– Müəllim [şagirdlərini] iki həftəlik yaz tətilinə buraxmışdı.
[Cuma:] Bir həftəlik məzuniyyətim var.
// sif. Həftədə bir dəfə çıxan, buraxılan, çap olunan. Həftəlik qəzet. Həftəlik jurnal.
– Həftəlik “Qüsli-vətən” ruznaməsi 139-cu nömrəsində yazır ki, dekabr və yanvar ayında Peterburqda əmələ gələn “övrət cəmiyyəti” xeyli calallı imiş.
// Bir həftəlik müddəti nəzərdə tutan, bir həftədə əldə edilən, alınan, istehsal olunan. Həftəlik plan. Həftəlik məlumat. Həftəlik gəlir.