HƏBİBULLA

Ərəbcədir. “Allahın sevimlisi” deməkdir; həbib “sevimli”, “dost”, ulla isə “Allah” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

HEYVA
HƏCƏMƏT
OBASTAN VİKİ
Həbibulla Bayramov
Həbib Əbdül Hüseyn oğlu Bayramov (14 iyun 1926, Bakı – 15 avqust 1994, Bakı) — azərbaycanlı tarzən, Azərbaycan SSR xalq artisti (1989). == Həyat və yaradıcılığı == Həbib Bayramov 14 iyun 1926-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bayramovun hələ uşaq olarkən musiqiyə olan həvəsini görən atası Əbdül Hüseyn Bayramov oğluna tar alaraq onu Əhməd Bakıxanovun yanına aparmışdır. Həbib Bayramov 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışmış, 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına ansamblının bədii rəhbəri olmuşdur.Həbib Bayramov 1943-cü ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində həm təhsil almış, həm də müəllim çatışmadığı üçün burada muğamat sinfində dərs demişdir. Daha sonra 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-Konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olmuşdur.Həbib Bayramov repertuarında "Rast", "Şur", "Çahargah", "Humayun", "Segah" və digər muğamlar əsas yeri tuturdu. Həbib Bayramov həmçinin saz ifaçısı olmuşdur. Onun sazda ifa etdiyi "Segah", "Humayun", "Bayatı-Qacar" muğamları radionun qızıl fondunda saxlanılmaqdadır. Həbib Bayramov 15 avqust 1994-cü ildə Bakı şəhərində vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur. == Ailəsi == Həbib Bayramov Tükəzban İsmayılovanın həyat yoldaşı, İlhamə Quliyevanın ögey atası olmuşdur.
Həbibulla Hüseynov
Hüseynov Həbibulla Eynulla oğlu (10 oktyabr 1910, Ərdəbil – 16 aprel 1945, Kalininqrad vilayəti) — Cənubi Azərbaycandan olan Qızıl Ordu polkovniki və Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra). Ərdəbildən Bakı şəhərinə mühacirət edən Hüseynov burada yükləyici və montajçı olaraq işləmişdir. Komsomol xətti ilə 1928-ci ildə Qırmızı Ordu sıralarına qatılmış və artilleriya zabiti olmuşdur. O, Böyük təmizləmə zamanı həbs edilmiş və İran casusu olmaqda ittiham edilmişdir. Aylar sonra azad edilmiş və zenit artilleriya batalyonunun komandanı olmuş, İkinci Dünya Müharibəsində bu vəzifədə xidmət etmişdir. XIII atıcı diviziyanın bir hissəsi olan bölməsi almanların başlatdığı Barbarossa əməliyyatından sonra Belarusiyanın qərbində mühasirəyə düşmüş, lakin Hüseynov sağ qalanlara rəhbərlik edərək mühasirəni yarmağı bacarmışdır. Onun batalyonu sonradan yenidən təşkil edilmiş və Kalinin ilə Rybinskin hava hücumundan müdafiəsində iştirak etmişdir. 1942-ci ilin iyununda Hüseynov zanit artilleriya batalyonunun komandanı kimi İvanovonun müdafiəsinə qatılmışdır. 1942-ci ilin oktyabrında o, zenit artilleriya alayının komandanı olmuş və iki ay sonra I Mühafizə ordusunun tərkibinə köçürülmüşdür. Onun alayı Tatsinskaya hücumuna qatılmış və bu hücumda 24-cü tank korpusu tərkibində çıxış etmişdir.
Həbibulla Məmmədbəyli
Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu — fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan astronomu, professor. == Həyatı == Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu 1912-ci il dekabrın 1-də Bakının Şağan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Cəfərqulu bəy Şağan kəndinin kəndxudası olmuşdur. Beş oğul və iki qız atası olmuşdur. Anası Bəyim xanım da bəy ailəsində doğulmuşdur. Cəfərqulu bəy 1937-ci repressiya qurbanı olmuşdur. 1956-cı ildə bəraət qazanmışdır. Harada dəfn olunduğu bilinmir. O, vaxtlar xalq düşməni oğlu olmasına baxmayaraq Bakıda orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinə daxil olmuş və oranı bitirmişdir. Ali təhsili aldıqdan sonra Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoqoji İnstitutunda dərs demişdir.
