HƏYAHU
HƏYATBƏXŞ
OBASTAN VİKİ
Həyat
Həyat — bioloji baxımdan, kimyəvi reaksiyalar və ya bir təkamül ilə nəticələnən başqa hadisələr kimi bəzi bioloji proseslər göstərən orqanizmlərin xüsusiyyəti. Üzvi birləşmələr inkişaf və çoxalma qabiliyyətlərinə malikdir. Bəzi canlılar bir-birilə ünsiyyət və ya əlaqə qura bilir və bir çox canlı daxili dəyişikliklər keçirərək ətraf mühitə uyğunluq göstərə bilirlər. Həyatı bir başqa deyişlə izah edəsi olsaq, canlılıq xarakteri daşıyan varlıqların hamısının yaşadıqları müddət ərzində qazandıqları təcrübə və yaşayışlarının toplusudur. Həyatın fiziki bir xüsusiyyəti neqativ entropiya prinsipinə tabe olmasıdır. == Həyat anlayışları == === Biologiyada === Biologiya canlıları tədqiq edən bir elm sahəsidir. Bioloqlar, bütün canlıları bütün planeti əhatə edən qlobal miqyasdan, hüceyrə və molekulları, mikroskopik ölçüyə qədər olan canlılara təsir edən mühüm dinamik hadisələrlə birlikdə araşdıran, biologiya elmi ilə məşğul olan insanlardır. Bir çox prosesi özündə saxlayan həyatı proseslərdən bəziləri: Enerji və maddənin işlənməsi, bədəni təşkil edən maddənin işlənməsi, yaraların sağalması və bütün orqanizmlərin çoxalmasıdır. Həyatın sirləri, tarixdəki bütün insanlara təsir etdiyindən; İnsanın fiziki quruluşu, bitkilər və heyvanlar haqqındakı araşdırmalar bütün cəmiyyətlərin tarixlərində yer tapır. Bu qədər marağın bir hissəsi, insanların həyata hökm etmə və təbii qaynaqları istifadə etmək istəyindən gəlir.
Fəridə Həyat
Fəridə Həyat (d. 20 iyun 1949, Tehran, İran) — əslən İran azərbaycanlılarından olan britaniyalı antropoloq və yazıçı. O, SOAS London Universitetində və Bişkekdəki Amerika Mərkəzi Asiya Universitetində işləmişdir.O, Azərbaycan və Qırğızıstandakı qadınlar barədə xeyli sayda məqalənin müəllifidir. O, həmçinin "Azəri qadını dəyişimdə: Sovet və postsovet Azərbaycanında qadın" və "Qırx qəbilənin torpağı" kitablarının müəllifidir. == Həyatının erkən dövrü == O, Tehran şəhərində İran azərbaycanlısı olan alədə dünyaya gəlmişdir. Uşaqlıq illəri Tehranda keçən Fəridə Həyat farsdilli və azərbaycandilli mühitdə böyümüşdür. == Təhsil == Orta məktəbi bitirdikdən sonra Türkiyəyə getmiş və orada Ankara Universitetində fizika təhsili almışdır. 1967-ci ildə isə ali təhsil almaq üçün Londona köçmüşdür. İlk dərəcəsini hesablama və statistikadan almışdır. Bundan sonra kompüter elmləri üzrə magistr dərəcəsinə yiyələnmişdir.
Həyat (dəqiqləşdirmə)
Həyat Həyat (qəzet) — 1905–1906-cı illərdə Azərbaycanda nəşr edilmiş qəzet. Həyat (qəzet) — 1990–1992-cı ildə Azərbaycan Respublikasının Ali Sovetinin mətbuat orqanı. Həyat (film) — film.
Həyat (qəzet)
"Həyat" qəzeti (az.-əbcəd حیات‎) — Azərbaycan mətbuat tarixində mühüm rolu olmuş gündəlik ictimai-siyasi, iqtisadi və ədəbi qəzet. == Tarixi == 1905-ci il yanvarın 9-da Peterburqda çara ərizə ilə müraciət etməyə toplaşmış dinc nümayişçilərin gülləbaran edilməsi ilə başlayan və bütün Rusiya ərazilərinə yayılan inqilab iri sənaye mərkəzlərindən olan Bakıda da ciddi etirazlarlaç siyasi gərginliklərlə müşayiət olunurdu. Şəhərdə tətil və nümayişlər başladı. "Həyat" qəzeti nəşrə 1905-ci il iyunun 7-də başladı. “Həyat”ın fəaliyyətə başladığı ilk iki ayda - iyun və iyul aylarında Bakıdakı sənaye müəssisələrinin dörddəüç hissəsini tətil bürüdü. Çar quruluşu idarəsinin zəifləməsindən istifadə edən Tiflis və Bakıda özlərinin siyasi mərkəzlərini yaratmış Daşnaksütun Partiyasının üzvləri və Erməni Milli Şurasının nümayəndələri açıq-aşkar yerli müsəlman əhalisinə, Azərbaycan xalqına qarşı terror və təxribat törədirdilər. Ermənilərin Bakıda, Naxçıvanda, Qarabağda və Zaqafqaziyanın azərbaycanlılar yaşayan hissəsində törətdikləri qətliamlar sistemli şəkil almışdı. 1905-ci ilin fevral ayının ilk ongünlüyündə Bakıda qırğınlar törədildi, dinc əhali dəhşətli günlər yaşadı. Beləbir ağır şəraitdən çıxmaq üçün informasiya və təbliğat vasitəsinə ciddi ehtiyac var idi. Zamanın tələblərinə uyğun olaraq, gündəlik qəzet nəşr etmək məsələsi Azərbaycan ziyalılarını düşündürürdü.
Həyat Abdullayeva
Abdullayeva Həyat Həmdulla qızı (14 oktyabr 1912, Dərbənd — 21 aprel 2006, Bakı) — Azərbaycan heykəltaraşı, əməkdar incəsənət xadimi (1964). == Həyatı == Həyat Həmdulla qızı Abdullayeva 1912-ci il oktyabr ayının 14-də Dərbənd şəhərində anadan olmuşdur. O, məşhur balıq sənayeçisi Həmdulla Abdullayevin qızıdır. Atasının güllələnməsindən sonra 1930-cu ildə anası ilə birlikdə Qazaxıstana sürgün edilmişdir. 1942-ci ildə Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olmuşdur. Həmin illərdə Həyat xanım "Tutu xanım", "Həsən bəy Zərdabi" kimi əsərlərini yaratmışdır. Həyat Abdullayeva dəzgah heykəltaraşlığı sahəsində ilk ali təhsilli heykəltaraş qadın olmuşdur. Təhsilini başa vurduqdan sonra o, Bakıya qayıdır və Bakı Rəssamlıq Texnikumunda dərs deyir. O, Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda sənətin sirlərini P.Sabsayın emalatxanasında alır. == Yaradıcılığı == Həyat xanımın yaratdığı ilk işi "Gənc oğlan"ın portretidir.
