İCLAS

is. [ ər. ] Bir məsələni müzakirə etmək üçün hər hansı bir təşkilat üzvlərinin bir yerə yığılması; yığıncaq. Fəallar iclası. Valideynlər iclası. İclas salonu.
– O günün sabahı iclasdan əvvəl qurultay binasında təşkil edilmiş … sərgini gəzərkən Eldar [Ceyrana] yaxınlaşır. S.Hüseyn.
[Nuriyyə:] Nazxanımı çağırıb, zalı iclas üçün hazırlamağı tapşırdım. İ.Əfəndiyev.

□ İclas etmək – bir məsələni müzakirə etmək üçün yığışmaq.
İyulun birinci yarısında məclis iclas etdiyi zaman bir avtomaşın siqnal verməyə başlayır. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İCLAS İCLAS [Hacı Əhməd:] Balam, bos bu iclası haçan başlayırsınız? (C.Cabbarlı); CƏLƏSƏ (köhn.) Hacı Əli: Cələsəmizi açmadan əvvəl sizə xoş bir xəbər vermə
  • İCLAS yığıncaq
İCBARİLİK
İCLASBAZ

Digər lüğətlərdə