HƏNİFƏ

Alınma sözdür, mənası “həqiqi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HƏNƏK
HƏNİRTİ
OBASTAN VİKİ
Hənifə
Hənifə — Azərbaycan Respublikasının Balakən rayonunda kənd. == Tarixi == Hənifə Balakən rayonununda kənddir. Balakən çayının sahilindədir. Oykonim kəndin ilk sakinlərindən olan Hənifə adlı bir şəxsin adı ilə bağlıdır.
Hənifə Abdullayev
Hənifə Məmmədağa oğlu Abdullayev (7 fevral 1923, Lənkəran, Lənkəran qəzası – 14 mart 1991) — Azərbaycan həkimi və səhiyyə təşkilatçısı, tibb elmləri doktoru (1967), professor (1968), Azərbaycan SSR səhiyyə naziri (1970–1979). == Həyatı == Hənifə Məmmədağa oğlu Abdullayev 7 fevral 1923-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1942-ci ildə Lənkəran şəhər orta məktəbini bitirmişdir. 1943-cü ildə Bakıya gələrək Azərbaycan Sənaye İnstitutunun Avtomobil yolları fakültəsinə qəbul olunmuş, lakin iki ay sonra təhsilini yarımçıq qoyaraq yenidən Lənkərana qayıtmışdır. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya fakültəsinə qəbul olaraq iki il burada oxumuşdur.1946-cı ildə təhsilini İkinci Moskva Tibb İnstitutunda davam etdirmək üçün Moskvaya gedən Hənifə Abdullayev 1949-cu ildə buranı əla qiymətlərlə bitirərək və SSRİ Səhiyyə Nazirliyinin "Lenin" ordenli Mərkəzi Hemotologiya və Qanköçürmə İnstitutunun Cərrahiyyə Klinikasında ordinator təyin edilmişdir. 1952-ci ildən 1955-ci ilədək aspirantura təhsili almış, əvvəlcə kiçik, sonra isə baş elmi işçi vəzifələrində işləmişdir. Daha sonra Mərkəzi Hematologiya və Qanköçürmə İnstitutunda elm və tədrisin planlaşdırılması şöbəsinin rəhbəri olmuşdur. 1957-ci ildə "Yeni üsulla stabilizatorsuz hazırlanmış qanın klinika şəraitində öyrənilməsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.1967-ci ildə Hənifə Abdullayev Azərbaycanda işləməyə dəvət edilmiş, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yenicə təşkil olunmuş Hematologiya və qanköçürmə kafedrası müdiri vəzifəsinə seçilmişdir. Həmin il "Hemofilin klinik müalicəsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, bir il sonra, 1968-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir.Hənifə Abdullayev 1970-ci ildə Azərbaycan SSR səhiyyə naziri vəzifəsinə irəli çəkilmiş və bu vəzifədə 1979-cu ilədək çalışmışdır. 1979-cu ildən həyatının sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Hematologiya kafedrasına rəhbərlik etmişdir.Hənifə Abdullayev 1969-cu ildən Ümumdünya Hemofiliya Assosiasiyasının üzvü olmuş, ABŞ, Almaniya, Türkiyə, İran, Fransa, Çexoslovakiya və başqa ölkələrdə keçirilmiş tibbı konfranslarda hemofiliya və talassemiya məsələlərinə dair elmi mühazirələr oxumuşdur.
Hənifə Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. O,Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Hənifə Pirverdiyev
Pirverdiyev Hənifə Hacı Murad oğlu (1893, Tiflis - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı orta inĢaat texniki məktəbini bitirmişdi (1917). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə il yarım qaldığı göstərilirdi.