Həyat Ensiklopediyası
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Həyat bilgisi
Həyat bilgisi – Azərbaycan Respublikasının təhsil sistemində ibtidai (I-IV) və ümumi orta təhsil (V-IX) pillərində tədris olunan inteqrativ fənn. Həyat bilgisi – şagirdin özünü bioloji, psixoloji, sosial və mənəvi tərəfləri ilə bütöv bir varlıq kimi dərk etməsi və reallaşdırması üçün lazım olan bilik, bacarıq və dəyərlər sistemi formalaşdırmağa və onu təkmilləşdirməyə kömək edən inteqrativ fəndir. == Tarixi == Fənn ibtidai təhsil pilləsində 2004/2005-ci tədris ilindən başlayaraq tətbiq olunmağa başlanmışdır. İlk "Həyat bilgisi" fənn proqramları, dərs vəsaitləri və dərslikləri 2004-2007-ci illərdə nəşr olunmuşdur. Elə həmin illərdə dərsliklər ölkənin digər təlim dillərinə – rus və gürcü dillərinə də tərcümə olunmuşdur. == Məqsəd və vəzifələri == 2008/2009-cu tədris ilindən başlayaraq ölkədə tətbiq olunan yeni Milli Kurikuluma uyğun olaraq "Həyat bilgisi" fənninin tədrisinə I-II siniflərdə həftədə 1 saat, V-IX siniflərdə 1 saat vaxt ayrılır. Başqa fənlərdən fərqli olaraq bu fənni konkret bir elmin əsaslarını öyrətmir, ümumtəhsil məktəblərində tədris olunan təbiət və sosial fənn sahələrinə aid müəyyən elementləri əhatə edir. Bu cür geniş əhatə dairəsinə malik olan fənn şagirdlərin həyati əhəmiyyət kəsb edən bilik, bacarıq və vərdişlər qazanması üçün onları ən zəruri praktik işlərin həyata keçirilməsinə istiqamətləndirir, milli və bəşəri dəyərlərə yiyələnmələrinə, şəxsiyyət kimi formalaşmalarına kömək edir. Fənnin şagirdlərdə ünsiyyət qurma və birlikdə çalışma kimi mənəvi dəyərlərin formalaşdırılmasında, onlarda mühakimə yürütmək, öz nöqteyi-nəzərlərini sərbəst ifadə etmək, onları arqumentləşdirmək, öz hüquqlarını qorumaq və başqalarının hüquqlarını müdafiə etmək vərdişlərinin yaranmasında mühüm rolu var. Müəyyən olunmuş məzmun xəttinin (təbiət və biz, fərd və cəmiyyət, mənəviyyat, sağlamlıq və təhlükəsizlik) köməyi ilə şagirdlərin şüurunda əhatə olunduqları canlı və cansız aləmin vahid, bütöv və bölünməz obrazı yaradılır.
Həyat dilimi
Həyat dilimi (fr. tranche de vie) — naturalist teatrda qəhrəmanların gerçək həyatının təbii təsvirini edən termin.
Həyat dövrü
Həyat dövrü (İnsan) — insanın doğulandan ölənə qədərki yaşadığı dövr. uşaqlıq, yeniyetməlik, gənclik orta yaş dövrü və qocaliq mərhələrinə ayrılır. İnsanın dünyada ortalama ömrü 78-82 ildir. Uşaqlıq (0-11 yaş), yeniyetməlik (11-16 yaş), erkən gənclik (16-18 yaş). gənclik (18-21 yaş), orta yaş dövrü (35-65 yaş) bəzən 35, Qocaliq (65+) Ahıllıq dövrü isə 70 yaşdan sonrakı dövr sayılır. Yeniyetməlik dövrü: Yeniyetməlik dövründə psixoloji böhranı anlamaq üçün yeniyetməlik dövrünü və bu zamana qədər olan dövürlərin normal inkişafını bilmək vacibdir. İnsan hələ ana bətnində ikən bir çox xarici mühit təsirlərinə reaksiya verməkdədir. Beləki, ananın yaşadığı kədər zamanı doğulmamış körpənin hərəkətlərinin azalmasına, ananın yaşadığı sevinc anlarında isə hərəkətliyində artmanın olması ən bariz misallardan biridir.
Həyat fəlsəfəsi
Həyat fəlsəfəsi (alm. Lebensphilosophie‎) — XIX illərin sonu — XX əsrin əvvəllərində Almaniyada üstünlük təşkil edən Avropa fəlsəfəsindəki irrasionalist cərəyan. == Yaranması == Həyat fəlsəfəsi romantizmin hökmranlığı fonunda yaranmış və Maarifçiliyin rasionalizminə bir reaksiya idi . Bu hərəkatın “xaç atası”, fəlsəfəsi ilə qəribə şəkildə Kantian və Buddist motivləri birləşdirən Artur Şopenhauerdir . Əgər fenomenlər dünyası təmsilçilikdirsə, onda özümüzdə bildiyimiz tək şey dünya iradəsidir.
Həyat qığılcımı
Həyat qığılcımı (alm. Der Funke Leben) — Erix Mariya Remarkın 1952-ci ildə nəşr edilmiş romanı. Əsər Remarkın 1943-cü ildə nasistlər tərəfindən başı kəsilmiş bacısı Elfridə həsr edilmişdir. Hadisələr uyğurulmuş Mellern şəhərində yerləşən konslagerdə baş verir. Həqiqətdə belə bir düşərgə olmamışdır, lakin onun təsviri zamanı Remark Buhenvalda dair məlumatlardan istidafə etmişdir. Mellern şəhərini isə özünün doğma şəhəri olan Osnabrük kimi təsvir etmişdir. Remark özü heç vaxt konslagerdə olmamışdır. Lakin romanda rəsmi hesablardan və şahidlərin ifadələrindən istifadə etmişdir. Əsərin konsepsiyası 1944-cü ildən hazır olsa da, o, işlərə 1946-ci ildə - bacısının cəzalandırılmasına dair məlumat əldə etdikdən sonra başlamışdır. Beş illik fəaliyyətindən sonra Remark başa düşür ki, o, bu mövzular üzrə həmin dövr üçün Almaniyada qüvvədən olan prinsipləri pozmuşdur.
