İBTİDAİ

sif.
1. Başlanğıca aid, ən əvvəl olan; ilk.
Küçələrdə və meydançalarda gördüyünüz yaralılara ibtidai yardım [ediniz]. M.S.Ordubadi.

2. Hələ mükəmməlləşməmiş, inkişaf etməmiş. İbtidai həyat.
– Həsən bəy inkişaf etməmiş, ibtidai və dağınıq təsərrüfatın artıb yüksəlməsinə çalışırdı. M.İbrahimov.

3. Başlanğıc, ilk, dərəcə etibarilə aşağı. İbtidai siniflər. İbtidai təhsil.
[Qız] … ibtidai savad kursunu bitirmiş, ali savad kursuna girmək fikrindədir. S.Hüseyn.
Aslan kənddə ibtidai məktəbdə oxuduğu zamanlar gecə-gündüz bu xəyallarla yaşayırdı. M.Rzaquluzadə.

4. Bəşəriyyət tarixinin ən qədim (ilk) dövrlərinə aid olan. İbtidai insanlar. İbtidai mədəniyyət qalıqları.
5. Hazırkı dövr üçün köhnəlmiş, geri qalmış, ən adi, primitiv. İbtidai adətlər. İbtidai geyimlər.
◊ İbtidai icma quruluşu – bax icma.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İBTİDAİ 1. İBTİDAİ [Sadıq:] İbtidai insanlar nə kef çəkirlərmiş, heyif deyil subaylıq? (S.S.Axundov); QƏDİM Qədim insanların, “Aralıq dənizinin incisi” adland
  • İBTİDAİ ilk — başlanğıc
  • İBTİDAİ primitiv — adi

Antonimlər (əks mənalı sözlər)

  • İBTİDAİ İBTİDAİ – MÜASİR İbtidai alətlərlə qazıldığı üçün baltanı çıxartmaq son dərəcə böyük əhəmiyyət kəsb edir (M

Etimologiya

  • İBTİDAİ Ərəb mənşəlidir. Mübtəda, ibtidai sözləri ilə kökdaşdır. “Başlanğıc, əvvəl” anlamlarında işlədilir. (Bəşir Əhmədov
İBTİDADAN
İBTİDAİLƏR

Digər lüğətlərdə