ər. həzyan
Tərbiyəsiz, ədəbsiz, hərzə, nalayiq sözlər; söyüş // yava, ağzıpərtov. (“Koroğlu” dastanının lüğəti)
Demə mənə bu hədyanın,
Yəqin bil ki, allam canın,
Qılıncla tökərəm qanın,
Savaşaq indi sənnən mən!
(“Eyvazın Çənlibelə gətirilməyi”)
*
Hədyan demə, Cəfər paşa,
Dəmirçioğlu mənəm, mənəm!
Çəkdirərəm sənə haşa,
Dəmirçioğlu mənəm, mənəm!
(“Koroğlunun Ərzurum səfəri”)
*
Hədyan sözə bəli deməm,
Müxənnət çörəyin yeməm.
Qoy düşman bilsin mən kiməm,
Ballıcaya səfərim var!
(“Düratın itməyi”)