Həyat standartı
Həyat standartı — müəyyən bir coğrafi ərazidə, adətən bir ölkədə müəyyən sosial-iqtisadi sinif üçün əlçatan olan sərvətin, rahatlığın, əmlakın və ehtiyacların səviyyəsi. Həyat standartı özündə gəlir, işin keyfiyyəti və əlçatanlığı, sinfi fərqlər, yoxsulluq səviyyəsi, mənzilin keyfiyyəti və əldə edilə bilməsinin mümkünlüyü, zəruri ehtiyac mallarının alınması üçün tələb olunan iş vaxtı, ümumi daxili məhsul, inflyasiya dərəcəsi, hər il boş vaxtın miqdarı, keyfiyyətli səhiyyəyə əlverişli (və ya pulsuz) çatımlılıq, təhsilin keyfiyyəti və əlçatanlığı, həyat gözləntiləri, xəstəliyin baş vermə dərəcəsi, mal və xidmətlərin dəyəri, infrastruktur, milli iqtisadi artım, iqtisadi və siyasi sabitlik, azadlıq, ətraf mühitin keyfiyyəti, iqlim və təhlükəsizlik kimi faktorları ehtiva edir. Həyat standartı həyat keyfiyyəti anlayışı ilə yaxından əlaqədardır. == Qiymətləndirilməsi == Həyat standartı, ümumən, adambaşına düşən real (inflyasiya da nəzərə alınmaqla) gəlir və yoxsulluq səviyyəsi kimi standartlarla qiymətləndirilir. Səhiyyənin keyfiyyəti və əlçatanlığı, gəlir artımı bərabərsizliyi, təhsil standartları kimi digər meyarlar da istifadə edilir. Müəyyən mallara çatımlılıq (məsələn, hər 1000 nəfərə düşən soyuducu sayı), eləcə də həyat gözləntiləri kimi sağlamlıq meyarları da buna nümunədir. Bu, bir növ müəyyən bir dövrdə və ya yerdə yaşayan insanların öz ehtiyaclarını və (və ya) istəklərini təmin edə biləcəyi asanlıqdır. "Standart" sözünün əsas məğzi həyat keyfiyyəti ilə ziddiyyət təşkil edə bilər. Belə ki, sonuncu maddi həyat standartları ilə yanaşı, insan həyatını təşkil edən qeyri-maddi aspektləri də, məsələn, asudə vaxt, təhlükəsizlik, mədəni resurslar, sosial həyat, fiziki sağlamlıq, ətraf mühitin keyfiyyəti məsələlərini də nəzərə alır. Belə qərarlar vermək üçün rifah halının ölçülməsinin daha mürəkkəb vasitələrindən istifadə etmək lazımdır, lakin bu da olduqca siyasi xarakterlidir; odur ki, həm də mübahisəlidir.
Həyat təbəqəsi
Həyat təbəqəsi — biosferin əsas hissəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Həyat tərzi
Həyat tərzi (lat. modus vivendi) — konkret tarixi sosial-iqtisadi münasibətlər üçün, davranışının, ünsiyyətinin, düşüncə tərzinin xüsusiyyətlərini xarakterizə edən bir insanın fərdi və kollektiv həyatının metodu və formaları. Həyat tərzi, bir insanın dünyadakı fəaliyyətinin, maraqlarının və inanclarının ifadə etdiyi bir forma. Həyat tərzinin əsas parametrləri işdir (gənc nəsil üçün araşdırma), insanların həyatı, ictimai-siyasi və mədəni fəaliyyəti, eləcə də müxtəlif davranış vərdişləri və təzahürləri. Bir insanın həyat tərzi sağlamlığını təyin edən əsas amildir. Həyat yolu — müəyyən edilmiş həyat tərzi: istehsal vasitələrinə mülkiyyətin xarakteri siyasi, iqtisadi, sosial münasibətlər aparıcı ideologiya və s.Həyat tərzi — əsasən gündəlik həyata yönəlmiş bir fərdin və ya qrupun davranış nümunələrinin məcmusu. Həyat tərzi insanlar tərəfindən bioloji, sosial və emosional ehtiyaclarına uyğun olaraq inkişaf etdirilir. Həyat tərzi varlığın xarici formaları ilə qiymətləndirilir, bunlara daxildir: iş və boş vaxtın təşkili iş dünyasından kənar peşələr məişət cihazı davranış qaydaları dəyər üstünlükləri, zövqlər və s. == İstinadlar == == Ədəbiyyat == Возьмитель, А. А. Образ жизни : Концепция, сущность, динамика : Автореф. дис.
Həyat Əliyeva
Həyat Şmidt qızı Əliyeva (26 fevral 1969, Bakı) – kimyaçı alim, Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Həyat Şmidt qızı Əliyeva 1969-cu fervalın 26-da Bakı şəhərində anadan olub. Orta təhsilini 1986-cı ildə Xırdalan qəsəbə 3 saylı orta məktəbdə aldıqdan sonra, həmin il Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Unversitesinin kimya fakültəsinə qəbul olunub. 1991-ci ildə institutda təhsilini başa vurduqdan sonra o, təyinatla AMEA- ın Ə. M. Quliyeva adına Aşqarlar Kimyası İnstitutuna 8 saylı “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasına mühəndis kimi əmək fəaliyyətinə başlamış 1991-ci ildə isə aspiranturaya (əyani) daxil olmuşdur. (1998-2009) kiçik elmi işçi, (2009-2010) elmi işçi, (2010-2014) böyük elmi işçi vəzifəsində çalışmışdır. 2014-cü ildən aparıcı elmi işçi vəzifəsində işləyir. 2005-ci ildə “Funksional-əvəzli asetilen, etilen törəmələrinin sintezi və reaksiya məhsullarının yağ, yanacaq və yağlayıcı-soyuducu mayelərdə aşqar kimi tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2006-cı ildə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 20 sentyabr 2013-cü il tarixli qərarı ilə H.Ş.Əliyevaya “Neft kimyası” ixtisası üzrə dosent adı verilmişdir. == Elmi Fəaliyyəti == H.Ş.Əliyeva fəaliyyətə başladığı vaxtdan yağ, yanacaq və yağlayıcı-soyuducu mayelər (YSM) üçün yüksək effektliyə malik birləşmələrin (aşqarların) sintezi, tədqiqi və tətbiqi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir. Onun tərəfindən sürtkü yağları və YSM üçün oksidləşməyə, korroziyaya, yeyilməyə və mikroblara qarşı tərkibində S, N, Me saxlayan yeni üzvi birləşmələr - aromatik aldehidlərin müxtəlif törəmələri (efirlər, asetallar, Şiff əsasları və onların kompleks duzları), etilenqlikol, 1,3-butandiolun allil və butil efirləri və onun bir sıra aminometil törəmələri sintez edilmiş, alınmış birləşmələrin quruluşlarından asılı olaraq reaksiyayagirmə qabiliyyətlərinin dəyişməsi və birləşmələrin quruluşları ilə funksional effektliyi arasındakı asılılıq öyrənilmişdir.
