HƏŞTƏRXAN

Bunu Xəzər xaqanlığı dövründə alanların (asların) tarxanı olan şəxsin adı ilə bağlayırlar. Asların tarxanı ifadəsi dönüb olub Həştərxan (bəzən Hacı­tərxan sözü ilə də əlaqələndirilir, amma Hacı çox da qədim söz deyil). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HƏŞTAQ
HƏTƏRƏN-PƏTƏRƏN
OBASTAN VİKİ
Həştərxan
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Həştərxan qoruğu
Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır. == Məlumat == Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir. == Flora və fauna == Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır.
Həştərxan quberniyası
Həştərxan quberniyası (rus. Астраханская губерния) — Rusiya imperiyasının quberniyalarından biri. == Tarixi == Həştərxan quberniyası 22 noyabr 1717-ci ildə çar I Pyotrun əmri ilə yaranıb.Quberniyanın mərkəzi Həştərxan şəhəri idi. == İnzibati bölgüsü == == Quberniyanın başçıları == === General-qubernatorlar === === Canişinliyin rəhbərləri === === Qubernatorlar === == Coğrafiyası == == İqlimi == == Əhali == == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Астраханская губерния в XVIII веке. Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Astrakhan.ru Региональный интернет-портал.
Həştərxan tatarları
Həştərxan tatarları (tatar. Әстерхан татарлары, Әsterhan tatarlari, Әşterhan tatarlari) — müasir Həştərxan vilayəti ərazisində yayılmış tatar xalqına aid qrup. Vilayətin sayına görə üçüncü ən böyük etnik qrupudur. Ümumi əhalinin 7 % təşkil edir. 2010-cu il diyahıya alınmasına görə Həştərxan vilayətində 60 min tatar yaşayır. == Tarixi == XV—XVII əsrlərdə həştərxan tatarları Həştərxan xanlığının və Noqay knyazlıqlarının ərzilərdə cəmləşmişdilər. Onlar noqayların güçlü təsirinə məruz qalmışdılar. XVII əsrdən etibarən Volqa-Ural tatarları ilə əlaqə güçlənmişdir. == Mədəniyyət == === XX əsr === 1917-ci ildə Həştərxan tatarların iri mədəni və ictimai mərkəzlərinfən biri olmuşdur. 1892-ci ildə burada "Nizamiyə" mədrəsəsi fəaliyyət göstərirdi.
Həştərxan teleqülləsi
Həştərxan teleqülləsi Lyaxov küçəsi 4-də Həştərxan şəhərində yerləşən televiziya qülləsidir . Yüksəkliyi 180 m-dir. Layihənin 3803 km-lik polad qəfəsi 1967-ci ildə tikilmişdir.Yüksək təzyiqli küləyə davamlıdır. Şəhərin rəmzlərindən biridir. Televiziya qülləsi 10 km məsafədən görünür. 2010-cu ildə teleqülləyə quraşdırılmış işıqlar şəhərin mənzərəsini təşkil edir. Enerji səmərəliliyi ilə bağlı Ginessin Rekordlar Kitabına daxil olmağa namizəddir.
Həştərxan vilayəti
Həştərxan vilayəti (rus. Астраханская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Cənub Federal Dairəsinə daxildir. Volqoqrad vilayəti ilə şimalda, Kalmıkiya Respublikası ilə qərbdə, Qazaxıstan ilə şərqdə həmsərhəddir. Regionun inzibati mərkəzi Həştərxan şəhəridir. Ərazisinə görə (49.024 km²) Həştərxan vilayəti 8 Volqaboyu regionlar içərisində 6-cı yeri tutur. Vilayət 27 dekabr 1943-cü ildə formalaşdırılıb.
