Belqradın icmaları
Belqrad Serbiyada ayrıca ərazi vahidi statusuna malikdir. Şəhər dairəsinin ərazisi 17 icmalara (serb. општина) bölünüb. Onların hər birində icma rəhbəri, icra hakimiyyəti, icma parlamenti və icma şurası kimi yerli özünüidarəetmə orqanları var. Parlament deputatların sayı 19-75 arasında olur. Onlar, öz növbəsində, icma şurası üzvlərini seçirlər. Qanuna əsasən, icma parlamenti yerli büdcənin idarə edir, yerli cəmiyyətləri yarada bilər, icma və şəhərin inkişaf planları barədə fikirlərini açıqlayır, tikinti üçün ayrılmış torpağı idarə edir və əhalinin hüquqi müdafiəsini təmin edir və s.
Yerli özünüidarəetmə çərçivəsində icma aşağıdakı funksiyaları yerinə yetirir:
icmanın fəaliyyətini təşkil edir, büdcə layihəsini qəbul edir
yerli cəmiyyətləri yaradır, onları maliyyələşdirir və cari məsələlərin həllində onlara kömək edir
urbanizm planları barədə fikirlərini açıqlayır
tikintilər üçün yer ayırır
yenidənqurma üçün binaların və obyektlərin siyahısını müəyyən edir
turizm və xidmət sahəsinin inkişaf etdirir
vətəndaşların hüquqi müdafiəsini təmin edir və s.
Bundan başqa, Baraevo, Qrotska, Lazarevats, Mladenovats, Obrenovats, Sopot və Surçin icmaları da yerli yollar və küçələrin vəziyyətinə nəzarət etməlidir və həmçinin kommunal xidmət sahəsinin fəaliyyəti və inkişafını təmin etməlidir.
İcma əhalisinin sayı haqqında məlumatlar 2011-ci ildə Serbiyada keçirilən siyahıya alınmaya görə göstərilib.