HƏFTƏLİK

is. Rəqəmlərdən sonra gələrək işin neçə həftə davam etdiyini və ya etməli olduğunu göstərir. Üç həftəlik iş qalıb. Dörd həftəlik ezamiyyət.
– Müəllim [şagirdlərini] iki həftəlik yaz tətilinə buraxmışdı. S.Hüseyn.
[Cuma:] Bir həftəlik məzuniyyətim var. Ə.Əbülhəsən.

// sif. Həftədə bir dəfə çıxan, buraxılan, çap olunan. Həftəlik qəzet. Həftəlik jurnal.
– Həftəlik “Qüsli-vətən” ruznaməsi 139-cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peterburqda əmələ gələn “övrət cəmiyyəti” xeyli calallı imiş. C.Məmmədquluzadə.

// Bir həftəlik müddəti nəzərdə tutan, bir həftədə əldə edilən, alınan, istehsal olunan. Həftəlik plan. Həftəlik məlumat. Həftəlik gəlir.
HƏFTƏBECƏR
HƏKƏM

Digər lüğətlərdə

живи́ть отморожение по-азербайджа́нски подпра́вка пригля́дывать противо- склоня́емый стерво́за беспа́мятность депе́ша дя́дюшка опери́рованный переубеди́ть подгла́живать стипль-че́з кирень флирт administrate coniferous indigo pitapat pollen-grain sealed brood мутнеть фосфорический