İCRƏT

is. [ ər. ] köhn.
1. Görülən iş üçün verilən haqq (pul), muzd (maaş), zəhmət haqqı.
[Hacı Rəcəbəli:] Ağa Mərdan, uşaqların icrətini məlum elə! M.F.Axundzadə.
Vəliquluya və Zibaya Xudayar bəy o qədər icrət təyin elədi ki, Zeynəb acından ölməsin… C.Məmmədquluzadə.

2. İcrətlə şəklində zərf – görülən iş üçün zəhmət haqqı alaraq; muzdla, maaşla, pulla. İcrətlə işləmək.
– Sabahı günü üç nəfər adam icrətlə tutub qəzalara göndərdi ki, Haqq Mövcudun ölüsünü, ya dirisini tapıb gətirsinlər. Ə.Haqverdiyev.
Gülzar bəzən qonşuları üçün icrətlə çalışırdı. C.Cabbarlı.

İCRASIZ
İCTİHAD

Digər lüğətlərdə

гарди́нно-тю́левый денационализи́роваться инсурге́нтский мягкосерде́чие пли усчи́тывание шестерёнка напо́рный орогове́ние отсве́чиваться пересу́шивать погу́дка ammonia ecodevelopment flackery keep back lifeblood mill nadir pinner red deer враньё дымиться касаться шпингалет