İBRA

İBRA’

ə. 1) qaytarma; 2) bəraət qazanma; 3) ödəmə, vermə.

İBR
İBRAM
OBASTAN VİKİ
Abdi İbrahim Absieh
Abdi İbrahim Absieh (1953, Cibuti) — Cibutinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2013-cü ildən)
Abdulla İbrahimov
Abdulla Hacıbaba oğlu İbrahimov — Azərbaycan SSR Ali Məhkəməsinin sədri (1962–1980), əməkdar hüquqşünas. == Həyatı == Abdulla İbrahimov 1921-ci ildə Dəvəçi rayonunun Zöhrabkənd kəndində anadan olmuşdur. Böyük Vətən müharibəsinin iştirakçısı olan A.İbrahimov 1948-ci ildə Ümumittifaq Hüquq İnstitutunu bitirmişdir. Abdulla İbrahimov 1944–1958-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Bakı şəhər milis idarəsi rəisinin müavini olmuşdur. 1958–1960-cı illərdə isə o, Bakı şəhərinin prokuroru vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Azərbaycan respublikası Daxili İşlər nazirinin müavini işləmiş A.İbrahimov 1962-ci ilin martında Azərbaycan SSR Ali Məhkəməsinin sədri seçilmişdir. A.İbrahimov 1962-ci ildən 1980-ci ilədək fasiləsiz olaraq 18 il Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləmiş, 1980–1991-ci illərdə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Hüquq Şöbəsinin müdiri olmuşdur. Təqaüdə çıxdıqdan sonra isə ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Abdulla Hacıbaba oğlu İbrahimov 2003-cü il iyulun 5-də 82 yaşında vəfat etmişdir.
Adil İbrahimli
Adil Asəm oğlu İbrahimli (9 sentyabr 1992, Sumqayıt – 7 noyabr 2020, Şuşa) — Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. 1999–2008-ci illərdə Sumqayıt şəhərində 14 nömrəli tam orta məktəbdə, 2008–2011-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2011–2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Adil İbrahimli 2015–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2017-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Baş Kəşfiyyatçı, Qrup Komandirinin müavini, Qrup Komandiri vəzifələrində xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Adil İbrahimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində, həmçinin Cəbrayılın, Füzulinin, [[Hadrutun azad edilməsi|Xocavənd]]in və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Adil İbrahimli noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub.
Aişə Sultan (Sultan İbrahimin qızı)
Aişə Sultan (d. 1643 - ö. 1675) — Sultan İbrahimin qızı və Turhan Sultanın qızı. Evliliklər Ayşə Sultan Sultan İbrahimin qızı və Turhan Sultanın böyük qızı idi. Bir çox mənbələrdə onun varlığı tez-tez şübhə altına alınır və tez-tez bibisi ilə qarışdırılır, buna görə də Ayşə Sultana xalasının son ərləri İbşir Mustafa Paşanın və ya erməni Süleyman Paşanın evli olduğu deyilir. İlk dəfə on yaşında Bağdad və Hələb valisi Haseki Mehmed Paşa ilə evləndi. Bundan əvvəl, 1645-ci ildə Mehmed Paşa, Ayşə ilə evlənmədən əvvəl ölən IV Muradın qızı Gevherhan Sultanla evləndi. Mehmed Paşa 1661-ci ilin iyununda edam edildi və Ayşə dul qaldı. Qardaşı Sultan Mehmed ərini edam etdikdən sonra onu Qahirənin yeni valisi Defterdar İbrahim Paşa ilə evləndirir. Evlilik onun ölümünə qədər davam etdi.
Akif İbrahimov
Akif İbrahimov (azərb. Akif İsmayıl oğlu İbrahimov;‎30 oktyabr 1952, Bakı) — riyaziyyatçı (tətbiqi rizaziyyat), fizika-riyaziyyat elmləri doktoru == Həyatı == Akif İsmayıl oğlu İbrahimov 30 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. === Ailəsi === Akademik İsmayıl İbrahimovun oğludur. === Təhsili === 1971–1976-cı illərdə Azərbaycan Neft-Kimya İnstitutunun istehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. == Fəaliyyəti == === Elmi fəaliyyəti === Moskvada SSRİ Elmlər Akademiyasının (indiki Rusiya Elmlər Akademiyası) Qubkin adına Neft İnstitutunun elmi işçisi, xarici neft şirkənin əməkdaşı olub. 2000-ci ildən Texas Ştatının universitetinin professorudur. Neft sənayesinə dair elmi əsərləri xarici ölkələrdə çap olunmuşdur.
