İCLASÇI
İCMAL
OBASTAN VİKİ
İcma
İcma (Ərəbcə: إجماع) — bir İslam hüququ termini. == Ümumi məlumat == İcma – lüğətdə bir işə əzm etmək və bir mövzuda həmfikir olmaq mənasına gəlir. İslam hüquq terminalogiyasında isə Məhəmmədin ümmətindən olan müctəhidlərin Peyğəmbərin vəfatından sonrakı hər hansı bir dövrdə şəri-əməli bir hökm haqqında həmrəy olmalarıdır. Bu tərifə görə icmada aşağıdakı şərtlər olmalıdır: Müctəhid olmayanların ittifaqı dini bir dəlil sayılmaz. Müctəhid dəlillərdən dini-əməli hökmlər çıxarma mövzusunda bilik və qabiliyyətə malik olan kəsdir. Müctəhidlərin yekdilliyi, dini-əməli bir məsələnin hökmü üzərində ilk fikir birliyi meydana gələn zaman əsas alınır. Odur ki, daha sonra fikir dəyişdirməklə icma pozulmaz. Dinə aid olmayan mövzularda fikir birliyi icma sayılmaz. İcmanın bir dəlil olması Kitab və Sünnə dəlillərinə əsaslanır. Belə ki, Qurani-Kərimdə belə buyurulur: “Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik.
Kommuna (icma)
Kommuna (fr. commune — icma) — ortaq ideya ətrafında birləşən və ümumi maraqlara, mülkiyyətə, ehtiyatlara, daha radikal kommunalarda isə ortaq gəlirə və iş yerinə sahib insanların birlikdə yaşamağa qərar verdikləri icma növüdür. Bir çox müasir kommunalarda ortaq qərarların qəbulu, qeyri-ierarxik struktur və ekoloji həyat tərzi də böyük əhəmiyyət kəsb edir. İlk kommunalar Qədim Roma dövründə yaranmışdır. Böyük Fransa inqilabı dövründə kommunalar özünüidarə funksiyasını yerinə yetirmiş, şəhər-kommunalar orta əsrlərdə Şimali İtaliya və Şimali Fransa şəhərlərinin idarəçiliyində mühüm yer tutmuşlar.
Moğollar (icma)
Moğollar (fars. مغول‎; hind. मुग़ल/مغل‎) — orta əsrlərdə Moğolustandan Hindistana gəlmiş türk-monqol mənşəli xalqların nümayəndələri. Onlar əsasən Pakistan və Şimali Hindistanda yaşayırlar. "Moğol" adı monqol deməkdir.
Mursiya (muxtar icma)
Mursiya (isp. Murcia) — Pireney yarımadasının cənub-şərq hissəsində, Aralıq dənizi sahilində yerləşən İspaniyanın muxtar icması. Sahəsi 11.313 km²-dır və 2020-ci ilin əvvəlində əhalisi isə 1,511,251 nəfər idi. Əhalinin təxminən üçdə biri paytaxt Mursiyada yaşayır. 2,014 m yüksəklikdə yerləşən Revolkadores massivindəki Los Obispos zirvəsidir bölgənin ən yüksək nöqtəsidir.
İbtidai-icma quruluşu
İbtidai-icma quruluşu — ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya və Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 2-3 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlanğıcı hesab edilən b.e.ə.
İbtidai icma quruluşu
İbtidai-icma quruluşu — ictimai-iqtisadi formasiya, bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi, heç bir sinfi ziddiyyətlərin olmadığı yeganə quruluş. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur. Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya və Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur. Bu qalıqlar ilk insanların 2-3 milyon il bundan əvvəl yaşadıqlarını göstərir. İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür: Daş dövrü. Tunc dövrü. Dəmir dövrü. Daş dövrünün özü də üç mərhələyə ayrılır: Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir) Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir) Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir) Daş dövrünün bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir. Eneolit daş dövrünün sonu — metal əsrinin başlanğıcı hesab edilən b.e.ə.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
Virtual icma
Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır. Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSH və MOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir. Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.
