HƏM

bağl. [ fars. ]
1. Üstəlik, dəxi,
…da (də).
Fələk, bari cəfalar eyləyib, sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani.
Qəzetin yazmağına görə, bu növ şəxslər Naxçıvan fəqarəsində həm olublar. N.Vəzirov.

2. Təkrar edilərək işləndikdə həmcins cümlə üzvlərini bir-birinə bağlayır.
Həyat həm gülmək, həm ağlamaqdır; Lakin daha xoşdur döyüş çağları… M.Müşfiq.
Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm imtahanlara gecikəcəkdi. B.Bayramov.

// Eyni vəzifədə təkrar edildikdə sonuncu “həm” bağlayıcısı “həm də” şəklində işlədilir və cümlənin bitdiyini, fikrin sona yetdiyini bildirir.
Həbib çay içir, Gözəl fındıq sındırır, söhbət həm qızışır, həm də şirinləşirdi. Ə.Vəliyev.
Tapdıq həm ağlayır, həm də işarə ilə anasına müəllimin yanındakı sarıqlı şeyi göstərirdi. Ə.Vəliyev.

HƏM...
HƏMAĞUŞ
OBASTAN VİKİ
Həm sevincdə, həm kədərdə
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. == Süjet xətti == Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Həm sevincdə, həm kədərdə (film, 2001)
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. == Süjet xətti == Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Top həm düşər, həm qalxar (film, 2011)
Top həm düşər, həm qalxar — Rejissor Arzu Urşanın filmi. == Məzmun == Azərbaycan futbolunun 100 il ərzində keçdiyi inkişaf göstərilir. == Film haqqında == Sənədli film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuşdur. Sənədli filmin təqdimatı 20 dekabr 2011-ci ildə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. == Festivallar və mükafatlar == 1) 2011-ci il sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilmiş "Atlant" VIII Beynəlxalq İdman Filmləri Festivalı "Olimpiya İdeallarına Sədaqət" nominasiyasında birinci mükafata layiq görülüb. 2) 2011-ci il noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş XXIX Beynəlxalq İdman Kino və Televiziya Kino Festivalı "Kino və televiziya — Böyük çempionlar" nominasiyasında "Ən yaxşı film" mükafatına layiq görülüb. 3) 2012-ci il mayda Türkiyənin İstanbul şəhərində keçirilmiş II Beynəlxalq İdman Filmləri Festivalı "İdman klubu haqqında ən yaxşı film" nominasiyasının qalibi olub.idman filmləri üzrə keçirilən birinci beynəlxalq festival — Serbiya, Zlatibor şəhəri.
2017 İslam Həmrəyliyi Oyunları
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12-22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu. == Yer seçiminin keçirilməsi == 2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu. == İştirakçı ölkələr == İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər. Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib. == Məkanlar == İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, Somali və Fələstin yığma komandaları daxildir.
Abbarik (Həmədan)
Abbarik — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılu kəndistanında, Kəbudərahəng qəsəbəsindən 22 km şimal-şərqdədir.