Alim İbrahimov
Alim Səhrab oğlu İbrahimov – 26 dekabr 1993-cü il; Ucar rayonunun Qazıqumlaq kəndi, Azərbaycan – 29 sentyabr 2020-ci il; Tərtər rayonu Suqovuşan, Azərbaycan – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi == Həyatı == Alim Səhrab oğlu İbrahimov 1993-cü ilin 26 dekabrında Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Ailəsi Mingəçevir şəhərinə köçəndən sonra o, təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbində alıb. Hələ uşaq yaşlarından musiqiyə həvəsi olub. Alim İbrahimov 2004–2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı Musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub, daha sonra Milli Konservatoriyanın nəzdində Musiqi Kollecində təhsilini davam etdirib. 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi məktəbində qarmon ixtisası üzrə müəllim işləyib. 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlayanda Alim də cəbhəyə yollanır. Döyüşlərdə rəşadət göstərir, Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalır. Noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Subay idi. Mədəniyyət.az == Hərbi xidməti == Alim İbrahomov Suqovuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Suqovuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.[1] Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alimcan İbrahimov
Alimcan Qirfanoviç İbrahimov (12 mart 1887, Sultanmurad, Ufa quberniyası – 21 yanvar 1938, Kazan) — 21.1.1938, Kazan) — Tatarıstan yazıçısı, ictimai xadimi. == Həyatı == Ufa quberniyasının (Başqırdıstan) Sultanmuradov adlı tatar kəndində vilayətin sayılıb-seçilən ruhani ailəsində göz açan Ə. İbrahimov əvvəlcə Orenburq şəhərindəki Vəli mədrəsəsində, sonra Ufadakı məşhur "Qaliya" mədrəsəsində təhsil alır. İlk hekayəsini – " Şagird Zəkinin mədrəsədən qovulması" — 1907-ci ildə yazan Əlimcan iki il sonra Kazan universitetinə daxil olur və qısa müddət ərzində tatar ictimai-mədəni həyatının fəal nümayəndəsinə çevrilir. 1912-ci ildə "Gənc ürəklər" romanını bitirən Ə. İbrahimov həmin dövrdən başlayaraq tatar ədəbiyyatı və dilinə, ədəbi –bədii tənqidə, tatar teatrına dair çoxsaylı məqalə və çıxışları ilə ədəbi və elmi ictimaiyyətin diqqətini cəlb edən istedadlı yazıçı, ədəbiyyatşünas, dilçi və fəal ictimaiyyətçi kimi tanınmağa başlayır. 1913–1917-ci illlərdə Kiyevdə, Odessada, Suxumidə, Ufada və Moskvada yaşayan Ə. İbrahimov 1917-ci ilin payızında Kazana qayıdır və o vaxtdan bütün həyat və fəaliyyətini Tatarstanda ictimai-mədəni quruculuq işlərinə həsr edir. Ötən əsrin 20–30-cu illəridə Ə. İbrahimov Tatarıstanda milli ədəbiyyatın və mətbuatın, təhsilin və maarifin, humanitar elmlərinin inkişafında misilsiz xidmətlər göstərmişdir. 1925-ci ilin yanvarında Tatarıstan Respublikası Akademiya Mərkəzinin prezidenti seçilən Ə. İbrahimov qısa müddət ərzində Tatarıstanda ayrı-ayrı sahələr üzrə elmin təşkilati işləri və inkişafı istiqamətində çox böyük uğurlar qazanır. Bədii yaradıcılıqla yanaşı paralel olaraq elmi fəaliyyətini də davam etdirən Ə. İbrahimov bir sıra digər məsul vəzifələrdə də çalışmışdır. 1927-ci ildə bədii yaradıcılığının və elmi fəaliyyətinin iyirmi illiyi münasibətilə Ə. İbrahimov RSFSR Akademiyasının akademiki seçilmiş ÜMİK-nin qərarı ilə Əmək Qəhrəmanı adına layiq görülmüşdür. "Qazax qızı", " Dərin köklər", "Bizim günlər" kimi məşhur romanları, bir sıra maraqlı povest və hekayələri ilə XX əsr tatar əəədəbiyyatında, Tatar dili və tarixinə, inkişaf mərhələlərinə dair qiymətli monoqrafiya və araşdırmaları ilə təkcə doğma tatar ədəbiyyatı və elmində yüksək zirvələr kəşf edən Ə. İbrahimov, eyni zamanda, bütünlükdə XX əsr türk xalqları ədəbiyyatlarının inkişafında, eləcə də, türk xalqlarının, türk dövlətlərinin humanitar elmlər sahəsində qazandıqlari uğurlara öz töhfəsini vermiş görkəmli ədəbiyyat və elm xadimlərindəndir.