Merhaba Həyat
Mərhaba həyat — Türkiyənin Fox (Türkiye) telekanalında nəşr olunmuş teleserial. 13 fevral 2013 tarixində sona çatmışdır. == Məzmun == Həkim Dənizin Ankaradakı müvəffəqiyyətli karierinə son verərək İstanbuldakı bir doğum klinikasında işə başlayır. Yaşadığı bir hadisə Dənizin çalışdığı xəstəxana ilə ipləri kopartmasına və universitetdən yaxın yoldaşının İstanbuldakı klinikasında işi qəbul etməsinə səbəb olar. Dənizin indi doğulub böyüdüyü İstanbula, evim dediyi şəhərə geri dönməsi, klinikteki yeni iş yoldaşlarıyla birlikdə işi öyrənməsi, hər gün yeni xəstələrə həyat verməyə çalışması lazım olacaq. Həyatla mübarizəsi gənc yaşda başlayan bu cəsur qadının, özünə uzadılan kömək əlini itələmə tutmağı öyrənməsi asan olmayacaq. Ölümlə həyatın, dostluqla aşan bir-birinin içinə keçəcəyi bu yeni səfərdə Dənizin kompası həmişə həyatı gösterecekken, gün gələcək dostluqla eşq arasında bir seçki etməsi lazım olacaq. Bu seçkilərdən sonra heç bir şey nə Deniz nə Kliniği işçiləri nə də ən yaxınları üçün köhnəsi kimi olmayacaq.
PAŞA Həyat
"PAŞA Həyat" ASC — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA Həyat Sığortanın baş ofisi Bakıda yerləşir. Ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2021-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 410 mln. 798 min AZN təşkil edir.Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir. "PAŞA Həyat" ASC İcbari Sığorta Bürosunun üzvüdür. == Tarixi == “PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır. == İdarəetmə == === Səhmdarlar === "PAŞA Həyat Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhm paylarının 100 %-i PAŞA Holding MMC-yə məxsusdur. === İdarə Heyəti === Niyaz İsmayılov — İdarə Heyətinin sədri İbrahim İbrahimov — İdarə Heyətinin sədrinin I müavini Rüstəm Məmmədov — İdarə Heyətinin üzvü Dilarə Babayeva — İdarə Heyətinin üzvü Fərid Abdullayev — İdarə Heyətinin üzvü == Məhsullar == Həyatın Yaşam Sığortası İcbari Həyat Sığortası Korporativ Həyat Sığortası Gəlirli Həyat Sığortası “Həyata bağlan” sığortası Kredit Həyat Sığortası == Beynəlxalq nüfuz / tanınma == PAŞA Həyat bir neçə dəfə beynəlxalq və yerli kütləvi informasiya vasitələri (KİV) tərəfindən müxtəlif istiqamətlər, o cümlədən sığorta haqları yığımı və həyata keçirilən ödənişlər və s.
Varlı Həyat
Varlı Həyat (1990-cı ilədək "Orconikidze") – Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
Yeni Həyat
== Kəndlər == Yeni Həyat (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunda kənd. Yeni Həyat (Qusar) — Azərbaycanın Qusar rayonunda kənd. Yeni Həyat (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. == Digər == Yeni Həyat — Azərbaycan SSR–in Bərdə rayonunda (Yeni Daşkənd) mövcud olmuş kolxoz.
Həyat Məlikova
Çəhrayı həyat
Çəhrayı həyat (fr. La Vie en rose) – Fransada "La Môme" adıyla satışa çıxarılmış (La Môme ifadəsi fransızca "Balaca quşcığaz" anlamına gəlir ki, bu da Edit Piafın ilk dövrlərdə tanındığı ad olmuşdur.) Kanada – Fransa istehsalı olan və məşhur müğənni Edit Piafın həyatından bəhs edən, ssenari müəllifi və rejissoru Olivier Dahan olan bioqrafik film. Filmin adı Edit Piafın vaxtilə daşıdığı ləqəbdən götürülmüşdür. Filmdə Edit Piaf rolunu, bu roldan sonra məşhurlaşmış Marion Kotillard canlandırmışdır. Film Ən Yaxşı Aktrisa nominasiyası da daxil olmaqla beş nominasiyada Sezar mükafatı əldə etmişdir. Eyni zamanda Kotillard oynadığı rola görə Oskar mükafatı əldə edərək ilk dəfə Oskar mükafatının fransız dilli rola görə verilməsinə səbəb olmuşdur. O, eyni zamanda, ilk fransız aktrisası olmuşdur ki, xarici dildə komediya və ya müzikl kateqoriyasında Qızıl Qlobus mükafatı əldə etmişdir. Film eyni zamanda birdən çox Oskar mükafatı qazanan ilk fransız filmi olmuşdur. == Məzmunu == Film məşhur müğənni Edit Piafın həyatından bəhs edir. Filmin ilk səhnələrində Piaf səhnədə oxuyan vəziyyətdə təsvir edilir.
Həyat 3.0
"Həyat 3.0: Süni intellekt əsrində insan olmaq" (ing. Life 3.0: Being Human in the Age of Artificial Intelligence) — İsveç-ABŞ kosmoloqu Maks Teqmarkın 2017-ci ildə nəşr olunmuş kitabı. "Həyat 3.0" süni intellektin (Sİ) Yerdəki və Yerdən kənar həyatın gələcəyinə təsirindən bəhs edir. Ktabda müxtəlif ictimai məsələlər, bəşəriyyətin gələcəyi və texnologiyanın həyatımıza təsiri və digər mövzular müzakirə olunur.
Həyat Naminə (1980)
== Məzmun == Film məşhur 416-cı Taqanroq atıcı diviziyasının keçdiyi döyüş yoluna, alman faşistləri ilə ölüm-dirim mübarizəsində Azərbaycan oğullarının böyük hünərinə, Taqanroq şəhərində Azərbaycan diviziyasına möhtəşəm abidənin ucaldılmasına və açılışına həsr olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Vladimir Konyagin Ssenari müəllifi: Məmməd Kazım Operator: Vladimir Konyagin, Sərdar Vəliyev Bəstəkar: R.Quliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326; 333.
