ICE
ICE-AXE
OBASTAN VİKİ
Age of Loneliness
Age of Loneliness – Enigma musiqi layihəsi adından 1994 – cu ildə buraxılmış sinql. Bu sinql The Cross of Changes albomundan olan ikinci sinqldır. Mahnını Enigmanın daha öncə satışa çıxarılmış mahnılarından olan "Carly's Song" mahnısının remiks variantı kimi də qəbul etmək olar. Mahnıdakı vokal ifa və pışıltıyla deyilən sözlər Sandra Cretuya aiddir. Mahnının sözləri isə əsasən Silver filminin qəhrəmanı Carly Norrisin (filmdə bu obrazı Sharon Stone canlandırıb) işlətdiyi ifadələrdən ibarətdir. Mahnıya əlavə rəng vermək üçün monqollarmonqol musiqi elementlərindən istifadə edilmişdir ki, bu da Gregorian dini musiqisi ilə üzvi şəkildə birləşərək maraqlı səslənmə yaratmışdır. Mahnının klip çəkilişləri əsasən New York şəhərində aparılmışdır.
Monthly Dragon Age
Monthly Dragon Age (月刊ドラゴンエイジ, Gekkan Doragon Eiji) — Fujimi Shobo nəşriyyatı tərəfindən nəşr olunan aylıq şonen manqası jurnalı. Jurnal Fujimi Shobo tərəfindən nəşr olunmuş iki jurnalın — "Monthly Comic Dragon" və "Monthly Dragon Junior" jurnallarının birləşməsindən sonra fəaliyyətə başlamışdır. İlk sayı 2003-cü ilin aprelində işıq üzü görmüşdür. Jurnal hər ayın 9-da çıxır. Jurnal "New Age Standard Comic" başlığına malikdir. Jurnalın "Dragon Age Pure" adlı xüsusi versiyası 2006-cı ilin yanvarından 2009-cu ilin fevralına kimi nəşr olunmuşdur.
Age of Pirates: Captain Blood
Age of Pirates: Captain Blood (azərb. Quldurlar Dövrü: Kapitan Qanı‎) — "THQ" tərəfindən hazırlanan, "MTV Games" tərəfindən nəşr edilən və döyüş-macəra janrında olan ləğv edilmiş videooyunu. Oyun Rafael Sabatininin "Kapitan Bladanın odisseyası" romanına əsaslanmışdı. Oyunçu bir 1685-ci ildə Amerikanın İspaniya sahillərində yaşamış bir gəmi kapitanını idarə edəcəkdi. == Geympley == "Captain Blood" dəniz qulduru-mövzulu missiya-əsaslı strukturu olan bir hack and slash döyüş oyunu olacaqdı. Oyunçular həm quruda, həm də dənizdə çoxlu düşmənlərlə, gəmilərlə döyüşəcəkdi. Oyunda əlbəyaxa döyüş üçün düşmən gəmisinə abordaj etmək xüsusiyyəti olacaqdı. Oyunçular düşmənləri məğlub edərək xüsusi ballar toplaya, bu ballarla yeni silahlar və döyüş yolları əldə edə biləcəkdi.Oyun 2006-cı ildə orijinal Xbox konsolu üçün satışa çıxarılacaqdı, ancaq 2005-ci ildə 7-ci nəsil videooyun konsolları üçün hazırlanmağa başlandı.
Queens of the Stone Age
Queens of the Stone Age (qısaltması: QOTSA) — 1996-cı ildə Kaliforniyanın Palm-Dezert şəhərində qurulmuş rok qrupu. Qrupa Coş Homme başçılıq edir, hazırkı üzvlər arasında Troy Van Leuven, Maykl Şumen, Din Fertita və Con Teodor var. İllər keçdikcə qrupun heyətində dəyişikliklər baş vermişdir. == Qrup üzvləri == === İndiki üzvlər === Coş Homme – əsas vokallar, gitara, piano, bas (1996-indiyədək) Troy Van Leeuwen - gitara, köməkçi vokal, sintezator, bas, zərb (2002-indiyədək) Dean Fertita - sintezator, gitara, köməkçi vokal, fortepiano (2007-indiyədək) Michael Shuman - bas, köməkçi vokal, gitara, sintezator, zərb (2007-indiyədək) Jon Theodore - zərb alətləri, zərb, (2013-indiyədək) == Diskoqrafiya == === Studiya albomları === Queens of the Stone Age (1998) Rated R (2000) Songs for the Deaf (2002) Lullabies to Paralyze (2005) Era Vulgaris (2007) ...Like Clockwork (2013) Villains (2017) In Times New Roman...
The Age of the Understatement
The Age of the Understatement — The Last Shadow Puppets qrupunun 15 aprel 2008-ci ildə Domino tərəfindən buraxılan ilk albomu. 2006-cı ildə qrupun qurucuları Aleks Turner və Mayls Keyn tərəfindən yazılmışdır. Prodüserliyini Ceyms Ford Paris və Londonda edib, Ouen Pallettin bəstələdiyi aranjimanlar London Metropolitan Orkestri tərəfindən ifa edilmişdir. Albomun üz qabığında fotoqraf Sem Haskinsin 1962-ci ildə çəkdiyi yerdə oturan Gill adlı gənc qadının ağ-qara fotoşəkili yer alıb. The Age of the Understatement Törner və Keynin Arctic Monkeys və The Little Flames ilə əvvəlki işlərinin indi-rok səsindən fərqlidir. Albomdakı mahnılar əsasən simfonik pop, pop rok və barok pop kimi janrlardadır. Onlar 1960-cı illərin fransız pop və film musiqilərindən ilham aldıqlarını bildirilər. Albom ümumiyyətlə müsbət rəylər aldı. 2008-ci ildə "Merkuri Mükafatına" namizəd oldu və qrupun BK-da ilk bir nömrəli debütü oldu. Buraxıldıqdan sonra albom "The Age of the Understatement", "Standing Next to Me" və "My Mistakes Were Made for You" sinqlları, həmçinin Avropa və Şimali Amerika turu və çoxsaylı televiziya çıxışları ilə tanıtıldı.
The Golden Age of Grotesque
The Golden Age of Grotesque — Amerika rok qrupu Merilin Mensonun 2003-cü ildə buraxılmış beşinci studiya albomudur.
взлохма́чивать ко́нкурс перева́льный подковы́ривать житьи́шко моралисти́ческий редакти́роваться ущу́чивать фиска́льство alerion bucketeer dream out fee simple input lagoon ovology proditor sick-call unionalls опухоль отдёргивать отломиться распялка свистопляска тонзиллит