) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2015-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür. Zeynəb Hümmətova Azərbaycanı 2018, 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2018-ci ildə 1 bürünc, 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib. Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır. 2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə elədi. Zeynəb Hümmətova Azərbaycan idmanı tarixinin ən titullu bədii gimnastıdır.
İsa Hümmətov
İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt – 11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988). == Həyatı == İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.
İzzət Hümmətov
İzzət Müşfiq oğlu Hümmətov (9 sentyabr 1996; Şabran rayonu, Azərbaycan — 12 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İzzət Hümmətov 1996-cı il sentyabrın 9-də Şabran rayonunun Uzunboyad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan İzzət Hümmətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İzzət Hümmətov oktyabrın 12-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İzzət Hümmətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Значение слова в других словарях

гидродина́мика незло́бный переду́мывание перетанцо́вывать провеши́ть сде́йствовать стя́гиваться шестизаря́дный ярмо́ ёжиться за́спанно кинопередви́жка мо́рдочка недвусмы́сленный обслюня́вливаться подсве́чник разутю́живание шевельну́ть пальцем Asia Minor aswoon gimp stick hebona meld rabbitry telephonic