Həyat Romansı (1971)
== Məzmun == Film istedadlı Azərbaycan bəstəkarı, dünyasını vaxtsız dəyişmiş Asəf Zeynallıya həsr edilmişdir.
Həyat Yolu (1985)
== Məzmun == Film BAM-da çalışan Azərbaycan inşaatçılarına həsr olunmuşdur.
"Həyatın 12 qaydası: Xaos üçün antidot"
"Həyatın 12 qaydası: Xaos üçün antidot" — 2018-ci ildə kanadalı klinik psixoloq və psixologiya üzrə professor Cordan Piterson tərəfindən yazılmış özünə yardım kitabı. Müəllif kitabda abstrakt əxlaqi prinsiplər, psixologiya, mifologiya, din və şəxsi təcrübələr haqqında yazılmış esselər vasitəsilə insanlara həyat məsləhəti verir. Kitab 2018-ci il yanvarın 16-da Birləşmiş Krallıqda, yanvarın 23-də isə Kanadada nəşr olunmuş, 3 milyondan çox nüsxəsi satılmışdır. == 12 qayda == Çiyinlərinizi dik tutub düz dayanın. Özünüzə kömək etmək cavabdehliyinizin olduğu biri kimi davranın. Sizin üçün hər şeyin ən yaxşısını istəyən insanlarla dost olun. Özünüzü dünən olduğunuz halınızla müqayisə edin, başqasının bugünkü halı ilə yox. Övladlarınıza sizin onları sevməmənizə səbəb olan şeyləri etməyə icazə verməyin. Dünyanı tənqid etməzdən əvvəl öz evinizi səliqəyə salın. Əlverişli olanı yox, mənalı olanı edin.
157 özgə həyat... (film)
157 özgə həyat... qısametrajlı sənədli televiziya filmi rejissor Əminə Asifqızı tərəfindən çəkilmişdir. Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Film İctimai televiziyada istehsal edilmişdir. == Məzmun == Film kinoda 157 rol canlandıran görkəmli aktyor, xalq artsti Muxtar Maniyevin yaradıcılığına həsr olunmuşdur. Filmdə aktyorun özü də iştirak edir və obrazları haqqında maraqlı xatirələrini bölüşür. Onun sözlərinə görə bu, təkcə rol almaq deyil, həmin obrazları yaşatmaqdır, onların yolunda can qoymaqdır. İstər kinoda, istərsə də teatrda bu qədər rol yaratmaq hər aktyora nəsib olmur. Onu Azərbaycan filmlərinin demək olar ki, əksəriyyətində görmək mümkündür.
Acı həyat (film, 1962)
Acı həyat — 1962-ci ildə istehsal olunmuş Türkiyə filmi. == Rollarda == Baş rolda Türkan Şoray çəkilmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 560.
Acı həyat (teleserial, 2005)
Acı həyat (türk. Acı Hayat) — rejissor Əbdülqədir Ceyran Edenin etdiyi teleserial. == Film haqqında == Filmdə İstanbulun varoş məhəllələrindən birində yaşayan qaynaqçı Mehmet və manikürçü Nərmindən bəhs edir. Mehmet və manikürçü Nərmin bir-birini çox sevən iki gəncdir. Evlənib yuva qurmaq istədikləri halda pulsuzluq üzündən davamlı çətinlik yaşayırlar. Yoxsulluq üzərinə kabus kimi gəlir. Tale, sanki bu iki sevgilini bir-birindən qoparmaq üçün şəbəkələrini qururlar. Nərmin gün keçdikcə yoxsulluğun onu itələdiyi ümidsizliyə qapılır, Mehmet isə bütün səylərinə baxmayaraq Nərmini xoşbəxt edəcək bir şey edə bilmir. Nərmin xoşbəxt olacağına dair bütün inancını itirməyə başladığı bir vaxtda, cəmiyyət həyatının məşhur adlarından biri olan Bəlqıs Kərvançıoğlu, manikür etdirmək üçün Nərmini dəbdəbəli malikanəsinə çağırır. Bəlqız, bu möhtəşəm malikanədə; əri Səfa, qızı Filiz və məşhur pleyboy olan oğlu Endər ilə yaşayır.
Adelin həyatı (film, 2013)
"Adelin həyatı" (fr. La Vie d'Adèle — chapitre 1 & 2, hərfi tərcüməsi — "Adelin həyatı: I və II hissələr") — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. 2013-cü ildə ekranizasiya olmuşdur. Film Jüli Maronun "Mavi ən isti rəngdir" (fr. "Le Bleu est une couleur chaude") adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. Festivaldan sonra rejissor filmin prokat-montaj işləri üzərində çalışmışdı (Kannda filmin iş versiyası nümayiş etdirilmişdir). "Adelin həyatının" milli və beynəlxalq prokatı 2013-cü ilin payızında başlamışdı, Fransada box-office'in ilk xətti ilə başlayan filmi ilkhəftə sonunda 260 mindən çox insan izləmişdi.
Adelin həyatı filminin qazandığı mükafatların siyahısı
"Adelin həyatı" — fransız rejissoru Abdellatif Keşişin dram janrında çəkdiyi filmdir. Film Jüli Maronun "Mavi ən isti rəngdir" adlı qrafik romanının əsasında çəkilib. Film 66-cı Kann kinofestivalında "Qızıl Palma Budağı"na layiq görülüb. Adelin həyatı Qızıl Palma budağının eyni anda həm rejissor, həm də aktrisalara təltif etdiyi yeganə filmdir. Seydu və Ekzarkopulos isə Ceyn Kempion istisna olmaqla bu mükafatı bütün tarix boyu qazanan yeganə qadın oyunçular hesab olunurlar. == İstinadlar == == Xarici keçidlər == Adelin həyatı filminin mükafatları Internet Movie Database-də.
Adil bəy Həyatov
Adil bəy Həyatov — Azərbaycanlı hərbçi, I Dünya müharibəsinin iştirakçısı, AXC Milli ordusunun zabiti == Fəaliyyəti == İkinci Bakı süvari alayında ikinci batalyonunun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyonun komandiri olmuşdur. 1918-ci il avqustun iyirmisində şuşanın Malıbəyli kəndini ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin "Məcidiyyə" ordeni ilə təltif olunmuşdur. Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin yeddisində poruçik Adil bəy Həyatova belə bir xasiyyətnamə vermişlər: Alayın təşkil olunmasında özünü layiqincə göstərən, tərbiyənin və intizamın nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə vəsadət qaldırıram.