Anastasiya İbrahimli
Anastasiya İbrahimli və ya doğum adı ilə Anastasiya Şvabauer (8 dekabr 1993) — Qazaxıstan əsilli Azərbaycanlı ağır atlet. İbrahimli, 2015-ci ildə Avropa Çempionatının bürünc medalını qazanıb. == Həyatı == Anastasiya İbrahimli 8 dekabr 1993-cü ildə anadan olub. == Karyerası == Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Anastassiya İbrahimli
Anastasiya İbrahimli və ya doğum adı ilə Anastasiya Şvabauer (8 dekabr 1993) — Qazaxıstan əsilli Azərbaycanlı ağır atlet. İbrahimli, 2015-ci ildə Avropa Çempionatının bürünc medalını qazanıb. == Həyatı == Anastasiya İbrahimli 8 dekabr 1993-cü ildə anadan olub. == Karyerası == Mərziyə Məhərrəmova beynəlxalq səviyyədə birinci yarışına 2013-cü ildə qatıldı. Həmin il o, Özbəkistanın paytaxtı Daşkənd şəhərində baş tutan Yeniyetmələrin Dünya Çempionatında qüvvəsini sınadı və 12-ci yeri tutdu.
Atikə Sultan (Sultan İbrahimin qızı)
Atikə Sultan (1644, Konstantinopol – 1667, Konstantinopol) — Osmanlı sultanı Sultan İbrahimin qızı. Sultan İbrahimin çərkəs əsilli kənizlərindən Leyla Saçbağlı Sultandan doğulan Atikə Sultanın həyatıyla bağlı yetərli məlumat yoxdur. Hətta bəzi mənbələrdə anasının baş hasəki Xədicə Turhan Sultan olduğu qeyd olunur. Hələ 2 yaşında ikən atası taxtdan endirilərək qətlə yetirilmiş, mərhum sultanın digər xanımları və qızları kimi o da, Köhnə saraya göndərilmişdir. Ancaq həmin il nənəsi Validə Kösəm Sultanın istəyilə atasının müsahiblərindən Topal Kənan Paşayla nikahlanmışdır. Tamamilə formal olan bu nikahın ardıından Kənan Paşa müxtəlif əyalətlərə təyin edildi. 1656-cı ildə 2 ay müddətinə kaptan-ı dərya olaraq xidmət etmişdir. Ancaq daha sonra vəzifələrindən azad edilmiş, bu səbəblə 1658-ci ildə Abxaz Həsən Paşa üsyanına qoşulmuşdur. Bu səbəblə qardaşı IV Mehmedin əmriylə nikah dərhal pozulmuşdur. Boşandıqdan bir il sonra Topal Kənan Paşa 16 fevral 1659-cu ildə vəfat etmişdir.
Atiq İbrahimov
Atiq Ariz oğlu İbrahimov (d. 24 iyun 1990; Mingəçevir, Azərbaycan SSR, SSRİ - 16 oktyabr 2020; Ağdərə, Azərbaycan Respublikası) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == İbrahimov Atiq Ariz oğlu 24 iyun 1990-cı ildə anadan olub. Subay idi. === Təhsili === 5-ci sinifə kimi Mingəçevir Texniki Hümanitar Liseyində oxuyub, sonra 2002-ci ildə Mingəçevir Türk Litseyinə qəbul olub, 2008-ci ildə Türk Litseyini qurtarıb. Türkiyənin Akdeniz və 2012-2016-cı illərdə Ukraynanın Xarkov Beynəlxalq Universitetində təhsil alıb.2016-cı ildə Azərbaycana qayıdıb. 5 xarici dildə sərbəst danışa bilirdi. Karate üzrə qara kəmərə sahib olmuşdur. == Əmək fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) sahəsinə daxil olan Ağdaş ETSİ-nin enerji satışı şöbəsinin nəzarətçi mühəndisi kimi işləyib. == Hərbi xidməti == Atiq İbrahimov 21 sentyabr 2020-ci il tarixində hərbi təlimlərə qatılmışdır.