Hənifə Terequlov
Məmməd Hənəfi Həsən oğlu Terequlov (əsl adı:Məhəmmədhənifə Həsən oğlu Terequlov; 27 noyabr 1877, Tiflis – 18 dekabr 1942, Bakı) — Azərbaycan aktyoru, opera müğənnisi, bariton, teatr xadimi və ictimai xadim, Azərbaycanda opera xorunun banilərindən biri. == Həyatı == Hənəfi Terequlov Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Hacıbəylinin qardaşıdır. Zaqafqaziya (Qоri) Müəllimlər Seminariyasının məzunu olmuşdur. == Filmoqrafiya == Arşın mal alan (film, 1917) (tammetrajlı bədii film) — rol: Vəli Qız qalası əfsanəsi (film, 1923) (tammetrajlı bədii film) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 17–20.
Hənifə bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hənifə Ələsgərov
Hənifə Əliskəndər oğlu Ələsgərov (1 yanvar 1912, Bakı – 29 aprel 1991, Bakı) — Bakı şəhərinin baş memarı (1967-1972), SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı. == Həyatı == Hənifə Ələsgərov 1912-ci il yanvar ayının 1-də müəllim ailəsində anadan olmuşdur. O, 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsini bitirərək memar sənətinə yiyələnmişdir. Hənifə Ələsgərov 1939-cu ildə Dövlət Layihə İnstitutunda Şəhərlərin planlaşdırma şöbəsinə rəhbər təyin olunmuşdu. Zaqatala rayonunun baş planının layihələşdirilməsi işində əsas yer tutmuşdur. O, keçmiş Azərbaycan SSR Nazirlər Soveti yanında memarlıq işləri üzrə birinci müdir müavini işləmişdir. 1948-1958-ci illərdə Dövlət Tikinti və Memarlıq abidələri, şəhərsalma problemləri və mühafizəsi məsələlərinə rəhbərlik etmişdi.1956-cı ildə Gəncədə toxuculuq kombinatının inzibati binası, 1960-cı ildə kurort şəhəri olan Şuşada mehmanxana və pansionat, 1961-ci ildə Bilgəhdə müalicə məişət korpusu, 1966-cı ildə Bakıda Rus Dili və Ədəbiyyatı İnstitutunun tədris korpusunun tikilməsində iştirak etmişdir.1972-ci ildə SSRİ və 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatları laureatı adına layiq görülmüşdür. 1-ci dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz", "Şərəf nişanı" ordenləri və medallarla təltif edilmişdir.Hənifə Ələsgərovun yaradıcılığında şəhərsalma üzrə maraqlı işlərdən biri də Bakıdakı Nizami meydanının yenidən qurulması idi. 1961-ci ildə keçmiş Lenin meydanının, (indiki Azadlıq meydanı) yenidən qurulması üçün elan edilmiş qapalı müsabiqədə H.Ələsgərovun başçılığı altında olan kollektivin layihəsinimn 3-cü mükafat alması müəllifin yaradıcılıq nailiyyəti idi.Hənifə Ələsgərovun 1965-ci ildən Bakı şəhərinin Baş Planlaşdırma idarəsi rəhbəri vəzifəsində fəaliyyəti, tezliklə şəhərin yeni baş planının texniki iqtisadi əsasları üzərində işə başlanılması ilə əlamətdar olmuşdur. O, 1973-cü ilə qədər Bakı şəhərinin Baş memarı vəzifəsində işləmişdir.Bakı metrosunun "Qara Qarayev" stansiyasının (1972, Ələsgər Hüseynovla) layihəsini vermişdir.Hənifə Ələsgərov 50-dən çox məqalə, kitab və kitabçaların müəllifidir.
