Həmmadilər sülaləsi
Həmmadilər sülaləsi— 1015–1152-ci illərdə hökmranlıq edən bərbəri əsilli süalalə.
== Tarixi ==
Sülalə adını qurucusu Həmmad ibn Buluqqin bin Ziridən alır. Fatımilərin 972-ci ildə geri çəkilməsindən sonra Məğribin idarəsi, yenə bu dövlətin himayəsində olmaq üzrə Bərbəri əsilli Sanhacə qəbiləsinə mənsub Ziri sülaləsinin əlinə keçdi. Ziriləri təhdid edən ilk təhlükə, Əndülüs əməvilərinə tabe olan zənatəlilərin başladığı üsyan oldu. Zirilər üsyanı yatırmaq üçün hərəkətə keçdilər; ancaq bu ilk zamanlarda gözlənən nəticəni verdisə də, bir müddət sonra hadisələr əks istiqamətdə cərəyan etməyə başladı və Ziri torpaqları parçalandı. Bu parçalanan torpaqların bir qismində zirilərin əqrabaları olan həmmadilər öz müstəqilliklərini elan etdilər. Zənatəlilərə qarşı verilən mücadələdə üst üstə qazandığı uğurlarla özünü göstərən Həmmad ibn Buluqqin ibn Ziri, Sultan Badis b. Muiz tərəfindən Zab və Məsiləni içinə alan bölgənin valiliyinə gətirildi; ayrıca müstahkəm bir idarə mərkəzi qurma istəyi də qəbul edildi. Bunun üzərinə Həmmad, Məsilənin şimal-şərqində Kalatü-Bəni Həmmad deyilən bir qala-şəhər qurdu və ardından da bir bahanəylə əsl niyətini açığa vuraraq müstəqilliyini elan etdi.
Həmmadilərin tarixini, biri mərkəzin Kalatü-Bəni Həmmad olduğu 1015–1067, digəri Bicayəyə köçürüldüyü 1067–1152-ci illər arası olmaq üzrə iki dönəmdə incələmək mümkündür.