Həbibulla Odabaş
Həbibulla Odabaş — (1891 və ya 11 fevral 1881, Korbek[d], Tavriya quberniyası[d] – 1937, SSRİ) — krım tatar yazıçı, filoloq, pedaqoq. Əsərlərini Timurcan və Çatır-Tavlı təxəllüsləri ilə çap etdirib. == Haqqında == Həbibulla Əbdürrəşid oğlu Odabaş 1891-ci ildə Aluşta yaxınlığındakı Korbek kəndində anadan olub. Orta təhsilini Krımda aldıqdan sonra İstanbulda ali təhsil alıb. Burada təhsil aldığı dövr ərzində ilk dəfə öz şeirlərini və "Altın yarık" (Qızıl parıltı) poemasını çap etdirir. 1917-ci ildə Krıma geri dönərək 1920-ci ilə qədər "Yaşıl ada" jurnalı sonradan isə "Bilgi" jurnalını nəşr etdirir. 1921-ci ildən 1928-ci ilə qədər Krım Pedaqoji İnstitutunda və Tatar Pedaqoji Texnikumunda dərs deyir. Müəllimlik fəaliyyəti ilə yanaşı krım tatar məktəblərində üçün ana dili və ədəbiyyat dərslərini keçmək üçün bir neçə dərsliyi də tərtib edir. 1925-ci ildə Tavrida tarix, arxeologiya və etnoqrafiya Cəmiyyətinə üzv seçilir. 1925-ci ildə Simferopolda çap edilən "Okub işleri" jurnalında öz pedaqoji, mədəni maarif mövzulu, yazılarını, şeir və hekayələrini yazır.
Həbibulla Əmirxanov
Həbibulla Əmirxanov İbrahim oğlu (d.7 may 1907-ci il, Dağıstan - ö. 1986-cı il ) — azərbaycanlı alim, fizika-riyaziyyat elmlər doktoru (1942), professor, Azərbaycan EA-nın həqiqi üzvü (1949), SSRİ EA -nın müxbir üzvü (1972). == Həyatı == Həbibulla İbrahim oğlu Əmirxanov 7 may 1907-ci ildə Dağıstanın Korod kəndində anadan olmuşdur. 1925-ci ildə Bakıya köçmüş və Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almışdır. == Əmək fəaliyyəti == Həbibulla Əmirxanov universiteti bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Fizika kafedrasında işə başlamışdır. O, həmçinin SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan bölməsinin fizika sektorunda çalışmışdır. Həbibulla Əmirxanov 1935-ci ildə yaradılmış SSRİ EA-nın Azər­baycan filialının fizika sektorunun rəh­bə­ri vəzifəsini icra etmişdir. 1945-1950-ci illərdə isə Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunun ilk direktoru kimi fəaliyyət göstərmişdir.1950-ci ildə Dağıstana köçən Həbibulla Əmirxanov SSRİ EA Dağıstan filialı Rəyasət Heyətinin sədri olaraq çalışmış, həmçinin SSRİ EA Fizika İnstitutu Dağıstan filialının direktoru vəzifəsini icra etmişdir. Bununla yanaşı, o, Azərbaycan Sənaye İnstitutunun fizika kafed­rasının müdiri kimi fəaliyyət göstərmişdir.1949-cu ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olan H.Əmirxanovun neft fizikası, yarımkeçiricilər, geofizika və fiziki termodinamikaya həsr olunmuş tədqiqatları vardır. Alim eyni zamanda istilik tutumunu və istilikkeçirməni ölçmək üçün yüksək dəqiqliyi ilə fərqlənən cihazlar yaratmışdır.