Abmeşkin (Həmədan)
Abmeşkin - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 68 km şimal-qərbdədir.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Amil Həmzəyev
Amil Həmzəyev (25 iyun 1990, Gəncə) — Azərbaycanı təmsil edən basketbolçu Amil Həmzəyev, Azərbaycan Milli yığma komandasının kapitanı, 4 qat Respublika Çempionu, İdman ustası, Prezident mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, "Fenerbahçe Azərbaycan Spor Okulları"-nın təsisçisi (2016-h.h.) == Karyerası == Amil Həmzəyev, 2004-cü ildə Gəncə şəhərində Telekom basketbol klubunda basketbol kariyerasına başlayıb, 2005-ci ildə yeniyetmələrdən ibarət Milli komandaya və Azəri klubuna seçilərək Bakı şəhərinə dəvət alan Amil ümumilikdə Gənclər arasında 4 qat Respublika Çempionu olub. 2006-cı ildə əsas Milli komandaya seçilən Amil ən gənc yaşda Milli komandaya seçilmiş oyunçu kimi basketbol tariximizə adını yazdırıb və eyni ildə Rimas Kurtinaytesin rəhbərliyi altında Albaniyanın Dusess şəhərində Avropa Çempionatı C Divizyonunda qızıl medal qazanmışdır. 2007-ci ildə yeniyetmələrdən ibarət milli komanda ilə U18 Avropa Çempionatı C Divizyonunun (Uels) və 1-ci Qaradəniz Oyunlarının (Trabzon) iştirakçısı olub. 2008-ci ildə gənclərdən ibarət milli komandanın tərkibində U20 Avropa Çempionatı B Divizyonunda (Ruminya) iştirak edib və eyni ildə Azərbaycan Milli komandası ilə Avropa Çempionatı C Divizyonunda (Şotlandiya) ikinci dəfə qızıl medala yiyələnib. 2006–2010 cu illər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almış və eyni illərdə keçirilən Spartakiadalarda 4 dəfə Respublika Çempionu titulunu yiyələnmişdir. 2010-2011-2012-2013-2014–2015-ci illərdə Qırğızıstanın Bişkek şəhərində keçirilən Novruz Beynalxalq turnirində 5 dəfə qızıl 1 dəfə gümüş medala yiyələnib. 2011–2012 ci illərdə Novruz Beynalxalq Turnirinin ən yaxşı oyunçusu adına layiq görülüb. 2011–2012 ci illərdə Milli komanda ilə Avropa Çempionatının seçmə mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb. 2013 və 2015 ci illərdə Redbull King Of The Rock yarışmasında Azərbaycan çempionu olaraq ölkəmizi Amerika Birləşmiş Ştatlarnda və Serbiyada keçirilən Dünya Finalında təmsil edib. 2013–2017 ci illər arasında 3x3 Azərbaycan Milli Komandası ilə bir sıra beynalxalq turnilərdə ölkəmizi təmsil edib və nəticələr qazanıb.
Arif Həmzəyev
Arif Muradcan oğlu Həmzəyev (19 iyun 2001, Lək, Samux, Azərbaycan — 5 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arif Həmzəyev 19 iyun 2001-ci il tarixdə Samux rayonu, Lək kəndində anadan olub. 2018-ci ildə Lək tam orta məktəbini bitirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Arif Həmzəyev Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. 19 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. 5 noyabr 2020-ci ildə Samux rayon Lək kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Həmzəyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Həmzəyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Avropa Həmkarlar İttifaqları Konfederasiyası
Avropa Həmkarlar İttifaqları Konfederasiyası (ing. European Trade Union Confederation) və ya qısaca AHİK (ing. ETUC) — bütün Avropa üzrə işçilərin hüquqlarını qoruyan əsas və ən irimiqyaslı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Brüsseldə yerləşir. == Tarixi == Konfederasiya 1973-cü ildə yaradılmışdır. == Tərkibi == Hazırda təşkilata 36 Avropa ölkəsindən 85 milli həmkarlar ittifaqı və 10 sənaye federasiyası daxildir. 60 000 000 üzvü var. == Məqsəd və fəaliyyət == AHİK-in əsas məqsədi 60 milyon üzvünün vahid səsi ilə çıxış etmək, əməkçilərin hüquqlarını pozanlarla mübarizə aparmaq və qitə əhalisi üçün tam məşğulluğu təmin etməkdir. Konfederasiya siyasətini Avropanın sosial modeli üzərində qurur: əməkçilər üçün stabil sosial-iqtisadi mühit yaratmaq və inkişaf etdirmək, əhalinin bərabər vətəndaş və insan hüquqlarına sahib olmasını təmin etmək. Avropa sosial modeli termini iqtisadi durumun daimi inkişafı anlamını daşıyır.
Avropa Həmrəyliyi
Avropa həmrəyliyi ( ukr. Європейська Солідарність; 27 avqust 2014-cü ilədək — Həmrəylik" Partiyası ukr. Партія «Солідарність») — Ukrayna siyasi partiyası.
Avstriya Həmkarlar İttifaqı Birliyi
Avstriya Həmkarlar İttifaqı Birliyi (alm. Österreichischer Gewerkschaftsbund‎) — Avstriyada həmkarlar ittifaqı. 1967-ci ildə yaradılmışdır.
Aydın Həmidov
Həmidov Aydın Məcnun oğlu (19 aprel 1958, Aygünlü, Dəvəçi rayonu) — == Həyatı == Aydın Həmidov 19 aprel 1958-ci ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur.