Azərbaycanda həyat keyfiyyəti-2018
Azərbaycanda həyat keyfiyyəti-2018 - Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə AMEA İqtisadiyyat İnstitutunda gerçəkləşdirilmiş ilk tədqiqatın nəticələrini əks etdirən kitabdır.AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilən nəşrin elmi redaktoru İnstitutun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlidir. Kitabın müəllifləri professor Nazim Müzəffərli, iqtisad üzrə fəlsəfə doktorları, dosent Pərviz Həsənov, Bəhruz Əhmədov, məsləhətçiləri professor Akif Musayev, iqtisad üzrə fəlsəfə doktorları Allahyar Muradov və Rəsmiyyə Abdullayevadır. Kitab Azərbaycan və rus dilində nəşr edilmişdir. == Tədqiqat haqqında == Kitabda əksini tapan tədqiqat işindəki qiymətləndirmələr AMEA İqtisadyyat İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılmışdır. Tədqiqat ölkənin 8 iqtisadi rayonunu, həmin rayonlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir. Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi 7 sub-indeksdə qruplaşdırılıb və 36 göstərici əsasında tərtib edilib. Həmin sub-indekslərə maddi rifah, sağlamlıq, təhsil, təhlükəsizlik, ailə möhkəmliyi, ekologiya və asudə vaxt imkanları daxildir. Təhlillərə görə Azərbaycanda həyat keyfiyyətinin ən yüksək olduğu bölgə Naxçıvan Muxtar Respublikasıdır. Şəhər və rayonların sıralamasında birinci yeri sub-indekslərin əksəriyyəti üzrə Naxçıvan şəhəri tutur. Muxtar respublikanın digər 6 rayonu (Ordubad, Sədərək, Babək, Şərur, Şahbuz və Kəngərli) 2-7-ci yerlərdədir.
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında (film, 1987)
Azərbaycanda müsəlmanların həyat tərzi haqqında filmi rejissorlar Yalçın Əfəndiyev və Zaur Məhərrəmov tərəfindən 1987-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir. == Məzmun == Filmdə Azərbaycanda yaşayan müsəlmanların həyat tərzi, gördükləri işlər, öz dinlərini azad şəkildə yaşamaları əks etdirilir.
Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti (1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti (film, 1900)
Bakı camaatının həyatı və Velikoknyaz prospekti ilə hərəkəti qısametrajlı sənədli filmi rejissor Q. Matye tərəfindən 1900-cü ildə çəkilmişdir. Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir. == Məzmun == Reportaj xarakterli kinoxronikada Bakı polismeystri, yanğınsöndürən heyət və şəhər əhalisi çəkilmişdir.
Başqalarının həyatı (film, 2006)
"Başqalarının həyatı" (alm. Das Leben der Anderen‎, ing. The Lives of Others) — ssenarist və rejissor Florian Henkel fon Donnersmarkın debütü, 2006-cı il alman dram triller filmi. Film Almaniya Demokratik Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (Ştazi) əməkdaşları tərəfindən Şərqi Berlinin mədəni həyatı üzərində total nəzarətdən bəhs edir. Film 2006-cı il 26 mart tarixində Almaniyada prokata çıxarılmışdır. Film 2007-ci ildə "Ən yaxşı əcnəbi dildə olan film" nominasiyasında Oskar mükafatı qazanmışdır. Bundan əvvəl Almaniyada film "Deutscher Filmpreis" tərəfindən 7 nominasiya əldə etmişdir: 11 nominasiya üzrə namizədliyi sürülsə də, "ən yaxşı film", "ən yaxşı rejissor", "ən yaxşı ssenari", "ən yaxşı aktyor" və "ikinci planda olan ən yaxşı aktyor" nominasiyasında qalib olmuşdur. Bununla film 1 il ərzində ən çox kinomükafat əldə etməklə yeni rekord vurmuşdur. Həmçinin bu kinolent "Qızıl qlobus" mükafatının 64-cü açılış mərasimində "ən yaxşı əcnəbi film" nominasiyasında qalib olmuşdur. == Məzmun == Şərqi Berlin, 1984-cü il.
Bir qadının həyatından iyirmi dörd saat (roman)
Bir qadının həyatından iyirmi dörd saat — Avstriya yazıçısı Stefan Sveyq 1927-ci ildə yazdığı romandır. 1931, 1944, 1952, 1968 və 2002-ci illərdə ekranlaşdırılıb. == Haqqında == "O, bir qadını bir gün ərzində izləyir, lakin o gün eyni zamanda onun həyatının ən parlaq və ən gözəl günüdür. O, bir axşam Monte-Karloda uğursuz polyak diplomatın az qala intihara səbəb olacaq ehtiyatsız qumar oyunu ilə heyran olan ingilis dul qadındır.
Bitkilərin həyati formaları
Bitkilərin həyati formaları - Bitkilərin tumurcuqlarının əlverişsiz şəraitdə (ilin soyuq və quru mövsümlərində) torpağın və qar örtüyünün səviyyəsinə uyğunlaşması və özünü qorumasıdır. Bu sistem ilk dəfə 1905-ci ildə, Danimarka botaniki K.Raunkiaer tərəfindən təklif edilmişdir.Raunkier bitkiliyin formalaşdığı, müxtəlif ekoloji şəraiti əks etdirən, bitkilərin həyati formalarının 5 əsas tipini təsnif etmişdir. Müəyyən bir həyati formaya aid olan növlərin faizini hesablayaraq, dünyanın müxtəlif bölgələrinin və ya planetin müxtəlif tipli bitkiliklərinin həyati formalarının spektri əldə olunur. == Fanerofitlər == Fanerofit bitkilərdə tumurcuqlar qışlayır və ya quraqlıq dövrünü "açıq şəraitdə", torpaqdan hündürdə keçirirlər. Onları tumurcuqları xüsusi pulcuqşəkilli qabıqla mühafizə olunur. Bu tip özündə ağaclar, kollar və lianları birləşdirən 15 alttipi birləşdirir. Alttiplər ölçüdən (meqa-, mezo-, mikro- və nanaofanerofit), tumurcuğun tipindən (qorunan və ya açıq) və yatpaqtökməsinə (həmişəyaşıl və ya yarpağını tökənlər) görə bölünür. == Xamefitlər == Xamefit bitkilərdə qönçələr və təpə tumurcuqları əlverişsiz şərati torpağın səthinə sərilən və ya torpağa yaxın yerləşən əlavə tumurcuqlardan inkişaf edir. soyuq ərazilərdə bitən xamefitlərdə qönçə və təpə tumurcuqlarını qar, isti bölgələrdə isə onları bitki qalıqları örtür. Bunları Raunkier 4 alttipə bölmüşdür: yarımkollar, kolcuqlar, yarımkolcuqlar və "yastıq" bitkilər.