Həbibulla bəy Şahtaxtinski
Həbibulla bəy Şahtaxtinski (9 sentyabr 1900, Şahtaxtı, Naxçıvan qəzası – 22 sentyabr 1986, Bakı) — kimyaçı (analitik və qeyri-üzvi kimya), kimya elmləri doktoru (1949), prof. (1950), Azərbaycan SSR Milli EA akademiki (1967). Azərbaycan SSR əməkdar elm xadimi (1974). == Həyatı == Azərb. Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsini (1926) və Azərb. Politexnik İnstitutunun kimya-texnologiya fakültəsini (1930) bitirmişdir. 1930-1972 illərdə respublikanın ali məktəblərində dərs demiş, Politexnik institutunda miqdari kimyəvi analiz kafedrasının, Azərb. Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasının müdiri olmuşdur (1937-59). 1959-86 illərdə Azərb. EA Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda mineral maddələr texnologiyası laboratoriyasının müdiri işləmişdir.
Həbibulla xan (konsul)
Həbibulla xan — İranın Azərbaycan Xalq Cümhuriyyətində konsulu. == Baş verən hadisələr == 1918-ci ilin iyulunda, Qafqaz İslam Ordusunun hərbi uğurları şəraitində ölkənin türk-müsəlman əhalisinin nifrətini qazanmış S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyətə keçən daşnak və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən köməyi ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən "Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail olmaq üçün bu zaman İranın Bakıdakı konsulu olan Həbibulla xanı vasitəçi seçdi. Sentyabrın 1-də İran konsulu Bakını müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin qərargahına getdi. Bakının təslim şərtlərinin müzakirəsi zamanı "Sentrokaspi" hökumətinin, İran, ABŞ, İsveç və Danimarka konsullarının və bir ingilis zabitinin də iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi irəli sürüldü. Türk qayməqamı Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı. Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olunması şərtilə saziş bağlandı. Bağlanmış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri tərk etməyə məcbur etdi. Təslim aktı nəticəsində tərəflər arasında küçə döyüşlərinin baş verməməsi Bakını genişmiqyaslı dağıntılardan xilas etdi.
Mirzə Həbibullah Rəşti
Mirzə Həbibullah Rəşti (1818-1896 Əmləş-Nəcəf)—İslam alimi. == Həyatı == Mirzə Həbibullah Rəşti hicri 1234-cü ildə Gilanın kəndlərindən birində dünyaya göz açmışdı. O, elmin ilk müqəddimələrini öz vətənində xüsusi müəllimlərdən almışdır. 18 yaşında elmini təkmilləşdirmək üçün Qəzvin şəhərinə gedir. Və artıq 25 yaşında olmasına baxmayaraq, ictihad icazəsi alır. Bundan sonra isə araşdırmalarını davam etdirmək üçün müqəddəs Nəcəf şəhərinə səfər edir. Orda isə Şeyx Ənsari və Sahibul-Cəvahir kimi böyük alimlərdən dərs alır. Mirzə Həbibullah Rəşti "İcarə", "Məsələtul-qəzəb", "Əl-İmamiyyə", və s. kimi əsərləri özündən elmi irs olaraq qoymuşdur. O, hicri 1273-cü ildə 78 yaşında Nəcəf şəhərində vəfat etmişdir.