İcma (İngiltərə)
İcma (ing. Civil parish) — İngiltərədə yerli idarəetmə üçün istifadə edilən bir növ inzibati bölmədir. Regionlar və dairələr və ya onların birləşdirilmiş forması olan unitar orqanların altındakı yerli idarəetmə orqanlarının ən aşağı səviyyəsi olan regional idarəetmədirlər. İcmaların ölçüləri azsaylı əhalisi olan seyrək məskunlaşmış olan kənd yerlərindən başlamış, on minlərlə sakini olan böyük qəsəbələrə qədər dəyişiklik göstərə bilir.
Navarra (muxtar icma)
Navarra — İspaniyada yerləşən muxtar ərazi.
Madrid (muxtar icma)
Madrid muxtar birliyi (isp. Comunidad de Madrid) — İspaniyanın 17 muxtar birliyindən biri. Pireney yarımadasının mərkəzində yerləşir.
ABŞ-ın ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
ABŞ-nin ibtidai icma quruluşu
Mezozoy erasının ilk dövrü olan Trias dövründə dinozavrlar meydana çıxmağa başlamış və stünlüklərini artıraraq sürətlə ABŞ-yə yayıldılar. Tezliklə Pangeya parçalandı və Şimali Amerika şimal və qərbə sürüşməyə başladı. Yura dövrünün sonlarında qərb ştatlarının subasarları Allosaurus, Apatosaurus və Stegosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Təbaşir dövrü ərzində Meksika körfəzi Şimali Amerikanı yarıya bölənə qədər genişləndi. Plesiosaurs və Mosasaurs sular altında qaldı. Bu dövrün sonunda su geri çəkilməyə başladı və qərb əyalətlərinin sahilboyu düzənlikləri Edmontosaurus, Triceratops və Tyrannosaurus kimi dinozavrların yaşayış məskəni oldu. Digər bir kütləvi məhv olma dinozavrların hökmranlıqlarına son qoydu. Kaynozoy erasında Təbaşir erasında yaranan daxili dənizlər tədricən yox olmağa və məməlilər quruda hakimiyyət qurmağa başladı. Eosen dövründə qərb ştatları kiçik ibtidai dəvə və atlar, eləcə də ətyeyən kreodontların yaşayış məskəni oldu. Qısa müddət sonra məməlilər okeana daxil oldular və ibtidai balina Basilosaurus cənub sahil sularında üzməyə başladı.
Kaçanik icması
Kaçanik (serb. Качаник) — Kosovoda icma, Uroşevats dairəsinə daxildir. Əhatə etdiyi sahə 294 km². İcmanın inzibati mərkəzi Kaçanik şəhəridir. Obiliç icması 30 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,0 km²-dır.
Kosovo Pole icması
Kosovo Pole (serb. Косово Поље) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 89 km²-dır. İcmanın inzibati mərkəzi Kosovo Pole şəhəridir. Kosovo Pole icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 4,9 km²-dır.
Lazarevats icması
Lazarevats (serb. Лазаревац) — Serbiyada icma, Belqrad dairəsinə aid edilir. İcmanın əhalisi 59.043 nəfərdir (2007), əhalinin sıxlığı 154 nəfər/km²-dır. 384 km²-lik sahəni əhatə edir, onun 60,4%-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Lazarevats şəhəridir. Lazarevats icması 34 yaşayış məntəqəsindən ibarətdir, onların orta sahəsi 11.3 km²-ə bərabərdir.
Liplyan icması
Liplyan icması (serb. Липљан) — Kosovoda icma, Priştina rayonuna aiddir. Əhatə etdiyi sahə 401 km² bərabərdir. İcmanın inzibati mərkəzi Liplyan şəhəridir. Liplyan icması 70 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,7 km²-dır.