Bu da bir həyatdı
"Bu da bir həyatdı" – Hamlet İsaxanlı nın 2004-cü ildə Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş şeirlər kitabı. Redaktoru – Camal Mustafayev. == Fəlsəfi şeirlər == Kitaba daxil olan "Fikir yükü", "Bu da bir həyatdı", "Ömrün harasındayıq", "Kim kimi yaratdı?", "Qismət", "Ölümə nə var ki?!", "Dalğalarla yan-yana", "Get-gedə", "Arasında", "Ot kökü üstə bitər", "Yollar" və digər şeirlər insanı düşündürən, onu narahat edən fəlsəfi və psixoloji problemlərə aiddir. Bu şeirlərə xas olan bədii tapıntılar, orijinal müşahidələr və incə lirizm şairin digər kitablarında olduğu kimi oxucunu cəlb edir. "Hamlet İsaxanlı poeziyasının qısa vaxtda bu qədər geniş əks-səda doğurmasını şərtləndirən nədir? Bu suala qısaca cavab vermək olar. Müxtəlif janrlı şeirlərdə bədii axtarışların, poetik fikrin orijinallığıdır. Burada məhəbbətdən başlamış dünya müəmmalarına qədər mövzuların təcəssümü, məna, üslub xüsusiyyəti fərqlənir" (Camal Mustafayev, kitabın supercildinin iç səhifəsindən) Şair həyatını, varlığını, xoşbəxtliyini düşüncə gücü ilə bağlayır, "fikir yüklü sənətkar"lıqla eyniləşdirir. İnsanı ən çox düşündürən, qəmə qərq edən ömrün hansı məqamında olması, ona nə qədər həyat bəxş olunduğu, arzuların həyata keçməsi üçün omür yetəcəkmi sualları deyilmi? "Bilirik ki uşaq deyilik daha", "Bilirik ki gənclik arxada qaldı" Fəqət insan güclüdür, həyatın mənasını dərk edir, təslim olmur, baş əymir, üzü sabaha doğru hərəkət edir.
Bu oğlanın həyatı (film)
Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb. == Süjet xətti == Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır. Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir. == Nəticə == === Kassa === Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Bəyaz həyat (film, 2003)
== Məzmun == Filmdə dövlət katibinin oğlu Riyadla (Kamal Dəniz) sadə qadın Nigar (Vəfa Rzayeva) arasında olan məhəbbət macərasından və bunun müqabilində rastlaşdıqları bir sıra çətinlikləri mətinliklə dəf etmələrindən danışılır. == Film haqqında == Film Vüqar Ercanın "Məhəbbət təcrübəsi" romanının motivləri əsasında çəkilmişdir. Filmin musiqisi Ramko Prodüksiyon A. Ş. (İstanbul, Türkiyə) və "Virus Production" studiyasında aranjman edilmişdir.
Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri
Dünyanın həyat keyfiyyətlərinə görə şəhərləri - Bu göstəricilərə geniş spektr iqtisadi, sosial, mədəni və ekoloyi parametrlər aiddir. Burada şəhər təsərrüfatlarının ümumi stabilliyi, səhiyyə xidmətinin səvuyyəsi, təhsilin keyfiyyəti, nəqliyyat infrastrukturunun vəziyyəti, şəhər iqliminin və suyun təmizliyi, həmçinin mədəni-əyləncə şəbəkəsinin inkişafı nəzərdə tutulur.2011-ci il üçün dünyanın həyat keyfiyyətlərinə görə ən yaxşı şəhəri Kanadanın Vankuver şəhəri müəyyənləşib. Bu reytinqi 23 fevral 2011-ci ildə Londonda nüfuzlu Economist Intelligence Unit tədqiqt təşkilatı elan edib.
Dəmir yığanın həyatından bir epizod (film, 2013)
Dəmir yığanın həyatından bir epizod (bosn. Epizoda u životu berača željeza) ― 2013-cü il Bosniya istehsalı dram filmi, rejissor və ssenarist Danis Tanoviçdir. Film 63-cü Berlin Beynəlxalq Film Festivalı müsabiqəsində ilk dəfə göstərildi və orada "Münsiflər Qran Prisi"ni qazandı, Nazif Muyiç isə "Ən Yaxşı Aktyor" nominasiyasında "Gümüş Ayı"ya layiq görüldü. Film 2013 Toronto Beynəlxalq Film Festivalında "Müasir Dünya Kinosu" bölməsində nümayiş olunmuşdur. Film 86-cı Akademiya Mükafatlarında Ən Yaxşı Xarici Dildə Film nominasiyasında Bosniyanı təmsil etdi və qısa siyahıya düşdü. == Ssenari == Roma cəmiyyətindən olan ailə Bosniya və Herseqovinanın kənd yaşayış məntəqəsində yaşayır. Nazif köhnə avtomobillərdən metal yığır, onu metal qırıntıları satan şəxsə satır. Onun yoldaşı Senada onların iki kiçik qızını böyüdən ev xanımıdır. Bir gün o, kəskin mədə ağrısı hiss edir. Xəstəxanada bətnindəki uşağının öldüyü və septisemiyanın qarşısını almaq üçün təcili olaraq əməliyyat olunmalı olduğu bildirilir.
Dəniz Həyatı Parkı (Sinqapur)
Dəniz Həyatı Parkı» (ing. Marine Life Park) — Sinqapurun Sentosa adasında yerləşən dünyanın ən böyük okeanariumu. Park 22 noyabr 2012 -ci ildə açılmış və iki hissədən ibarətdir: S.E.A Aquarium okeanariumu və Adventure Cove Waterpark su əyləncə mərkəzi. == Okeanarium == Okeanariumda 45 000 000 litr həcmində dəniz suyu cəmləşib. Parkda 100 000 dəniz canlısı, 800 növ məskunlaşıb. Okeanarium 10 yaşam sahəsinə və 49 dəniz arealından ibarətdir. Mərkəzi akvarium açıq okean bölməsidir. Məhz burda dünyanın ən böyük müşahidə aynası yerləşir. Eni 36 metr, hündürlüyü 8,3 metr olan bu bölmə ziyarətçilərdə əsil dəniz dibi illuziyası yaradır. Okeanariumda dünyanın ən böyük skatların sərgisi nümayiş olunur.