Osman Həbibullayev
Osman Həbibulla oğlu Həbibullayev (28 sentyabr 1913, Bağçasaray, Tavriya quberniyası[d] – 9 sentyabr 1970) — Azərbaycan arxeoloqu. == Həyatı == Osman Həbibulla oğlu Həbibullayev 28 sentyabr 1913-cü ildə Krım vilayətinin Bağçasaray şəhərində doğulmuşdu. Atası kənddə müəllimlik etmiş, ailəsini dolandırmışdı. Osman körpə ikən valideynlərini itirmiş və uşaq evinə verilmişdi. O, ibtidai təhsilini uşaq evində almışdı. Burada da mütaliəni sevmiş, ömrünün axırınadək kitabları özünə ən yaxın sirdaş bilmişdi. Bağçasarayın əfsanələrlə dolu sirli aləminə də onu ilk dəfə aparan kitablar olmuşdu. Boş vaxtlarında o, həmişə Bağçasarayın qədim xarabalıqlarına tələsmiş, burada dalğın-dalğın gəzərək həyatın keşməkeşli, enişli-yoxuşlu yolunu düşünmüşdü. O, bu xarabalıqlarda böyük Puşkinin bədii təxəyyülündən doğan zəhmli Gireyxanın məhəbbət alovu içərisində çəkdiyi iztirablarının, gözəl Zaremanın qısqanclıq əzablarının, məsum Mariyanın vətən həsrətinin fikrən şahidi olmuşdu. Bağçasarayda ibtidai təhsilini başa vurduqdan sonra, o, Simferopolda yaşayan, uzaq qohumlarının yanına getmiş və orada orta məktəbi qurtarmışdı.
Əfəndizadə Həbibullah Əfəndi
Ağazadə Həbib Əfəndi (Əfəndizadə Həbibullah Əfəndi Hacı Abdulla Məcid Əfəndi oğlu: 1869, Şamaxı - 1936, Bakı) - == Həyatı == Şamaxıda ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Şamaxıda rus-azərbaycan məktəbində bitirdikdən sonra 1885-cı ildə Türkiyəyə, atasının dostu Hacı Əhməd Paşanın yanına getmiş və orada yaşayıb təhsil almaq istədiyini söybmişdir, Hacı Əhməd Paşa Azxərbaycan xalqma yaxşı tanış olan Ənvər və Nuru paşaların atası idi.. Həbib o gündən də onun ailəsidə yaşamış və 1890-cı ilbrdə Hacı Əhməd Paşanın 18 yaşlı qızı Zəlihə xanımla aib qurmuşdu. Evbndiklərinin 5-ci ili Zəlihə xanım vəfat etmiş, uşaqlan olmamış və Həbib Əfəndi ömrünün sonuna qədər evlənmənıişdir. 0 Hacı Əhməd Paşaıın 3 oğlu (Ənvər Paşa, Nuru Paşa və Kamil bəy) və bir qızmın hər birindən 10-14 yaş böyük İdİ. Bu aibdə o zİrəklİyi, doğruçuluğu, nəzakəti, elmi biliyə son dərəcə həvəsi və çalışqanlığına görə hamının hörmətini qazana bilmişdir. Onun məqsədi İstanbul DarQlfünuna daxil olmaq idi və bunun üçün Fateh məktəbi-ümumiyyəsində zəmanəsinin görkəmli alimi Hacı Xəlil Əfəndidən ali elmlər və ədəbiyyat üzrs mükəmməl təhsil aldiqdan sonra İstanbul Darülfünuna daxil olaraq oranı da müvəffəqiyyətlə başa vurmuşdur. Bundan sonra öz təhsilini Darülmüəlimində vo Rüştiyyə məktəbində davam etdirdi, 2 dekabr 1897-ci ildə ali dərəcə ib müəllİmlik şəhadətnaməsi alrmşdır. 1897-ci ilin dekabr ayının 10-dan 1910-cu ilİn yanvar aymm 4-nə kimi, 11 il ərzində Həbib Əfəndi tstanbulda "Səfa" edadiyyə və Rüştiyyə məktəblərində, Sivas edadiyyə məktəbində və Trabzon edadiyyə məktəində müdir və müdir müavini İşləraiş, eynİ zamanda bu məktəbbrdə 1400-1500 quruş məvacibb türk dili, fars dili, ədəbiyyat, hikmət (fəlsəfə), həndəsə, coğrafiya, iqtisadiyyat fənnlərini tədris etmİşdir. !910-cu ilin yanvar ayının 4-də Trabzon edadiyyə məktəbi bağlandı vo Həbib Əfəndi müdir vəzifəsindən istefa etdi. 0 bu zaman 10 ildən artıq idi ki İstanbulun böyiik bir cəddəsində məhəlb qazısı olmuş, ədəbi yaradıcıüqla da məşqul olmuş, mtbuatda mütəmadi olaraq şeir və məqalələri ilə çıxış etmişdi.