Ayaz İbrahimov
Ayaz Sultan oğlu İbrahimov (10 iyun 1998, Yeniyol, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa) — Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı və hərbi xidməti == Ayaz İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2004–2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb. 2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb. Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ayaz İbrahimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15.
Aydın İbrahimov
Aydın İbrahimov (tam adı: İbrahimov Aydın Əli oğlu; 17 sentyabr 1938, Kirovabad – 2 sentyabr 2021, Bakı) — Azərbaycan SSR güləşçisi; SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi; "Neftçi" PFK-nın ilk prezidenti (1988–1997). == Fəaliyyəti == 1960-cı illərdə idmanın güləş növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.1988-ci ildə Bakının "Neftçi" komandasının prezidenti vəzifəsinə gətirilmişdir. Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanmışdır. 1997-ci ildə bu postu tərk etmişdir.Bakının "Dinamo" idman cəmiyyətinin üzvü idi. Görkəmli idmançı 2 sentyabr 2021-ci ildə 82 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. == Uğurları == Güləş üzrə 1963-cü il Dünya çempionu; Güləş üzrə 1966-cı il Avropa çempionu; Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. 1964-cü il güləş üzrə SSRİ çempionu, 1963-cü il SSRİ gümüş mükafatcısı, 1960 və 1957-ci illər SSRİ bürünc mükafatçısı.
Aydın İbrahimov (güləşçi)
Aydın İbrahimov (idmançı)
Ayətullah Mirzə İbrahim Badkubeyi
Əxlaqlı, pəhrizkar fəqih və ədəbiyyatçı Ayətullah Mirzə İbranim Badkubeyi on üçünçü, əsrin axırlarında (hicri qəmri tarixi ilə) Bakıda anadan olmuşdur. İbtidai təhsilini öz şəhərinin almlərindən aldıqdan sonra dini təhsilini davam etdirmək üçün Nəçəfi-Əşrəf şəhərinə köçür. Uzun illər dərin İslam elmlərini və maarifini alimlərdən öyrənib, ictihad məqamına çatdıqdan sonra öz vətəninə Bakıya qayıdır və İslam elmlərinin tədrisi və şəriət əkamlarını bəyan etməklə xalqı düzgün yola istiqamətləndirir. Amma çox çəkmir ki, bolşeviklərin Azərbaycana hücumu alimin öz doğma vətənindən didərgin düşməsinə səbəb olur. Bir qrup alimlə birlikdə artıq bu şəhərdə yaşamağı məsləhət olmadığını hiss edən Badkubeyi İrana köçür və Təbrizdə sakin olur və orada ailə qurur. 1300-cü şəmsi ilində (1921) Marağa şəhərindən bir dəstə dindar və mömin tacir onun Marağaya gəlməsini xahiş edirlər. Alim bu xahişi qəbul etdikdən sonra şəhərin əhalisi onu təntənəli surətdə qarşılayır və ona ev verirlər. Alim yüksək səviyyədə təqva, gözəl əxlaq və yaxşı əməl sahibi olmuşdur. Marağa şəhərində yaşadığı illərdə həm mədrəsədə həm də öz evində İslam elmlərini orta və ali səviyyədə tədris etməklə məşğul olur. Şəhərin bütün camaatı, dövlətlilər, dindarlar və tacirlər ona dərin hörmət bəsləyir.