Həştərxan xanlığı
Həştərxan Xanlığı (tatarca حاجی‌ ترخان خانلغی, Xacitarxan Xanlığı) — Qızıl Ordanın yıxılmasından sonra, Çingiz xanın oğlu Cucinin nəslindən olan Toxa Temür sülaləsindən Noqay xan tərəfindən qurulmuş bir Türk dövləti. == Tarixi == 1466 – 1554-cü illər arasında hökm sürmüş bir xanlıqdır, paytaxtı Həştərxan şəhəri olmuşdur. Krım xanlığı vasitəsiylə Osmanlı dövlətinin nüfuz dairəsinə girmişdir. Onun ehtimali təsisedici Qızıl Ordanın hakimi, Səyyid Əhmədin qardaşı, Mahmud Xan sayılır.Əsli adı "Əjdaha Xanlığı" olan və ruslar tərəfindən sonradan dəyişdirilən Həştərxan xanlığı, Xəzər dənizinin şimal sahillərində əhəmiyyətli bir ticarət mərkəzi olaraq, 88 il müstəqil olmuş, lakin ardıcıl olaraq davam edən hakimiyyət mübarizələri nəticəsində zəifləmiş və 1556-cı ildə rus çarı Qorxunc İvan tərəfindən yıxılmışdır. Rusiyanın Qazan və Həştərxan xanlıqlarını yıxaraq şərqə doğru genişləmə siyasətindən narahat olan Osmanlı Dövləti, (həm də Orta Asiyadakı türk xanlıqlarının kömək istəməsi səbəbindən) 1563-cü ildə Rusiyanı dayandırmaq üçün Həştərxana səfər planlaşdırmış, ancaq 1569-cu ildə həm ordu rəhbərləri arasında, həm də Krım Xanı ilə bu rəhbərlər arasında başlayan anlaşılmazlıqlar nəticəsində səfərdə istənilən nəticəyə nail olunmamışdır. Buna baxmayaraq Rusiyanın sülh istəməsi səbəbindən 1570-ci ildə yenə də Osmanlı və Orta Asiya türk xanlıqlarının xeyrinə bir müqavilə əldə edilə bilmişdir. Bu gündə Həştərxan və ətrafında sıx türk əhalisi yaşayır. === Həştərxan Xanları === I. noyabr 1466–1490 Abbülkərim 1490–1514 Canı Gözət 1514–1521 (1474 −1476 Krım Xanı) Hüseyn 1521 — ? Şeyx Əhməd ? — 1525 II. Noyabr ?
Həştərxan şəhəri
Həştərxan (rus. Астрахань) — Rusiya Federasiyasında yerləşən şəhər, Həştərxan vilayətinin mərkəzidir. == Tarixi == 1558-ci ildə, Həştərxan xanlığının ləğv olunmasından sonra salınıb. Müasir Astarxan Rusiyada vilayət mərkəzi və şəhərdir. Volqa çayının hər iki sahilində yerləşir. Astarxan Volqa-Kama hövzəsində ən iri çay və dəniz limanı sayılır. Tarixən Aştarxan və ya Astarxan adlanan bu şəhər Volqanın sahilində indiki yerindən 12 km aralıda yerləşirdi. Karvan və su yollarının üzərində yerləşməsi səbəbilə tezliklə iri ticarət mərkəzinə çevrilmişdir. Astarxan xanları Cuci Xanədanına mənsub idi; hökuməti Şeybanilər sülaləsi idarə edirdi, lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli bükülür.
Nərimanov (Həştərxan)
Nərimanov (rus. Нарима́нов) — Rusiyanın Həştərxan vilayətində şəhər (1984-cü ildən). == Tarixi == == Coğrafiyası == Şəhər Xəzər dənizindən təxminən 50 km şimal-qərb istiqamətdə Həştərxan vilayətində Volqa çayından sağ tərəfdə yerləşir. == Əhalisi == 11.521 nəfər (14.10.2010).
Həştərxan Bəyannaməsi
Həştərxan Bəyannaməsi 2010-cu il oktyabrın 27-də Rusiyanın Həştərxan şəhərində Ermənistan və Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış humanitar saziş. Dağlıq Qarabağda müharibədən sonrakı vəziyyətə gəlincə, bəyannamədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi ilə əsirlərin dəyişdirilməsi və həlak olan hərbçilərin cəsədlərinin qaytarılması nəzərdə tutulur. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Leonid Slutski bəyannaməni “ geosiyasi mənada kiçik irəliləyiş” kimi qiymətləndirib ki, bu, əslində “Dağlıq Qarabağ problemi məsələsində böyük siyasi əhəmiyyətə malikdir”.Fransanın o zamankı xarici işlər naziri Bernard Kuşner öz bəyanatında bildirib ki, “Həştərxanda qəbul edilmiş qətnamədə göstərilən tədbirlər gərginliyin və son aylarda tez-tez baş verən atəşkəs rejiminin pozulması hallarının azaldılmasına kömək edə bilər” və “buna görə də Fransa onun dərhal icra olunmasını gözləyir”.