Əfəndizadə Həbibullah Əfəndi Hacı Abdulla Məcid Əfəndi oğlu
Ağazadə Həbib Əfəndi (Əfəndizadə Həbibullah Əfəndi Hacı Abdulla Məcid Əfəndi oğlu: 1869, Şamaxı - 1936, Bakı) - == Həyatı == Şamaxıda ruhani ailəsində anadan olmuşdur. İlk təhsilini Şamaxıda rus-azərbaycan məktəbində bitirdikdən sonra 1885-cı ildə Türkiyəyə, atasının dostu Hacı Əhməd Paşanın yanına getmiş və orada yaşayıb təhsil almaq istədiyini söybmişdir, Hacı Əhməd Paşa Azxərbaycan xalqma yaxşı tanış olan Ənvər və Nuru paşaların atası idi.. Həbib o gündən də onun ailəsidə yaşamış və 1890-cı ilbrdə Hacı Əhməd Paşanın 18 yaşlı qızı Zəlihə xanımla aib qurmuşdu. Evbndiklərinin 5-ci ili Zəlihə xanım vəfat etmiş, uşaqlan olmamış və Həbib Əfəndi ömrünün sonuna qədər evlənmənıişdir. 0 Hacı Əhməd Paşaıın 3 oğlu (Ənvər Paşa, Nuru Paşa və Kamil bəy) və bir qızmın hər birindən 10-14 yaş böyük İdİ. Bu aibdə o zİrəklİyi, doğruçuluğu, nəzakəti, elmi biliyə son dərəcə həvəsi və çalışqanlığına görə hamının hörmətini qazana bilmişdir. Onun məqsədi İstanbul DarQlfünuna daxil olmaq idi və bunun üçün Fateh məktəbi-ümumiyyəsində zəmanəsinin görkəmli alimi Hacı Xəlil Əfəndidən ali elmlər və ədəbiyyat üzrs mükəmməl təhsil aldiqdan sonra İstanbul Darülfünuna daxil olaraq oranı da müvəffəqiyyətlə başa vurmuşdur. Bundan sonra öz təhsilini Darülmüəlimində vo Rüştiyyə məktəbində davam etdirdi, 2 dekabr 1897-ci ildə ali dərəcə ib müəllİmlik şəhadətnaməsi alrmşdır. 1897-ci ilin dekabr ayının 10-dan 1910-cu ilİn yanvar aymm 4-nə kimi, 11 il ərzində Həbib Əfəndi tstanbulda "Səfa" edadiyyə və Rüştiyyə məktəblərində, Sivas edadiyyə məktəbində və Trabzon edadiyyə məktəində müdir və müdir müavini İşləraiş, eynİ zamanda bu məktəbbrdə 1400-1500 quruş məvacibb türk dili, fars dili, ədəbiyyat, hikmət (fəlsəfə), həndəsə, coğrafiya, iqtisadiyyat fənnlərini tədris etmİşdir. !910-cu ilin yanvar ayının 4-də Trabzon edadiyyə məktəbi bağlandı vo Həbib Əfəndi müdir vəzifəsindən istefa etdi. 0 bu zaman 10 ildən artıq idi ki İstanbulun böyiik bir cəddəsində məhəlb qazısı olmuş, ədəbi yaradıcıüqla da məşqul olmuş, mtbuatda mütəmadi olaraq şeir və məqalələri ilə çıxış etmişdi.

Значение слова в других словарях

восше́ствие горя́чий меньшо́й переозву́чивать препара́торша прецеде́нт сопротивля́емость сули́ть одикон тат aroar body count concealer eyespot flatulence hungrily oneness rice water side face-off mark sixer tsarist поимённо прокалить пыхтеть фаворитка