Ağa İbrahim Əminüssultan
Ağa İbrahim Zal bəy oğlu Əminüssultan (1 dekabr 1769, Salmas, Qərbi Azərbaycan ostanı – 1883, Tehran) — Nasirəddin şahın xas xidmətçisi. == Həyatı == Ağa İbrahim Zal bəy oğlu Salmas şəhərində anadan olmuşdu. Atası qul kimi Əmir Süleyman xan Qovanlı-Qacar tərəfindən Tiflisdən gətirilmişdi. Müsəlman olandan sonra azadlığa buraxılmışdı. Abbas mirzənin yaxınlarından olan gürcü əsilzadəsi Laçın xana yaxınlaşmışdı. Ağa İbrahim kiçik yaşlarında pinəçi şagirdi kimi işə başlamışdı. Zirəkliyi sayəsində saraya yaxınlaşaraq abdarbaşı vəzifəsinə yiyələndi. Sonra Əminüssultan ləqəbinə layiq görüldü. İki il sonra şahın dəvə və qatır tövlələrinə başçı təyin edildi. Ağa İbrahim Əminüssultan 1883-cü ildə vəfat edib.
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Ağəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Aşıq Seyid İbrahim
Aşıq Seyid İbrahim (İbrahim Musa oğlu Möhsümov; 1895, Qaradaş – 1944, Qaradaş, Tovuz rayonu) — Azərbaycanın ustad aşığı == Həyatı == Aşıq Seyid İbrahim 1895-ci ildə Tovuz rayonunun Qaradaş (keçmiş Seyidlər) kəndində sənətkar ailəsində doğulmuşdur. Atası Seyid Musa vaxtilə Şuşadan köçərək burada məskunlaşmışdır. Musa 1916-cı ildə vəfat edib. Onların nəsli həm ata, həm də ana tərəfdən Seyid imiş. === II Dünya müharibəsində === II Dünya müharibəsi başlayanda Seyid İbrahim ön cəbhəyə getmək üçün Stalinə şeirlə müraciət edir. 1943-cü ildə həmkarı Aşıq Nəcəf Əlimərdanlı kimi növbəti döyüşçüləri yola salan zaman sazını da götürüb döyüşlərə yollanır. Vətənpərvər və cəsur aşıq bir əlində saz, birində silah faşistlərə qarşı Krımda ölüm-dirim savaşına girir.1944-cü ilin may ayına qədər Aşıq İbrahim ən ağır bölgələrdə vuruşur, ağır yaralanaraq evə qayıdır. Elə qayıdarkən yolda o vaxt epidemiyaya çevrilmiş tif (yatalaq) xəstəliyinə tutulur, bir müddətdən sonra vəfat edir. == İfaçılığı == Məşhur ustad Aşıq Əsəd Rzayev və onun qardaşı Aşıq Məhəmməd Rzayevdən aşıq sənətini mənimsəmiş, onların dastan və şeir yaradıcılığını öyrənmişdir. Aşıq Seyid İbrahim dövrünün bir çox adlı-sanlı aşıqları ilə deyişmişdir.
Bayburtlu Qara İbrahim Paşa
Bayburtlu Qara İbrahim Paşa (d. 1620/21 - ö. iyun 1687) — IV Mehmed dönəmində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Hicri təqvimin 1030-cu ilində (1620-1621) Bayburtda Qatırçı Əhməd adlı bir kəndlinin evində dünyaya gəlmişdir. Gənclik illərində üsyançı Abxaz Həsənin xidmətində olmuş, üsyan yatırıldıqdan sonra (1659) İrana qaçaraq bir müddət burada qalmışdır. Daha sonra geri dönərək Mustafa Paşanın himayəsinə girdi və burada çuxadar və kəndxuda oldu. Himayədarının ölümünün ardından bəzi dövlət adamlarının xidmətində oldu. Nəhayət, o illərdə sədarət kəndxudası olan Mərzifonlu Mustafa Paşanın xidmətinə girdi və onun Silistrə bəylərbəyliyi dövründə kəndxudası olaraq fəaliyyət göstərdi. Mərzifonlu Mustafa Paşa dövlət idarəsində gücləndikcə nüfuzunu artıran Qara İbrahim ağa fürsətdən istifadə edərək IV Mehmedlə də tanış oldu. Himayədarının sədarət naibi olması ilə, İbrahim ağa da sədarət kəndxudası seçildi və Qara kəndxuda ləqəbi aldı.
