HÜQUQŞÜNAS

is. [ ər. hüquq və fars. …şünas] Hüquqşünaslıq mütəxəssisi; hüquqçu. Hüquqşünasların elmi sessiyası. Alim-hüquqşünas.
[Anası Vahidə:] Mən istəyirdim ki, sən hüquqşünas olasan! B.Bayramov.

HÜQUQSUZLUQ
HÜQUQŞÜNASLIQ
OBASTAN VİKİ
Hüquqşünas
Hüquqşünas ( lat. jus və ya juris — hüquq) (alm. Jurist‎): hüquq təhsilli insan; hüquq elmini öyrənən alim; hüquq sahəsində praktiki fəaliyyət göstərən insan.İlk hüquqşünasların Roma qanunvericilərin ( pontifiklərin ) olduğu hesab edilir. Azərbaycan Respublikasında ancaq hüquq təhsili olan insan hüquqşünas ola bilər. Sonrakı hüquq təhsilli ixtisaslara qəbul edilmək üçün, hüquqşünaslar yenidən ixtisas imtahanı ( test ) verməli olurlar. Hərbi hüquqşünas — hərbi sahədə xidmət edən hüquq təhsilli hüquqşünaslardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi hüquqşünaslar hərbi prokurorluqda, Silahlı Qüvvələrin hüquq idarələrində, Ali Hərbi Məktəblərin müvafiq kafedralırında müəllim kimi xidmət edirlər. == Həmçinin bax == Hüquq Vəkil Məhkəmə Prokuror == Mənbə == Vikianbarda Hüquqşünas ilə əlaqəli mediafayllar var.
Adil Babayev (hüquqşünas)
Babayev Adil Salman oğlu (14 oktyabr 1921, Şuşa) — Azərbaycanın baş prokuroru (1954–1958). == Həyatı == Adil Salman oğlu 14 oktyabr 1921-ci idə Şuşa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1939-cu ildə Bakı şəhərinin 1 saylı orta məktəbini bitirdikdən sonra, N.E.Bauman adına Moskva Mexanika-Maşınqayırma İnstitutunun silah-sursat fakültəsinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra Moskva şəhərinin 530 saylı silah-sursat zavodunda usta və planlaşdırıcı vəzifələrində çalışmış, bununla yanaşı partiya və komsomol orqanlarında da müxtəlif vəzifələrdə işləmişdir. 1944-cü ildə Adil Babayev Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş və 1948-ci ildə oranı bitirmişdir. Adil Babayev 30 aprel 1954-cü ildə Azərbaycan SSR Prokuroru vəzifəsinə təyin olunmuş, 8 iyul 1958-ci ilədək həmin vəzifədə işləmişdir. 1955-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.
Adil İsmayılov (hüquqşünas)
Adil Əlviz oğlu İsmayılov (5 iyul 1957, Göyçay – 3 dekabr 2020, Bakı) — hüquqşünas, ictimai xadim, vəkil, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü. 1990-cı və 2000-ci illərdə məşhur məhkəmə proseslərinin iştirakçısı. == Həyatı == Adil Əlviz oğlu İsmayılov 1957-ci il iyulun 5-də Göyçay şəhərində anadan olmuşdur. Bakı şəhərində S.S.Axundov adına 172 saylı orta məktəbdə təhsil almışdır. 1973–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdır.İki övladı var: İsmayıl İsmayılzadə və Mikayıl İsmayılzadə 2020-ci il dekabrın 3-də Adil İsmayılov koronavirusdan vəfat etmişdir. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə 1978-ci ildən prokurorluq orqanlarında başlamışdır. Sumqayıt şəhər prokurorluğunda baş müstəntiq, daha sonra 1983-cü ildə Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq kimi çalışmışdır. 1991-ci ilin sentyabrında öz xahişi ilə prokurorluq orqanlarından ayrılaraq vəkil olaraq fəaliyyətə başlamışdır.1995-ci ildə "ADİSAD" hüquq firmasını təsis etmişdir.Vəkil kimi bir sıra məşhur məhkəmə proseslərində iştirak etmişdir. Adil İsmayılov 1993-cü ildə həbs edilən İsa Qəmbərin, keçmiş daxili işlər naziri İskəndər Həmidovun vəkili olub. Adil İsmayılov 2008-ci ildə "Qanuni Absurdlar" adlı kitab yazmışdır.Kitabda Azərbaycan Respublikasının Cinayət Məcəlləsindəki boşluqlar,bu Məcəllə ilə başqa Məcəllə arasındakı bəzi ziddiyətli məqamlar müəllif tərəfindən özünəməxsus şəkildə şərh edilmişdir.