Ayna və Həmid (film, 1990)
Ayna və Həmid — rejissor Cəmil Fərəcov tərəfindən 1990-cı ildə çəkilmiş qısametrajlı sənədli film. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 1937-ci ilin günahsız qurbanları olan dövlət xadimləri Ayna və Həmid Sultanovların keçdikləri həyat yolundan və fəaliyyətlərindən söhbət açılır. == Məzmun == Filmdə 1937-ci ilin günahsız qurbanları olan dövlət xadimləri Ayna və Həmid Sultanovların keçdikləri həyat yolundan və fəaliyyətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Köçəri Məmmədov, Elxan Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü (film, 1925)
Azərbaycan Həmkarlar İttifaqı Şurasının V ildönümü qısametrajlı sənədli filmi 1925-ci ildə "Kino-Mədənçi" Studiyasında istehsal edilmişdir. Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən bəhs edilir. == Məzmun == Filmdə fəhlə sinfinin avanqardı Azərbaycan Həmkarlar İttifaqı Şurasının yaradılmasının beşinci ildönümündən və bu illər ərzində həmkarlar təşkilatlarının Azərbaycan zəhmətkeşlərinin həyat və məişətində və onların sağlamlığının qorunmasında rolundan, eləcə də bu yubileyin təntənə ilə qeyd olunmasından bəhs edilir. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 29.
Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı
Jurnalistlərin Həmkarlar İttifaqı və ya qısaca JuHİ — Azərbaycan jurnalistlərinin həmkarlar ittifaqı təşkilatıdır. 1997-ci ildə bir qrup peşəkar jurnalistlər tərəfindən yaradılmışdır. Hal-hazırda müxtəlif beynəlxalq təşkilatların, Beynəlxalq Jurnalistlər Federasiyası, IFEX, Türkiyə Qəzetəçilər Federasiyasının üzvüdür. Təşkilat 28 mart 2000-ci il tarixində rəsmi dövlət qeydiyyatından keçmişdir və hal-hazırda 270 nəfərə yaxın fəal jurnalistlərin səyi ilə fəaliyyət göstərir, beynəlxalq jurnalist qurumları ilə sıx əlaqə saxlayır. Təşkilatın sədri Müşfiq Ələsgərlidir. == Məqsədi və fəaliyyət istiqamətləri == JuHİ-nin əsas məqsədi kütləvi informasiya vasitələrində fəaliyyət göstərən jurnalistlərin, media ştatının sosial, iqtisadi və əmək hüquqlarını qorumaqdır. Bundan əlavə təşkilat Azərbaycanda söz və mətbuat azadlığının qorunması, inkişaf etdirilməsi yönündə fəaliyyət göstərir; buna nail olmaq üçün qurum müxtəlif seminarlar, konfranslar keçirir, lazım olduğu zaman proseslərə müdaxilə edir; rüblük və illik hesabatlar hazırlayıb yaymaqla ölkədə jurnalistlərin və söz azadlığının durumuna dair ictimai rəyi formalaşdırır. JuHİ məqsədinə çatmaq üçün istər hökumət, istərsə də qeyri-hökumət qurumları ilə iş birliyi edir. Təşkilat 1998-ci ildən etibarən Azərbaycandakı ABŞ və Britaniya səfirliyinin, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun (Soros Fondu), “Avrasiya” Fondunun, Azərbaycan QHT Şurasının və KİVDF-nin maliyyə yardımı ilə 20-yə yaxın layihə həyata keçirərək Azərbaycanda söz azadlığının inkişafına ciddi töhfələr verib. 2010-cu ilin fevral ayından etibarən JuHİ Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilati dəstəyi, Avropa Komissiyasının maliyyə yardımı ilə qlobal media təşəbbüsü olan "Etik Jurnalistika Təşəbbüsləri" layihəsini Azərbaycanda reallaşdırır.
