HƏŞİR

is. [ ər. ]
1. bax qiyamət 1-ci mənada.
2. bax qiyamət 3-cü mənada.
[Kəndlilər:] Bu həşir kimin evindədir? – deyə soruşurdular. T.Ş.Simurq.

3. Həşrədək şəklində zərf – qiyamətəcən, heç vaxt.
[Əmiraslan ağa:] [Onlara] elə toy tutmuşlar ki, ta həşrədək yadlarından çıxarmazlar. S.S.Axundov.
Məsəldir bu, gedər qılınc yarası; Sağalmaz həşrədək dərin söz dağı. M.Rahim.

4. Həşrində şəklində – hayında, qayğısında, fikrində, qeydində.
Keçi san həşrindədir, qəssab piy hayında. (Məsəl).
Şamo hərlənirdi, hər kəs öz başının həşrində idi. S.Rəhimov.

◊ Həşir qoparmaq (qatmaq, salmaq) – bax qiyamət qoparmaq 1-ci mənada. (“qiyamət”də).
…Ata və ana qarğa Nurəddinin başı üstünü alıb, elə həşir saldılar ki, deyəsən, bu saat onu dimdikləyib yerə salacaqdılar. S.S.Axundov.
[Gülçöhrə:] İndi Asyaya desən ki, gəl səni [arşınmalçıya] ərə verək, bir həşir qatar, deyər ki, mən arşınmalçının tayıyam? Ü.Hacıbəyov.
[Muxtar:] Mən bu işə iqdam eləyəndə bilirdim ki, bir gün açılacaq, arvadım biləcək, həşir qoparacaqdır. B.Bayramov.

Həşir qopmaq – bax qiyamət qopmaq (“qiyamət”də).
Evdə bir həşir qopdu ki, gəl görəsən. Kirpi”.

Həşirə qalmaq – bax qiyamətə qalmaq (“qiyamət”də).
Həşirə qədər – bax qiyamətə qədər (qiyamətəcən) (“qiyamət”də).

Sinonimlər (yaxın mənalı sözlər)

  • HƏŞİR həşir bax qiyamət 1
  • HƏŞİR hay-küy — qiyamət
HƏŞƏRATYEYƏN
HƏŞTAD

Digər lüğətlərdə

всесве́тный зашто́ривать к себе́ плоскодо́н чертёнок гада́тельно идеали́стка пересви́стываться повели́тельность светопроница́емый azonic banding chon chrome green glassteel granary jet engine pistolier postdoctorate righten short snorter turf-muck block whirlabout камин развинченность