Anar Əliyev (hüquqşünas)
Anar Rəhim oğlu Əliyev (1980, Bakı) — Azərbaycan Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini. == Həyat və fəaliyyəti == 1980-ci ildə Bakı şəhərində anadan olmuş; 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsinin bakalavrı bitirmiş; 2002-ci ildə magistr dərəcəsi almış; 2006-cı ildə isə fəlsəfə doktoru dərəcəsi almış; 2000–2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006–2008-ci illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008–2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləmiş; 2016-cı il 3 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apelyasiya Şurasının 2018-ci ilə qədər üzvü olmuş; 2018-ci ildə Nazirin əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müşaviri – Nazirlik Aparatının rəhbəri təyin edilmişdir. == Mükafatları == (19.06.2012) — Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Arif Quliyev (hüquqşünas)
Arif Quliyev — Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professoru. == Həyatı == Arif Quliyev 1952-ci il iyul ayının dördündə Bərdə rayonunun Böyük Qacar kəndində anadan olmuşdur. Ali təhsilini Bakı Dövlət Universiteti, Bakı Ali Partiya məktəbi, Ukrayna Prezidenti yanında dövlət idarəçilik Akademiyasında almışdır. Hal-hazırda Ukraynanın Kiyev şəhərində yaşayır. Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutu Beynəlxalq Hüquq kafedrasının professorudur. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və bu sahədə terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına dair elmi məqalələr yazaraq tədqiqatlar aparmışdır. Hüquq elmləri doktoru, dövlət idarəçiliyi elmləri namizədi. 2 ixtisaslaşma elmi şurasının və 3 elmi məqalələr jurnalı redaksiya heyətinin üzvüdür. Ukrayna (özəl) elmlər akademiyasının akademikidir. === Mükafatları === Ukraynanın Əməkdar Təhsil işçisi; Azərbaycan Respublikası "Tərəqqi" medalı; "Ukraynanın müstəqilliyinin 25 illiyi" medalı və s.
Aslan İsmayılov (hüquqşünas)
Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas. == Həyatı və fəaliyyəti == Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub. 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib. 1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib. 1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb. 1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib. 1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib.
Aydın Kərimov (hüquqşünas)
Aydın Məmmədli oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini. == Həyatı == Aydın Məmmədli oğlu Kərimov 1 iyul 1956-cı il tarixində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.Evlidir, 3 övladı var. == İctimai-siyasi fəaliyyəti == Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.Aydın Kərimov 29 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. O, 16 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.Aydın Kərimov 1992-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.
