HIÇQIRIQ

is.
1. Səsini içinə alıb ağlarkən boğazdan çıxan qırıq-qırıq səslər; hıçqırtı.
Qaraş yerində donub iztirab dolu lal gözlərlə atasının dalınca baxdığı halda, bu biri otaqdan Mayanın hıçqırıqlarını eşitdi. M.İbrahimov.
Sanki ürəklərdə qırıldı bir tel; Ağlaşma, hıçqırıq gəzdi arada. N.Xəzri.

2. Diafraqmanın əsəbdən sıxılması nəticəsində qırtlaqdan qeyri-ixtiyari olaraq çıxan qırıq səslər; gəyirmə.
[Çopo:] [Qocanın] başı yan tərəfə əyildi və bədənini də özü ilə çəkdi, son nəfəsini bir hıçqırıqla bəyan edərək söndü. Çəmənzəminli.

HƏZZ
HIÇQIRIŞMA
OBASTAN VİKİ
Hıçqırıq
== Hıçqırıq nədir == Sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran diafraqma əzələsinin birdən sıxılması nəticəsində reallaşan ani nəfəs alışına hıçqırıq deyilir. Bu vaxt səs tellərinin olduğu qisim bağlanır və buradan keçən hava ani olaraq kəsilir. Bu vəziyyət hıçqırığın çıxardığı səsin səbəbidir. == Hıçqırığın səbəbləri == Səbəbləri çox müxtəlifdir. Bununla birlikdə, çox yemək, həzmsizlik, acı, ədviyyatlı və isti yeməklər, spirtli və turşulu içkilər, mədə qazı və sinir narahatlıqları ən sıx rast gəlinilən səbəblərdir. Həmçinin, bəzi beyin, ürək, qaraciyər, bağırsaq xəstəlikləri ilə yanaşı sətəlcəmdə də görülə bilər. Bu səbəblə davamlı və uzun sürən hıçqırıqlarda bir həkimə baş vurmaq lazımdır. == Hıçqırıq necə keçər? == Hıçqırığı önləmək üçün əvvəlcə yavaş yemək, acı və ədviyyatlı yeməklərdən, spirtli və qazlı içkilərdən uzaq dayanmaq lazımdır. Bu tədbirlərə baxmayaraq yaranan hıçqırığı kəsmək üçün bir çox üsul tətbiq olunmaqdadır.

Digər lüğətlərdə

А́ргус дра́жный загру́зка отки́дка приснасти́ть пришлифо́вываться сори́ночка утопа́ть африка́неры дота́ивание затека́ть костюме́рный брод auteurism cicuta diarrhoea Lomond polytocous sunbath tally-ho walnut windage биллион репрессировать сеносушилка