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı (film, 1925)
Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı qısametrajlı sənədli filmi rejissor Pavel Velski tərəfindən 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" Studiyasının istehsalıdır. Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdı == Məzmun == Reportaj səpgisində olan filmdə SSRİ Mədən Fəhlələri Həmkarlar İttifaqı Azərbaycan şöbəsinin IX qurultayı, ayrı-ayrı natiqlərin çıxışları, "Azneft" fəhlələri və rəhbərlərinin ordenlərlə təltif edilmələri öz əksini tapmışdır.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİRK) – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır. İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir. İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin — Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında
Azərbaycan İslam Həmrəyliyi Oyunlarında. Azərbaycan birinci dəfə 2005-cu ildə Məkkəda İslam Həmrəyliyi Oyunlarına qatılb. I İslam Həmrəyliyi Oyunlarında Azərbaycan 4 qızıl, 4 gümüş və 7 bürünc medal qazandı. 2013-cü ildə isə İndoneziyanın Palembanq şəhərində baş tutan II İslam Həmrəyliyi Oyunlarında 6 qızıl, 9 gümüş və 9 bürünc medal qazandı. Azərbaycan İslam Həmrəyliyi Oyunlarında ən yaxşı nəticə 2013-cü ilə təsadüf etdi. Azərbaycan həmin il medal sıralanmasında 8-ci yeri tutdu. == Tarixi == === Məkkə—2005 === Əsas məqalə: Azərbaycan 2005 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan === Təhran—2009 === Azərbaycan === Palembanq—2013 === Əsas məqalə:Azərbaycan 2013 İslam Həmrəyliyi Oyunlarında Azərbaycan növbəti dəfə İslam Həmrəyliyi Oyunlarına 2013-cü ildə qatıldı. Azərbaycan 8 il əvvəl Məkkədə baş tutan oyunlarla müqayisədə bu səfər daha az idmançı ilə qatıldı, 53 idmançı 8 idman növündə. Azərbaycan Palembanqdan vətənə 24 medalla döndü. Ağır atletika idman növündə mübarizə aparan 9 idmançıdan 5-i medal qazandı.
Ağabulağı (Həmədan)
Ağabulağı — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 48 km. şimal-qərbdədir.
Ağac (Həmədan)
Ağac — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Şəra kəndistanında, Rəzən qəsəbəsindən 63 km cənub-şərqdədir.
Ağadadaş Həmidov
Ağadadaş Həmidov — "Xəzər-Lənkəran" FK-nın baş məşqçi səlahiyyətlərinin icraçısı (8 may 2015-ci ildən). == Karyerası == Ağadadaş Həmidov Azərbaycanın müstəqil futbol çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi olmuş "Xəzər"in baş məşqçisi olmuşdur.
Ağayev Həmdəm
Həmdəm Mayıl oğlu Ağayev (9 sentyabr 1975, Sırxavənd, DQMV – 9 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmdəm Ağayev 1975-ci il sentyabrın 9-da Ağdam rayonunun Sırxavənd kəndində anadan olub. Ailəli idi. Bir oğul və bir qız atası idi. == Hərbi xidməti == Həmdəm Ağayev 1993–1994-cü illərdə Birinci Qarabağ müharibəsində Ağdərə rayonunun müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü ilin mayında müharibənin bitməsindən sonra Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan Həmdəm Ağayev, 1999-cu ildə ali hərbi təhsilini bitirdi və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı. Həmdəm Ağayev 2000-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan MR ərazisində yerləşən hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. O, 2003-cü ildə "Baş leytenant", 2004-cü ildə "Kapitan", 2006-cı ildə "Mayor", 2012-ci ildə isə "Polkovnik-leytenant" hərbi rütbəsi aldı. Həmdəm Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2010-cu il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. 2010–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin 4-cü Ordu Korpusunda xidmət edən Həmdəm Ağayev, 2017–2018-ci illərdə Qusar şəhərində yerləşən "N" saylı hərbi hissənin Komandir müavini — Qərargah rəisi vəzifəsində xidmət elədi.
Ağtəpə (Həmədan)
Ağtəpə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağçay (Həmədan)
Ağçay - İranın Həmədan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Dərcəzin kəndistanında, Rəzən qəsəbəsindən 12 km şimal-şərqdədir.
Aşağı Həmziyan (Çaypara)
Aşağı Həmziyan (fars. حمزيان سفل‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 65 nəfər yaşayır (15 ailə).

Digər lüğətlərdə

азбуко́вник ви́димо-неви́димо зерка́льность обвезти́ облётанный откача́ть помо́рщивать прогневи́ться размеча́ться силоме́р убежде́ния билатера́льный дутьево́й певу́честь про́сек стоу́стый awlwort clove pink dimmy double in endocrine tokenism undernamed yode Zephaniah