Ağababa Rzayev (hüquqşünas)
Rzayev, Ağababa Qasım oğlu(12.2.1923, Bakı – 25.12.2003 Bakı) – Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (1968), professor (1971). Azərbaycan Dövlət Universitetini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. 1948-51 illərdə Azərbaycan komsomolu MK-nın təlimatçısı, Bakı şəhəri Voroşilov Rayon Komsomol Komitəsinin birinci katibi olmuşdur. 1951-56 illərdə Azərbaycan SSR Nazirlər Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1956-59 illərdə Azərbaycan SSR Ədliyyə Nazirinin müavini, 1959-65 illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sovet orqanları şöbəsinin müdiri, 1965-70 illərdə Azərbaycan SSR Daxili İşlər nazirinin müavini vəzifələrində çalışmışdır. Daxili işlər polkovnikidir. 1959-65 illərdə dörd çağırış Bakı şəhər Xalq Deputatları Sovetinin deputatı seçilmişdir.Geniş elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur. Əsas tədqiqat sahəsi Azərbaycanda siyasi-hüquqi təlimlərin tarixi olmuşdur. == Əsərləri == Dərbənddən başlanan əzablı yol 1 Nəsirəddin Tusi: həyatı, elmi, dünyagörüşü 2 “Mirzə Kazım bəy” sənədli filmi Политические взгляды М. Ф. Ахундова Очерки история политико-правовых учений Азербайджана История политических и правовых учений в Азербайджане: от истоков до ХХ века, Баку: Элм, 2000.
Eldar Həsənov (hüquqşünas)
Eldar Hümbət oğlu Həsənov (10 oktyabr 1955, Laçın, Kəlbəcər rayonu) — Azərbaycanın sabiq baş prokuroru, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı == Eldar Həsənov Azərbaycanın ən füsunkar rayonlarından biri olan Kəlbəcərin Laçın kəndində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə kənd orta ümumtəhsil məktəbini bitirdikdən sonra Dövlət Politexnik İnstitutunun avtomatika və hesablama texnikası fakültəsinə daxil olmuş, 1977-ci ildə ali təhsilini fərqlənmə ilə başa vuraraq elektronika mühəndisi ixtisası almışdır.1983-cü ildə SSRİ DİN Akademiyasını hüquqşünas ixtisası üzrə bitirmişdir. Uzun müddət Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini və rəisi, Bakı şəhəri Nizami rayonunun və Gəncə şəhərinin daxili işlər şöbəsinin rəisi, daxili işlər nazirinin müavini, baş prokurorun müavini və baş prokuror vəzifələrində çalışmışdır.Eldar Həsənov 21 aprel 2000-ci ildə səlahiyyət müddətinin bitməsi ilə əlaqədar Azərbaycanın prezidenti Heydər Əliyev tərəfindən baş prokuror vəzifəsindən azad olunmuşdur. Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda 25 kitab (son 2 kitabı: Rumıniyada könüldən diplomatiya və Balkanların dostluq körpüsü boyunca), dərslik və dərs vəsaitinin, eləcə də 170-dən çox elmi və publisistik əsərin müəllifidir. Professor, hüquq elmləri doktoru Rumıniyanın Ovidius, Babeş-Bolyay və Andrey Şaquna Universitetlərinin fəxri doktoru Serbiya Kral Akademiyasının üzvüCənub-Şərqi Avropada Əməkdaşlıq Təşəbbüsü Təşkilatının trans-sərhəd cinayətkarlığa qarşı mübarizə üzrə regional mərkəzində Azərbaycan Respublikasının rəsmi nümayəndəsi olmuşdur. 2001-ci ilin mart ayında Azərbaycan Respublikasının Rumıniyadakı səfiri təyin edilmiş, onun üçün yeni olan diplomatik sahədə fəaliyyətə başlamışdır. Rumıniyadakı səfirliyi Azərbaycan Respublikasının Cənub-Şərqi Avropa regionunda ilk səfirliyi olmuşdur. Bu illər ərzində hər iki ölkə arasında siyasi sahədə əməkdaşlıq, çoxtərəfli münasibətlərdə daimi dəstək, ikitərəfli əməkdaşlıq əlaqələrində isə qarşılıqlı anlaşma və etimad daha da artmış və möhkəmlənmişdir. Azərbaycan Respublikası və Rumıniya arasında səmimi və şəffaf dostluq, əməkdaşlıq münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır.
