HƏMİŞƏKİ

sif.zərf
1. Həmişə olan, hər vaxt olan; hərvaxtkı, adi. Həmişəki qayda. Həmişəki iş.
– Sabahkı gün tarçı Əsədin cənazəsi arabaya qoyulub, həmişəki adət üzrə “Ərrəhman” oxuna-oxuna qəbiristana aparıldı. B.Talıblı.
Günün birində Təliə ilə vəliəhd və Qətibə bir yerdə idi, Qətibə həmişəki adəti üzrə onları bir yerdə buraxıb çıxdı. M.S.Ordubadi.

2. Həmişəkindən şəklində – həmişə olduğundan, adi qaydadan. Firidun darülfünundan çıxıb Şəmsiyyəyə dərs deməyə getdi.
Qız həmişəkindən daha artıq bir səmimiyyətlə onu qarşıladı. M.İbrahimov.
Bu gün dəniz həmişəkindən coşqun idi. S.Vəliyev.

3. “kimi” qoşması ilə – həmişəki kimi, həmişə, hər vaxt olduğu kimi, adi qaydasında.
Qüdrət dinmədi, ayağa qalxdı və həmişəki kimi ağır-ağır yeriyib kabinetinə keçdi. M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏMİŞƏKİ daimi
HƏMİŞƏCAVAN
HƏMİŞƏLİK

Digər lüğətlərdə

докембри́йский зашифрова́ть одноголо́сый прима́чивание рок-попса́рня самово́льщина све́женький седо́й штырево́й затворя́ть исцеля́ться конфу́зливость прова́ливай сребротка́ный травмато́лог пули bleach conchoidal Q sailer tucket виток грейдерный индус ярость