El həyatı (qəzet)
El həyatı — Ordubad rayonunda nəşr olunan qəzet. == Tarixi == Keçmiş SSRİ-də mahallar ləğv edildikdən sonra ittifaq dövlətinin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da 1930-cu ildə Ordubad rayonu təşkil olundu. Aqarak qəsəbəsi və bir sıra kəndlər Ordubadın tərkibindən çıxarılaraq Ermənistanın Mehri rayonuna hədiyyə edilməklə Ordubad rayonu formalaşdırıldı. Rayon formalaşdırıldıqdan sonra 1932-ci ilin iyul ayının 24-də bugünkü "El həyatı" qəzetinin sələfi olan "Ordubad fəhləsi" nəşr olundu. Qəzet o dövrlərdə A4 fomatda 2 səhifədən ibarət çıxırdı. Qəzetin ilk redaktoru Abbas Qasımov, məsul katibi isə İsmayıl İsmayılzadə olub. 1935-ci ildən Hüseyn İbrahimov "Ordubad fəhləsi"ndə redaktor, Hüseyn Ağrılı (Talıbov) isə məsul katib işləmişlər. Hüseyn İbrahimov 1936-cı ilin yanvar ayında Ordubad rayon Partiya Komitəsinə katib seçildikdən sonra Nağı Babayev qəzetin redaktoru vəzifəsinə təyin olunmuşdur. 5 il "Ordubad fəhləsi" adı ilə çıxan rayon qəzeti 1937-ci ilin sonundan "Ordubad işçisi" adı ilə nəşr olunub. 1941-ci ildən "Ordubad işçisi" qəzetinə Səhralı Rüstəmov redaktor, Hüseynqulu Əzimov isə məsul katib təyin olunur.
Elm və həyat (jurnal)
Elm və həyat — Azərbaycanda nəşr olunan elmi-publisistik jurnal. Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar oxuculara təqdim edilir. == Tarixi == Jurnal 1961-ci ildə Azərbaycan Respublika "Bilik" Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayıb, 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun və redaksiya kollektivinin təsisçiliyi ilə çıxıb. "Elm və həyat" jurnalı 1992-ci ilədək "Bilik" cəmiyyətinin, 1992-ci ildən isə AMEA-nın Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutunun (1995) və "Elm və həyat" jurnalının jurnalist kollektivinin təsisçiliyi ilə nəşr olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dövrlər maddi vəsaitin olmaması ucbatından jurnalın nəşr olunmasında müəyyən çətinlik yaransa da, nəşri dayanmayıb. 1998-ci ildə "Elm və həyat" keçid dövründə peşəkarlığını, səmtini qoruyub saxladığına görə Meksikada təsis edilmiş "Qran Pri" mükafatına layiq görülüb.Jurnalda indiyədək 5 min azərbaycanlı alimin məqaləsi dərc edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, baş redaktorun müavini AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə (film, 2015)
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Filmdə "Sirk", "Görüş", "Uzaq sahillərdə", "Əmək və qızılgül", "Arşın mal alan", "Arşın mal alan", ""Anlamaq istəyirəm", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Matteo Falkone", "Dədə Qorqud", "O dünyadan salam", "Bəxt üzüyü", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası", "Bağ mövsümü" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Səhvlər == Orfoqrafik: Filmdə "Mən ki gözəl deyildim" filmindən fraqment verilərkən, subtitrlərdə ki ədatından sonra səhvən vergül qoyulmuşdur. Xronoloji: Filmdə "Yeddi oğul istərəm..." filminin ekranlara 1971-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 7 sentyabr 1970-ci ildə ekranlara çıxmışdı. Orfoqrafik: Filmdə "Matteo Falkone" filmindən fraqment verilərkən, subtitrlərdə Matteo əvəzinə Mateo yazılır.
Fəhlə Həyatının Başlanğıcı (1979)
== Məzmun == Film Yeni Bakı Neftayırma Zavodunun gündəlik həyatından, burada işləyən əməkçilərin qayğılarından, gənc fəhlələrin əməyə alışmalarından və onların mənəvi tərbiyəsindən danışır. Ekranda əmək veteranlarının öz təcrübələrini gənc fəhlələrə necə öyrətmələri ilə, çilingər Yaşar Nəbiyev, "Peşəsinin ustası" müsabiqəsinin qalibi, laborant Tatyana Katkova, Sosialist Əməyi Qəhrəmanları, 42 saylı qurğunun rəisi Mirzə Baba Abutalıb oğlu, operator O.Savkina, gənclərin hamisi Y.Hüseynov və S.Əsədovla tanış oluruq. Kinokamera 19 saylı peşə-texniki məktəbdə dərs keçilməsini, neftayıranların ELOU AVT qurğusunda əmək növbəsində durmalarını da lentə almışdır. == Film haqqında == Film Azərbaycan Nazirlər Sovetinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: A.Nikolski Operator: Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Nazirlər Soveti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Fəhlə həyatının başlanğıcı (film, 1979)
== Məzmun == Film Yeni Bakı Neftayırma Zavodunun gündəlik həyatından, burada işləyən əməkçilərin qayğılarından, gənc fəhlələrin əməyə alışmalarından və onların mənəvi tərbiyəsindən danışır. Ekranda əmək veteranlarının öz təcrübələrini gənc fəhlələrə necə öyrətmələri ilə, çilingər Yaşar Nəbiyev, "Peşəsinin ustası" müsabiqəsinin qalibi, laborant Tatyana Katkova, Sosialist Əməyi Qəhrəmanları, 42 saylı qurğunun rəisi Mirzə Baba Abutalıb oğlu, operator O.Savkina, gənclərin hamisi Y.Hüseynov və S.Əsədovla tanış oluruq. Kinokamera 19 saylı peşə-texniki məktəbdə dərs keçilməsini, neftayıranların ELOU AVT qurğusunda əmək növbəsində durmalarını da lentə almışdır. == Film haqqında == Film Azərbaycan Nazirlər Sovetinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: A.Nikolski Operator: Rəfael Salamzadə Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Nazirlər Soveti == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.

Значение слова в других словарях

воодушевлённый выдвижно́й вы́преть героизи́роваться замыта́рить кассацио́нный крон разгово́ры рассу́дочно эгофутури́зм испрями́ться подложи́ть мину уче́сть вексель эрза́ц алой Нелид язать chivy classwork fellmonger honour box litigate mirth splenial окружить