Elnur Əliyev (hüquqşünas)
Elnur Əliyev Aydın oğlu (4 iyun 1983, Kirovabad) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər). == Həyatı == Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub. Evlidir, 2 övladı var. 1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb. == Əmək fəaliyyəti == 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb. 2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb. 2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb. 2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
Elşad Abdullayev (hüquqşünas)
Elşad Abdullayev (25 sentyabr 1954, Kürdəmir rayonu) — Hüquq elmləri doktoru, professor, Azərbaycanda Gülərgeyt kimi adlanan Gülər Əhmədova olayının əsas təşkilatçısı. == Həyatı == Elşad Abdullayev 1954-cü il sentyabrın 25-də Kürdəmir rayonunda anadan olub. 1961-ci ildə 1 saylı orta ümumtəhsil məktəbinə getmiş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1974-cü ildə BDU-nun Hüquq fakültəsinə qəbul olub, 1979-cu ildə isə həmin fakültəni fərqlənmə ilə bitirmişdir. 1985-ci ildə Moskvada namizədlik dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının dosenti olmuşdur. 2000-ci ildə Moskvada doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən BDU-nun "Konstitusiya hüququ" kafedrasının professoru olmuşdur. 23 aprel 2004-cü ildə RTA-nın ümumi iclasında Rusiya Dövlət Təhsil Akademiyasının üzvü seçilmişdir. 2005-ci ildə AR Təhsil Nazirinin sərəncamı ilə "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.
Elşad Həsənov (hüquqşünas)
Elşad Eldar oğlu Həsənov (27 sentyabr 1976, Bakı, Azərbaycan SSR) — Yasamal rayonu İcra Hakimiyyətinin başçısı (2019), Azərbaycan Respublikası Milli Məclisinin V çağırış deputatı (2015–2019). == Həyatı == 27 senytbar 1976-cı ildə Bakı şəhərində müəllim ailəsində anadan olub. 1992-ci ildə Bakı şəhər Nəsimi rayonu 23 saylı orta məktəbi qızıl medalla bitirib.1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmin ilin dekabr ayında BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub və 2001-ci ildən aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ilin noyabr ayında namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.İngilis və rus dillərini bilir. === Ailəsi === Ailəlidir, iki övladı var. == Fəaliyyəti == Azərbaycan Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən V çağırış deputat seçilib. Partiya mənsubiyyəti yoxdur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il sərəncamı ilə Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Elşad Nəsirov (hüquqşünas)
Elşad Nəsirov (Elşad Haqverdi oğlu Nəsirov; d. 1 iyul 1971. Babacan, Vardenis rayonu, Ermənistan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin dekan müavini, fakültə Elmi Şurasının katibi. Konstitusiya hüququ kafedrasının baş müəllimi. == Həyatı == Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir. 1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır. 1998-ci ildən hal-hazıra qədər BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2004-cü ildən hal-hazıra qədər isə təlim-tərbiyə işləri üzrə dekan müavini vəzifəsində də işləyir.
Etibar Əliyev (hüquqşünas)
Etibar Əliyev (15 aprel 1957, Astarxanbazar) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. == Həyatı == Etibar Əli oğlu Əliyev 15 aprel 1957-ci ildə Cəlilabad rayonunun Ocaqlı kəndində anadan olmuşdur. 1963-1973-cü illərdə orta məktəbdə təhsil almışdır. 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) "Avtomobil nəqliyyatı" fakültəsinə daxil omuş, 1978-ci ildə institutu əla qiymətlərlə bitirmişdir. Həmin ildə təyinatla Azərbaycan Respublikasının daxili işlər orqanlarına göndərilmişdir. 1983-cü ildə SSRİ DİN Ali İstintaq Məktəbinə qəbul olmuş və 1988-ci ildə həmin məktəbi hüquqşünas ixtisası ilə bitirmişdir. Polis polkovniki Etibar Əliyev 2008-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci və 2-ci dərəcəli medalı ilə təltif edilmişdir. Hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində şöbə rəisinin müavini vəzifəsində çalışır. Müharibə veteranıdır.