Maliyyə sabitliyinin İcmalı
Maliyyə sabitliyinin icmalı (ing. Financial Stability Report, Financial Stability Review, Financial System Report) — mərkəzi bankların maliyyə sabitliyi məsələlərinə həsr olunmuş ixtisaslaşdırılmış məlumat və analitik nəşri. == Mərkəzi bankların təcrübəsində maliyyə sabitliyinin nəzərdən keçirilməsi == İngiltərə Bankı ilk dəfə 1996-cı ildə Maliyyə Sabitliyi İcmalı nəşr etdi. Buraxılışlar maliyyə fəaliyyətinin nəzəriyyəsi və praktikasının müəyyən məsələlərinə həsr olunmuş nəşrlər topluları idi: maliyyə tənzimlənməsi mədəniyyəti, qiymətli metallar bazarı, elektron pul, suveren. reytinqlər və s. İngiltərə Bankı təhlillər vasitəsilə həll edilməli olan üç vəzifəni müəyyənləşdirdi: bazar iştirakçıları tərəfindən risklərin, cari tənzimləmənin və maliyyə bazarlarının vəziyyətinin başa düşülməsi; Britaniya maliyyə sisteminin risklərinə təsir edən məsələlərin müzakirəsi; bazar iştirakçıları, tənzimləyici və akademik tədqiqatçılar arasında debatları asanlaşdırmaq. İngiltərə Bankını digər mərkəzi banklar izlədi: İsveç və Norveç (1997), Avstraliya və Filippin (1999). Aşağıdakı Rəylər daha çox utilitar xarakter daşıyır və maliyyə bazarlarının və maliyyə vasitəçilərinin vəziyyətini nəzərdən keçirməyə həsr edilmişdir. Xüsusilə, icmallar bankların rəqabət qabiliyyəti, onların maliyyə sabitliyi və əsas maliyyə aktivləri bazarlarının xüsusiyyətləri mövzularını əhatə etmişdir. Mərkəzi bankın fəaliyyətinin diqqəti maliyyə sabitliyini qorumaq üçün siyasətlərə yönəldikcə, Rəylər geniş şəkildə yayıldı.
Musiqi icmalı
Musiqi icmalı və ya Musiqili revyu — XX əsrdə musiqili teatrın bir qolu olaraq, üzə çıxmış və inkişaf etmişdir. == Musiqi icmalı müasir dövrdə == Musiqi icmalı müasir dövrdə həm Şərq, həm də Qərb Musiqişünaslığı və jurnalistikada geniş yayılmışdır. Gündən-günə yenilənən musiqi texnologiyaları sayəsində musiqi icmalı öz janr mahiyyətini genişləndirmişdir. Belə ki, hazırda musiqi icmalı dedikdə hər yeni gün istehsal edilən CD-disklərin və ya hər yeni gün səhnədə ifa olunan konsertin və ya opera və balet tamaşasının premyerasından dərhal sonra mətbuatda işıqlandırılması başa düşülür. Bu cür yayım musiqi icmalının vacib tərkib hissəsinə çevrilmiş və onu mahiyyətcə musiqi tənqidinə yaxınlaşdırmışdır.
Mənzil icması
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Obiliç icması
Obiliç (serb. Обилић) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 105 km²-dır. İcmanın inzibati mərkəzi Obiliç şəhəridir. Obiliç icması 18 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,8 km²-dır.
Poduyevo icması
Poduyevo (serb. Подујево) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 625 km²-dır. İcmanın inzibati mərkəzi Poduyevo şəhəridir. Poduyevo icması 78 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 8.0 km²-dır.
Priştina icması
Priştina (serb. Приштина) — Kosovoda icma, Priştina rayonuna daxildir. Sahəsi 564 km²-dır. İcmanın inzibati mərkəzi Priştina şəhəridir. Priştina icması 46 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 12,3 km²-dır.
Qloqovats icması
Qloqovats (serb. Глоговац) — Kosovoda icma, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. Sahəsi 290 km²-dır. İcmanın inzibati mərkəzi Qloqovats şəhəridir. Qloqovats icması 37 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 7,8 km²-dır.
Qrotska icması
Qrotska (serb. Гроцка) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 79 819 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 276 nəfər/km² təşkil edir. İcmanın inzibati mərkəzi Qrtoskada yerləşir. Vraçar icması 15 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 19,3 km².
Uroşevats icması
Uroşevats (serb. Урошевац) — Kosovo icması, mübahisəli inzibati mənsubiyyəti olan ərazidir. İcmanın əhalisi barədə dəqiq məlumat yoxdur. Əhatə etdiyi ərazi 344 km².
