Avropa Siyasi İcması (2022)
Avropa Siyasi İcması (ASİ; ing. European Political Community, EPC) — 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra yaradılmış, Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forum. Qrup ilk dəfə 2022-ci ilin oktyabrında Praqada 44 Avropa ölkəsindən olan iştirakçılar, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri ilə görüşmüşdür.
== Tarixi ==
ASİ Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2022-ci ilin mayında Rusiyanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Şurasının prezidenti vəzifəsində təklif edilmişdir. O, 23–24 iyun 2022-ci il tarixlərində bunu Avropa Şurasının iclasında rəsmi olaraq təqdim etmişdir. Qrup 6 oktyabr 2022-ci ildə toplanmış, 44 ölkənin dövlət başçıları kollektiv şəkil çəkdirimişdir. Rusiya və Belarus bilərəkdən iştirakdan kənarlaşdırılmışdır.
== Məqsədi ==
ASİ-nin məqsədi bütün qitədə Avropa ölkələri üçün siyasət koordinasiyası platforması təmin etmək və Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirmək üçün ümumi maraq doğuran məsələlərin, xüsusilə də Avropa enerji böhranının həllinin tapılması məqsədilə siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməkdir. Aİ üzv dövlətləri ilə yanaşı, ASİ-yə Azərbaycan, Birləşmiş Krallıq, Ermənistan, Gürcüstan, İslandiya, Moldova, Türkiyə və Ukrayna kimi ölkələr də daxildir.Birinci sammit zamanı razılaşdırılmışdır ki, Avropa İttifaqının rəhbərlik etdiyi missiya Azərbaycan–Ermənistan sərhəd böhranından sonra iki aylıq monitorinq müddətində Azərbaycan ilə sərhədin Ermənistan tərəfinə yerləşdirilsin.
== Üzvlər ==
Almaniya
Albaniya
Avstriya
Azərbaycan
Belçika
Böyük Britaniya
Bosniya və Herseqovina
Bolqarıstan
Çexiya
Xorvatiya
Danimarka
Ermənistan
Estoniya
Finlandiya
Fransa
Gürcüstan
Niderland
İspaniya
İrlandiya
İsveç
İsveçrə
İtaliya
İslandiya
Monteneqro
Kipr
Kosovo
Şimali Makedoniya
Latviya
Lixtenşteyn
Litva
Lüksemburq
Macarıstan
Malta
Moldova
Norveç
Polşa
Portuqaliya
Rumıniya
San-Marino
Serbiya
Slovakiya
Sloveniya
{{ {{{1}}}| miqyas =
| alias = Türkiyə
| flag alias = Flag of Turkey.svg
| flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg
| variant =
| altlink =
}}
Ukrayna
Yunanıstan
== İstinadlar ==
== Xarici keçidlər ==
Avropa Siyasi İcmasının iclası.