Fikrət Məmmədov (hüquqşünas)
Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Respublikasının ədliyyə naziri (2000-ci ildən), I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı və fəaliyyəti == Fikrət Məmmədov 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir. Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir. Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir. Daha sonra formalaşmış hökümətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Qeyd olunur ki, F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir. Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir. Evlidir, 4 övladı var.
Fərid Əhmədov (hüquqşünas)
Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini (2022), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), hüquq elmləri üzrə fəlsəfə doktoru. == Həyatı == Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir. === Ali təhsili === Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili almışdır. 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olmuş, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır. Azərbaycan, rus və ingilis dillərini bilir. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == === Elmi-pedaqoji fəaliyyəti === 2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi "ADA" Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Həsən Seyidov (hüquqşünas)
Həsən Həmid oğlu Seyidov (16 may 1923, Şahtaxtı, Naxçıvan MSSR – 3 iyun 1997, Bakı) — Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şurasının sədri, İliç Rayon Partiya Komitəsinin birinci katibi, Ədliyyə Nazirinin birinci müavini. == Həyatı == Həsən Seyidov 16 may 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1952-ci ildə İ.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmiş, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin üzvü, sədr müavini, Naxçıvan MR Ali Məhkəməsinin sədri, Naxçıvan Vilayət Həmkarlar İttifaqı Şürasının sədri, Şərur Rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən isə ömrünün sonuna kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində məshul vəzifələrdə işləmişd, Ədliyyə Nazirinin birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin orqanı olan “Qanunçuluq” jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1992-ci il 358 Nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası fəxri adına layiq görülmüşdür. 1997-ci il iyun ayının 3-də 74 yaşında Bakı şəhərində vəfat etmişdir.
Kamal Cəfərov (hüquqşünas)
Kamal Xaqani oğlu Cəfərov (15 dekabr 1989, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, YAP İdarə Heyətinin üzvü, Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri, AŞPA-nın İnsan hüquqları üzrə (alt) komitəsinin sədri == Həyatı == Kamal Cəfərov 1989-cu il 15 dekabr tarixində Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, Böyük Britaniyanın London Kral Kollecində Beynəlxalq vergi hüququ üzrə magistr pilləsini və Vyana şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının "Antikorrupsiya elmləri üzrə" magistr proqramnı fərqlənmə ilə bitirib.Amerika Birləşmiş Ştatlarının Mərkəzi Texas Kollecində "Amerika hüquq sisteminə giriş" mövzusunda mübadilə proqramını və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə magistr proqramını (qiyabi əsaslarla) bitirib.K.Сəfərov Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının (ACAMS) müvafiq imtahanını keçərərək çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə beynəlxalq ekspert sertifikatına layiq görülmüşdür.Evlidir, bir övladı var. İngilis, fransız və rus dillərini bilir. 2013–2014-cü illərdə hərbi xidmət keçib. == İctimai-siyasi fəaliyyəti == Kamal Cəfərov Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) və Avropa Gənclər Parlamentinin Azərbaycan nümayəndəliklərinin təsisçisi olub. 2011–2013-cü illərdə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Baş katibi olub.2012–2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsində məsləhətçi vəzifələrində işləyib. 2014–2016-cı illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin böyük məsləhətçisi və Komissiya yanında Qanunvericiliyin təkmilləşdirilməsi üzrə İşçi Qrupun katibi, 2016–2020-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb. === Parlamentdə === 2020-ci il 9 fevral tarixində keçirilən Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputat seçkilərində Kamal Cəfərov 2020–2025-ci illər üçün Yeni Azərbaycan Partiyasının namizədi olaraq 63 saylı Sabirabad 1-ci Seçki Dairəsindən deputat seçilib. Kamal Cəfərov Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Kamal Cəfərov Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.