Həştərxan xanlarının siyahısı
Həştərxan xanlarının siyahısı — Həştərxan xanlığının hökmdarları nəzərdə tutulur. Həştərxan xanlığı 1466-cı ildə yaradılmış və 1557-ci ildə IV İvan Qroznı tərəfindən süquta uğradılmışdır.
Volqar Həştərxan FK
Volqar Həştərxan FK — Rusiyanın Həştərxan şəhərini təmsil edən futbol klubu.
Znamensk (Həştərxan vilayəti)
Znamensk (rus. Знаменск) — Rusiyanın Həştərxan vilayətində yerləşən qapalı şəhərdir. Şəhərin əhalisi 2010-cu il tarixinə görə 29401 nəfərdir. Znamensk, 1948-ci ildə Kapustin Yar-1 adı ilə Kapustin Yar raket sınağı müəssisəsinin işçilərini qəbul etmək üçün qurulmuşdur. 1962-ci ildə şəhər statusu almış və 1992-ci ildə Znamensk adlandırılmışdır.
Əbdürrəhman xan (Həştərxan xanı)
Əbdürrəhman xan(tatar. Ğabdelraxman, Габделрахман) (1545-ci ildən sonra ölüb) —Əbdülkərim xanın yeganə oğlu, 1533-1537-ci illərdə və 1539-1545-ci illərdə Həştərxan xanlığının hakimi. == Həyatı == Əbdürrəhman xan 1533-cü ildə noğayların yardımı ilə Ağgöbək xanı devirib taxta əyləşdi. 1537-ci ildə həmin ordanın səyi ilə taxtdan endirildi. Onun yerinə Dərvişəli xan əyləşdirildi.1539-cu ildə hakimiyyətini qaytardı. Əbdürrəhman xan 1545-ci ildə noğaylar tərəfindən taxtdan kənarlaşdırıldı. Sonrakı taleyi məlum deyil.
Həştərxanilər sülaləsi
Həştərxanilər sülaləsi bu sülaləyə bəzən Canilər və ya Canoğulları və ya Cani xanədanı da deyilir. 1598-1785 illər arasında bugünkü Özbəkistan və Türkmənistan torpaqlarına yayılan Buxara xanlığını idarə edən xanədanlardan biri. == Tarixi == Xanədanın adını aldığı Cani Məhəmməd (Canibek), Yar Məhəmmədin oğullarından olub Çingiz xanın oğullarından Cuçi xanin onüçüncü oğlu Toğa Teymur xanın soyundandır. Həştərxan xanlığından gəlen Din Məhəmməd (Canibekin oğlu), Şeybani xanlığından ələ keçirdikləri xanlığın mərkəzini sələfləri kimi Buxara şəhərini etdilər. Əsasən xanlıq 30 iyul 1598-ci ildə Məşhədi, 12 avqust 1598-ci ildə də Heratı Səfəvilər dövlətinə uduzmuşdu. 1602-ci ildə Baki xan Səfəvi şahı I Şah Abbasın olduğu İran ordusunu böyük bir məğlubiyyətə uğradaraq Qızılbaş ordusunun irəliləyişini durdurmuşdur. 1644-cü ildə Nəzir xan taxtda görə oğlu Əbdüləziz ilə ixtilaf yaşamış ve Osmanlı dövlətinin o dönəmdəki padişahı İbrahim (1640-48) həkəm seçilmiş ve padişahın hükmü ilə saltanat 1645-ci ildə Əbdüləzizə keçmişdir. Canoğullarının bir müddət sonra qüdrətlərini itirmələriylə xanlıq 1700-cü ildə Fərqanə və 1752-ci ildə Cənubi Türkistanı kayb etmiş ve toprakları epey daralmıştır. Hatta Nadir şah Özbək paytaxtı Buxaranı da 22 sentyabr 1740-20 iyun 1747 arasında İran işğalinda tutmuş, Canoğulları her nə qədər başkentlerini istirdad ettilərsə də, əski güclərinə heç bir zaman ulaşamamışlar və yerlərini Manqıtlar xanədanına buraxmışdılar.

Значение слова в других словарях

ды́рка иссини́ть качну́ть ле́кторство ожи́нок поче́сться препоря́дочный с аппети́том траншееобра́зный ча́душко чароде́йство волюнтари́стский нисходя́щий посби́ться anthropopathism brawn cleveite death-throe draggled irisated obtundent salve trihedral купальщик стилевой