HƏRLƏNMƏK

f.
1. Bir şeyin ətrafında dolanmaq, fırlanmaq, aylanmaq, dövrə vurmaq. Bağın ətrafına hərlənmək.
– Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib, özünə mehriban eləmişdi. Koroğlu”.
Qoçaq ağacın dövrəsinə hərlənib gövdəsinə yanaşdı… M.Rzaquluzadə.

// xüs. Öz oxu ətrafında fırlanmaq, dolanmaq.
Çarx hərləndi və getdikcə kəndir açıldı. C.Cabbarlı.
Val sürətlə hərlənir.
Gənc bir Azərbaycan bəstəkarı tərəfindən yazılmış xəfif, rayihədar bir melodiya sərin yay küləyinə qarışaraq, talvardan uzaqlara qanad çalır. İ.Əfəndiyev.

// Havada dövrə vurmaq. Sərçələr bağın üstündə hərlənir.
–Çox yeriməyib uşaq durdu, başının üstə bir gecəquşu hərlənib fırlanırdı. Çəmənzəminli.

2. Gəzmək, dolaşmaq, dolanmaq, gəzişmək. Bir az bulvarda hərlənmək.
– O tərəfdən padşah qızı dağda nə qədər hərləndisə, Güloğlanı tapa bilmədi. (Nağıl).
Sübhanverdizadə hərlənib əlini zəngin düyməsinə dayadı, katib içəriyə girdi. S.Rəhimov.

3. məc. Gəlib keçmək, ötüb keçmək, dolanıb keçmək. Əsrlər hərləndi.
– İllər, aylar gəldi, hərləndi, Şəms axırda bir şəhərə çatdı. (Nağıl).

4. məc. Qurdalanmaq, vurnuxmaq.
Orada nə hərlənirdin? – [Eyvaz:] Bu gecə vaxtı burada nə hərlənirsən? Koroğlu”.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏRLƏNMƏK hərlənmək bax 1. fırlanmaq 1; 2. gəzişmək 1
  • HƏRLƏNMƏK fırlanmaq — dolanmaq — yellənmək — tərpənmək
  • HƏRLƏNMƏK gəzinmək — veyillənmək — qurdalanmaq — vurnuxmaq — eşələnmək
  • HƏRLƏNMƏK burulmaq — eşilmək
HƏRLƏNMƏ
HƏRLƏTMƏK

Digər lüğətlərdə

ату́кать возмести́ть вытесня́ть гипнотизи́роваться лего́хонький тамбурмажо́рский шуру́м-буру́м гада́тельный кра́нец монотипи́ст уве́сить кобандать кофе agaphite connectedly imbosom impressible Perth soil washing speed ratio Vienna well-day повергнуться пунктир тибетец