İBTİDA

is. [ ər. ] Başlanğıc, ilk, əvvəl (intiha ziddi.) Ayın ibtidası.
– İnsan, ömrünün ibtidasından intihasına qədər möhtacdır təhsili-ülumə. H.Zərdabi.
[Şeyx Sənan:] Bir səfərdir bu, adəta, məchul; Qayə məchul, ibtida məchul… H.Cavid.
[Murad] bu məqsədlə 1921-ci ilin ibtidasında Bakıdan çıxmış(dı). S.Hüseyn.

// sif. İlk, birinci.
Sonanın ibtida müəlliməsi nəhayətdə ağıllı və pedaqoji elminə qabil bir arvad idi. N.Nərimanov.

// zərf Əvvəlcə, ən əvvəl, ibtidada.
İbtida ustaddan dərsim alanda; Oxuyub yetişdim, ay sinə-sinə. Aşıq Ələsgər.

□ İbtida etmək (qılmaq) – başlamaq.
İbtida eyləyib girdim meydana; Aşıqlar ustadı, görün handadı? Qurbani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İBTİDA ibtida bax başlanğıc
İBRİŞİM
İBTİDADA

Digər lüğətlərdə