Kamran Əliyev (hüquqşünas)
Kamran Bayram oğlu Əliyev (18 noyabr 1965, Balakən) — Azərbaycan Respublikasının Baş prokuroru (2020-ci ildən), Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidenti, I dərəcəli dövlət ədliyyə müşaviri. == Həyatı və fəaliyyəti == Kamran Bayram oğlu Əliyev 1965-ci ilin noyabr ayının 18-də Balakən şəhərində anadan olmuşdur. 1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.1990–1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.(ƏdliyyəGeneral-Polkovniki)Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının sədri, hüquq elmləri üzrə fəlsəfə doktorudur. Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse prezidentidir. Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.İngilis və rus dillərini sərbəst bilir. Ailəlidir, iki övladı var.
Namiq Əliyev (hüquqşünas)
Namiq Tofiq oğlu Əliyev (1960, Kirovabad, Azərbaycan SSR) — Azərbaycan Respublikası vergilər nazirinin müavini (2004–2018), 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri. == Həyatı və fəaliyyəti == 1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakültəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984–1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991–2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır. 2004–2018-ci illərdə vergilər nazirinin müavini vəzifəsində çalışmışdır. === Ailəsi === Ailəlidir. 2 övladı var.
Qay (hüquqşünas)
Qay (lat. Gaius; təq. 120-ci illər, bilinmir – təq. 180, bilinmir) — qədim Roma hüquqşünası.
Əməkdar hüquqşünas
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Natiq Məmmədov (hüquqşünas)
Natiq Seyfulla oğlu Məmmədov (5 aprel 1966, Naxçıvan Muxtar Respublikası, Babək rayon, Didivar k.) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin müavini, 3-cü dərəcəli dövlət müşaviri. == Həyatı == Natiq Məmmədov 5 aprel 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Didivar kəndində anadan olub. 1983 −1987-ci illərdə müxtəlif qurumlarda əmək fəaliyyəti ilə məşğul olmuş və hərbi xidmət keçmişdir. 1987–1992-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsilini başa vurduqdan sonra sahibkarlıq, diaspora quruculuğu, nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi də daxil olmaqla, SOCAR, məhkəmə, seçki və dövlət qulluğu sistemlərində səmərəli fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin dissertantı olmuş, "Konstitusiya hüququ kimi seçkilərin hakimiyyət orqanlarının formalaşdırılmasında rolu" mövzusunda elmi işin və bir neçə elmi məqalənin müəllifidir, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən kadrların ixtisas artırma kurslarında, habelə, seçki (referendum) subyektlərinin maariflənməsinə yönəlmiş çoxsaylı müxtəlif tədbirlərdə mühazirəçi olmuşdur. Çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etmişdir həm də müxtəlif ölkələrdə seçki müşahidə missiyalarının rəhbəri və ya üzvü olmuş, müxtəlif ölkələrin seçki və məhkəmə təcrübəsini öyrənmiş, Konstitusiya hüququ, məhkəmə — hüquq islahatları, seçki sistemi, seçki (referndum) təşkilatçılığı, seçki hüququ, siyasi partiyalar və.s ilə bağlı KİV(kütləvi informasiya vasitələri)-lərdə çoxsaylı çıxışlar etmişdir. Harvard Universitetində hüquq, fəlsəfə, siyasət, seçki və s. sahələrə aid aşağıdakı kursları keçmişdir: 1. Justice (Mənəvi və siyasi fəlsəfəyə giriş üzrə Harvard Universitetinin ən məşhur kurslarından biri) 2. Contract Law: From Trust to Promise to Contract 3.
