İŞIQLI (müxtəlif mənalarda) Aparır yer üzünü işıqlıdır sabaha.. (Ə.Cəmil); DİRƏXŞAN (kl.əd.) Niyə xurşid atəşfəşandır? Niyə qürsi-qəmər dirəxşandır (A.Səhhət); MÜNƏVVƏR (arx.) Gördü ki, çəmən yenə münəvvər; Zülfündən onun cahan müəttər (Xətayi); NURLU Doğrudan da bir an içində Sabahın bu nurlu çağında hava qapqaranlıq oldu (M.Rzaquluzadə); PARLAQ Ayın qaranlıq günlərində ulduzlar daha parlaq və oynaq görünür (Y.Şirvan); RÖVŞƏN (kl.əd.) Seninlə rövşən idi qəlbim, ey gözüm nuri! (Natəvan); TABAN (arx.) Xoş bula qaranqu gecələrdə; Gözünü tülui-mahi-taban (Xətayi); ZİYALI Mənim bağım, baharım; Fikri ziyalı oğlum (M.Ə.Sabir); AYDIN.