Xəyali icmalar
Xəyali icmalar— Benedikt Andersonun eyni adlı kitabında milliyətçiliyi izah etmək məqasədi ilə inkişaf edilmiş konsepsiyası. == Mənşəyi == Andersonun izahatına görə, xəyali icmaların formaşmasının səbəbi "çap kapitalizmi" idi. Kapitalist təşəbbüsçülər kitabları və başqa materiallarının tirajını maksimallaşdırmaq məqsədilə onları artıq Latın dilində yox, danışıq dillərinə daha yaxın dillərdə buraxırdılar. Bu həmin dillərdə (və ya ləhcələrdə) ümumi diskursları yaradaraq, "milli çap dilləri" əsasında Avropanın ilk milli dövlətlərinin formalşması ilə nəticələnib. == Kontekst və təsir == Özü marksist olan Andersonun firkinə görə, nə marksizmdən, nə də liberalizmdən gələn millətçiliyin izahlarını qəbul etmirdi. Ernest Gellner millətçiliyin meydana çıxmasını Şərqi Avropanın sənayeləşməsinə bağlıyır. Elie Kedonie isə Fransa inqilabı ilə mərkəzi Fransa dövlətinin qurulmasında əməyi olan aydınlama düşüncələrinin millətçiliyin ortaya çıxmasında təsirini göstərir. Anderson isə başqa sahəyə bağlıyır. O, hesab edir ki, Avropa dövlətlərinin okeanın o tayında saldığı müstəmləkələrdə yaşayan diasporada özəlliklə Amerika qitəsində, yeni koloniyalarda yaranan bir anlayışdır. Hobsbaum və Gellnerdən fərqli olaraq, Andersonun millətçiliyə qarşı pisniyyəti yoxdur və onun fikrincə, millətçilik qloballaşan dünyada köhnəlmiş bir ideya deyil.
Yəhudi icmasının tarixi
Zemun icması
Zemun (serb. Земун) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 168.170 nəfərdən ibarətdir (2012-ci il), əhali sıxlığı isə 1047 nəfər/km² təşkil edir. Əhatə etdiyi sahə 150 km² bərabərdir, onların 63,0 %-i sənaye məqsədləri üçün istifadə olunur. İcmanın inzibati mərkəzi Belqrad şəhərinin ərazisində, Zemunda yerləşir. Zemun icması 2 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqələrin orta sahəsi 75,0 km²-dır. Yevangeliya kirxası 2005-ci ildən bəri mədəniyyət abidəsi sayılır, onu Huqa Erlix və Viktor Kovaç məktəbinin memarları inşa etmişdilər.
Zvezdara icması
Zvezdara (serb. Звездара) — Belqrad dairəsinə daxil olan Serbiyada icma. İcmanın əhalisi 140 559 nəfərdən ibarətdir (2007-ci il), əhali sıxlığı isə 4392 nəfər/km² təşkil edir. İcmanın adı azərbaycan dilinə tərcümədə "ulduzlarla məşğul olan" deməkdir, bu ad buraya Belqrad Rəsədxanası tikiləndən sonra verildi.
İcmalar palatası
İcmalar palatası (ing. House of Commons) — Birləşmiş Krallıq Parlamentinin və Kanada Parlamentinin otaqlarından birinin adı. Vestminster sisteminin iki palatalı parlamentində İcmalar palatası tarixən İki palatalı parlament adlanırdı. İcmalar palatası ümumiyyətlə Yuxarı Palatadan (Kanadadakı Senat və ya İngiltərədəki Lordlar Palatası) çox daha çox gücə malikdir. İcmalar Palatasında çoxluq təşkil edən partiyanın rəhbəri ümumiyyətlə baş nazir olur. Westminster sistemi olan əksər əyalətlər sonradan alt palatalarının adını Nümayəndələr Palatası olaraq dəyişdirdi.
İqtisadi Tarix İcmalı (jurnal)
İqtisadi Tarix İcmalı — İqtisadi Tarix Cəmiyyəti adına "Wiley-Blackwell" nəşriyyatı tərəfindən Böyük Britaniyada dərc edilən elmi jurnal.

Digər lüğətlərdə