Nazim Əliyev (hüquqşünas)
Nazim Kazım oğlu Əliyev (3 aprel 1970, Masallı rayonu) — hüquq elmləri doktoru. == Həyatı == Nazim Əliyev 3 aprel 1970-ci ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olmuşdur. 1987-ci ildə Hişkədərə kənd orta məktəbini tam əla qiymətlər ilə bitirmişdir. Həmin dövrdə respublikamızda ali hüquq təhsili verən yeganə müəssisə olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaq üçün iki il iş staji tələb edildiyindən, o, Hişkədərə kənd sovxozunda fəhlə işləməyə başlamışdır. 1988-ci ildə hüquq fakültəsinə daxil olmaq üçün müəyyən edilmiş bu qayda ləğv edildiyindən, sənədlərini fakültənin qəbul komissiyasına təqdim etmiş və əla qiymətlər ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1990-cı ildə Rusiya Federasiyasının Novosibirsk Dövlət Universitetində tələbə və aspirantlar arasında keçirilmiş beynəlxalq elmi konfransda etdiyi məruzəyə görə isə II dərəcəli diplom ilə mükafatlandırılmışdır. == Elmi fəaliyyəti == 1993-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini hüquqşunaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Fakültəni yüksək qiymətlər ilə bitirdiyi üçün təyinat əsasında prokurorluq orqanlarında işləmək hüququ olmuşdur. 1993-cü ildən Azərbaycan Respublikasının prokurorluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilmiş və 2001-ci ilə kimi həmin vəzifədə işləmişdir. Prokurorluqda işlədiyi müddətdə, əsasən, mürəkkəb və çox epizodlu cinayət işlərinin istintaqını aparmış, icraatında olan bütün işlər üzrə cinayətlərin açılmasına, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilməsinə nail olmuşdir.
Rauf Məmmədov (hüquqşünas)
Məmmədov Rauf Kərim oğlu — Azərbaycan Respublikası Baş Prokurorluğunun polkovniki, Qarabağ müharibəsi iştirakçısı, "Vətən uğrunda" medalı kavaleri. == Həyatı == Məmmədov Rauf Kərim oğlu 5 avqust 1965- ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1973-1983- cü illərdə Laçın rayonunun Pircahan kənd orta məktəbində orta, 1983-1984- cü illərdə isə Şuşa şəhər 72 nömrəli Texniki Peşə Məktəbində təhsil alıb. 1984-1986-cı illərdə Ukrayna respublikasında, keçmiş SSRİ Silahlı qüvvələrində, müddətli həqiqi hərbi xidmət keçib. 1987-ci il də Pedoqoji Universitetin “Hərbi hazırlıq və Bədən tərbiyəsi” fakultəsinə daxil olub, 1991-ci ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 1991 -ci ilin sentyabr ayından, 1992-ci ilin fevral ayınadək Laçın rayonunun Seyidlər kənd orta məktəbində müəllim işləyib. 2 Fevral tarixində könüllü olaraq Müdafiə Nazirliyinin 811 N- li hərbi hissəsində taqım komandiri, bölük komandirinin müavini və tabor qərərgahının rəisi vəzifələrində, erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib. 1993- cü ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyindən, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarəyə keçirilməklə hərbi xidməti davam etdirib. Xüsusi İdarənin Bakı Qarnizonu üzrə şöbəsində əməliyyat müvəkkili, 1996-cı ilin may ayından, 1998-ci ilədək baş əməliyyat müvəkkili, 1998-ci ilin avqust ayından Bakı Qarnizonu üzrə şöbədə bölmə rəisi vəzifələrində xidmət edib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin hüquq (qiyabi) fakultəsində təhsil alıb.
Azərbaycan Respublikasının əməkdar hüquqşünaslarının siyahısı
== 1991 == 1.Azərbaycanın birinci Əməkdar Hüquqşünası Tələt Balakişi oğlu Qənbərov olmuşdur. 03 fevral 1991-ci il.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası
Əməkdar hüquqşünas — fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilə bilər.