Əbu Hənifə
Əbu Hənifə Numan bin Sabit bin Zuta bin Mah (5 sentyabr 699, Kufə, Əməvilər xilafəti[…] – 18 iyun 767, Bağdad, Abbasilər, ərəb. أبو حنيفة النعمان بن ثابت الكوفي‎) — İslamın dörd fiqh məktəbindən biri olan Hənəfi məzhəbinin banisi, sünni fiqhinin ən böyük ustadlarından sayılan İslam fiqhi və hədis alimi. Əsl adı "Numan bin Sabit olmuşdur və tərəfdarları tərəfindən "İmam Əzam" ləqəbi ilə anılırlar. == Bioqrafiya == Əbu Hənifə 699-cu ildə dövrünün mühüm elm mərkəzlərindən biri olan Kufədə anadan olmuşdur. Atasının adı Sabit, babasının adı Zutadır. Əbu Hənifənin “Hənifə” adını haradan aldığı aydın deyil. Əbu Hənifə adı ərəbcə "qələm atası" deməkdir. Çox güman ki, bu adı onun tələbələri həniflərin atası kimi istifadə etmişlər. === Ailə və uşaqlıq === Babası Zuta Əfqanıstan ətrafında yaşamış və ərəblərin buranı zəbt etməsi nəticəsində əsir düşmüşdür. O, Teym qəbiləsinin quluna çevrilsə də, sonradan azadlığını əldə etmişdir.
Axund Məhəmməd Hənifə
Axund Məhəmməd Hənifə (1870-1931) == Həyatı == Bakının Əmircan (köhnə Xilə) kəndində anadan olmuşdur. Kiçik yaşlarından iti ağıla və dərin zəkaya malik olan Hənifə öz yaşıdlarından seçilirdi. Atası kəndin tanınmış, mötəbər şəxslərdən olduğu üçün Hənifə atasının ziyali dostlarinin əhatəsinde böyümüşdür. Elmə, sənətə dərin həvəsi var idi. Mollaxanada ilk təhsilini aldiqdan sonra təhsilini mədrəsədə davam etmişdi. O, ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, nücum və s. elmlərin sirrlərinə yiyələnmişdir. Atası oğlunun bu fitri istedadını görüb onu ali təhsil almaq üçün İraqın Kərbəla şəhərinə göndərir. Təhsilini bitirdikdən sonra Hənifə müqəddəs həcc ziyarətinə də gedir. Daha sonra doğma şəhərinə qayıtmaq qərarına gəlir.Qayıtdıqdan sonra o, kəndin seçilə,mötəbər şəxslərindən birinin qızı Məsməxanım ilə aile qurur.
Hənifə Abayeva-Məlikova
Hənifə Məlikova-Abayeva (6 may 1856, Nalçik – 1929, Bakı) — Azərbaycanın ilk maarifçi qadınlarından biri. Həsən bəy Zərdabinin həyat yoldaşı. == Həyatı == Hənifə Məlikova 6 may 1856-cı ildə Şimali Qafqazda, Nalçikdə anadan olmuşdur. O,Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. == Hənifə Məlikova-Abayeva Maarifçilik fəaliyyəti == Həsən bəy Zərdabi ilə ailə həyatı quran Hənifə Məlikova Azərbaycan xalqının ilk maarifçi qadınlarından biri olmuşdur. Hənifə xanım 1875–1877-ci illərdə Həsən bəylə birlikdə Əkinçi qəzetinin nəşrində yaxından iştirak edib. O, bu haqda xatirələrində yazırdı: Hənifə Məlikova Həsən bəy Zərdabi ilə Zərdabda yaşadıqları dövrdə, 1881-ci ildən başlayaraq öz evlərində pulsuz məktəb açıb, insanlara elm, savad öyrədib. Məlikovlar həmin vaxtlar yerli din xadimlərinin və o vaxtlar Zərdabda məskunlaşmış ermənilərin əlaltılarının təqib və təzyiqlərinə məruz qalırdılar. Hənifə Məlikova 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayıb.
Fariz Hənifə oğlu Babayev
Fariz Babayev (nefroloq)
Cəmşid Hənifəyev
Cəmşid Hənifəyev - SSR Ali Sovetin Deputatı, Savxoz Direktoru 1926-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur.

Значение слова в других словарях

мета́тельный останови́вшийся пря́деный символиза́ция сироти́нка тайноде́йствие устла́ться арби́тр батипла́н изга́диться неотсту́пный оголя́ть скрыва́ться стадио́нный укле́ивать bedraggled in loco saloon bar teleosaur воссоединиться диплом доливать краеведческий красноармейский расхватать