Beyhan Sultan (Sultan İbrahimin qızı)
Beyhan Sultan (Osmanlıca: بيحان بن ابراهيم) (d. 1645 - ö. 1701) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin qızı. == Həyatı == Beyhan Sultan 1645-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası Sultan İbrahim. Hələ 1 yaşında ikən atası onu Kiçik Həsən Paşayla nigahlamışdı. Bu tamamilə siyasi bir evlilik idi və məqsəd paşanı özünə tabe etmək idi. Ancaq olduqca yaşlı olan Həsən Paşa bir il sonra vəfat etdi və Beyhan Sultan hələ 2 yaşında ikən "dul" qaldı. Ardından atası Sultan İbrahimin məcburiyyəti ilə öz xanımından ayrılan sədrəzəm Həzərparə Əhməd Paşa ilə evləndirildi. Ancaq 1 il sonra ərinin edam edilməsiylə yenidən dul qaldı.
Bəhram İbrahimov
Bəhram İbrahimov (tam adı: İbrahimov Bəhram Məhəmməd oğlu; d. (1930-2016), Füzuli rayonu, Böyük Bəhmənli kəndi, Azərbaycan SSR, SSRİ— jurnalist, “İnşaatçı” qəzetinin şöbə müdiri (1949-2006), “İnkişaf” qəzetinin redaktoru (2006-2016), Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri, “Qızıl Qələm” mükafatı laureatı, “Nurlu Qələm” və “Ustad Qələm Sahibi” == Həyatı == İbrahimov Bəhram Məhəmməd oğlu 1930-cu ildə Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Xarici Dillər Pedaqoji İnstitutunu fransız dili mütəxəssisi kimi bitirmişdir. Sonralar Jurnalist Sənətkarlığı institutunu qutarmış, Moskvadakı V.İ. Lenin adına Hərbi Siyasi Akademiyanın, habelə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun kadrların təkmilləşdirilməsi kursunun müdavimi olmuşdur. Əmək fəaliyyətinə Füzuli rayonunda müəllim kimi başlamış, Sənaye Tikintisi Nazirliyinin fəhlə yataqxanasında tərbiyəçi kimi fəaliyyət göstərmişdir. Mətbuatda 1949-cu ildən fasiləsiz çıxış etmiş, ölkə tikinti kompleksinin bütün sahələrini işıqlandıran sanballı və dəyərli yazılar dərc etdirmiş, ən mühüm buraxılış obyektlərindən maraqlı səhifələr hazırlamışdır. 40 ildən artıq “İnşaatçı” qəzetində şöbə müdüri işləmişdir. O, “İnşaatçı”nı quran, zamanın keşməkeşlərindən üzüağ, qalib çıxmasına yardım edən insanlardan, prinsipial jurnalistlərdən idi. 2006-cı ildən Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) orqanı olan “İnkişaf” qəzetinin redaktoru, Azərbaycan Ağsaqqallar Şurasının Ali Məclisinin üzvü və AAŞ Mətbuat xidmətinin rəhbəri olmuşdur. Bəhram müəllim tək öz ömrünü deyil, yüzlərlə insanın tale yükünü daşıyan el ağsaqqalı, çoxlarının qaranlıq yoluna işıq salan ziyalı və əsl azərbaycanlı idi.
Bəhram İbrahimov (əsgər)
Bəhram Sakit oğlu İbrahimov (5 may 1999; Ərəbbəsrə, Yevlax, Azərbaycan — 7 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhram İbrahimov 5 may 1999-cu ildə Yevlax rayonu Ərəbbəsrə kəndində dünyaya gəlib. Yevlax rayonu, Ərəbbəsrə kənd məktəbdə təhsil alıb. 2017–2018-ci illərdə hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Bəhram İbrahimov Suqovuşan, Goranboy, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il oktyabrın 7-də Suqovuşan istiqamətində gərgin döyüşlərin birində şəhadətə ucalıb. Bəhramın nəşi 2021-ci ilin yanvarın 12-də tapılaraq ailəsinə təhvil verilib. Yevlaxda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhram İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhram İbrahimov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Bəhruz İbrahimov
Bəhruz Fazil oğlu İbrahimov (22 may 1983, Kovşad[d], Füzuli rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Bəhruz İbrahimov 1983-cü il mayın 22-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Aygün Fərhadova ilə ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Bəhruz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhruz İbrahimov sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Bəhruz İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
атрофи́рованный бесхи́тростно отры́ть потопля́ться пришпи́ливать сажа́ться слове́сность фека́л а́брисный допека́ть каплеобра́зный преры́вистый алань directory establishment exegetist imponderable incompressible maintenance order torch-lily лужёный передрогнуть разбрасывать рефлектор цитироваться