Azərbaycan SSR əməkdar hüquqşünaslarının siyahısı
== 1991 == Tələt Balakişi oğlu Qənbərov — 03.02.1991 (Azərbaycanın birinci Fəxri Hüquqşünası Tələt Qənbərov olmuşdur. 3 fevral 1991-ci ildə Prezidentin 161№-li Fərmanı ilə ona bu Fəxri ad verilmişdir.
Hüquqşünaslıq
Hüquqşünaslıq (lat. jūris prūdentia «hüquq haqqında elm» jūs y. h. jūris «hüquq» + prūdentia «tədbirlilik, bilik») — dövlətin və hüququn xüsusiyyətlərini öyrənən bir elm; hüquqi biliklərin məcmusu; hüquqşünasların praktik fəaliyyəti və onların təlim sistemi. Beləliklə, hüquqşünaslıq bir-biri ilə əlaqəli anlayışlar deməkdir: Dövlət və hüquq elmi, hüquqi tənzimləmənin nəticələrini öyrənərək mexanizmə və cəmiyyətdə tənzimləmə yollarına mütərəqqi dəyişikliklərin edilməsi ehtimalı barədə hüquqi fikirlər irəli sürür. Dövlət, hökumət, hüquq haqqında biliklərin məcmusu, mövcudluğu peşəkar hüquq praktikasına əsas verir. Hüquq biliklərinin praktik tətbiqi, vəkillərin fəaliyyəti.Hüquqşünaslıq, hüquqi elmlər — qanunu, hüquq normalarını sosial normalar sistemi, qanunverici və hüquq tətbiqetmə sistemi kimi öyrənən ictimai elmlərdir. Qanun termini Rusiyada da istifadə olunur. == Sənayələri == Nəzəri və fəlsəfi hüquq elmləri — hüquqşünaslıq, dövlət və hüquq tarixi (hüquq tarixi), dövlət və hüquq nəzəriyyəsi, hüquq təlimləri tarixi. Hüquq sahələri üzrə hüquq (qanun) elmləri: mülki hüquq elmi, cinayət hüququ elmi və s.
Kovenant (hüquqşünaslıq)
Kovenant (ing. covenant) ingilis qanunvericiliyində — borclu olan şəxs üçün qanuni məcburi olan hər hansı bir hərəkəti həyata keçirmək və ya hər hansı bir hərəkəti etməkdən çəkinmək öhdəliyi. Müqavilələr müxtəlif sahələrdə istifadə olunur: satış qiyməti təyin edilərkən, bir müqaviləni bağlamaq üçün bir şərt olaraq və s. Müqavilələr maliyyələşdirmə əməliyyatlarının məcburi bir hissəsidir; olmadıqda, bir bankdan və ya bir institusional investordan borc almaq çox vaxt mümkün deyildir. Müqavilələr və veto səlahiyyətləri tez-tez müştərək müəssisələrdə, İngilis qanun səhmdar müqavilələrində və birləşmə və birləşmələrdə istifadə olunur. == Kovenant növləri == Maliyyə müqavilələri öhdəlik götürən tərəfin iqtisadi göstəricilərinin müəyyən bir səviyyədə saxlanılmasını nəzərdə tutur. Məsələn, öz vəsaiti kapitalı, kapitalın adekvatlıq əmsalı, üçüncü şəxslərin girov qoyduğu əmlak payı, alacaq məbləği və s. Üçün minimum və ya maksimum dəyərlər təyin olunur. Maliyyə olmayan kovenantlar Pozitiv kovenantlar (ing. positive covenant) — bir hərəkət etmək öhdəlikləridir.

Digər lüğətlərdə

альвео́лы накова́ленка облу́живание перефасо́нивать плиссирова́ть поотвы́кнуть попи́ть форма́тный категориа́льный неотёсанность органи́ческая химия перепоя́саться спры́гивание упустить из ви́ду четырёхгла́вый целить -kins counterfeiter fenestra illation saluting point scagliola безобидно высмеивать петрушка