İCRA

is. [ ər. ] Bir işin, qərarın, hökmün və s.-nin yerinə yetirilməsi, həyata keçirilməsi. İcranı yoxlamaq. Göstərişin icrasına çalışmaq.
[Yusif şah] naçar ümuri-səltənətin icrasına iqdam etdi. M.F.Axundzadə.
Balacayev bu gün Gülöyşə vasitəsilə Rüxsarəyə tapşırıq verməyi və sonra da belə bir şahidin iştirakı ilə icrasını yoxlamağı qərara almışdı. S.Rəhimov.

□ İcra etmək – yerinə yetirmək, həyata keçirmək, əməl etmək.
[Dursun] öhdəsinə mühəvvəl olan işləri qeyrətlə icra edirdi. A.Şaiq.
İstər arvadı Nigar, istər çocuqları [Muradın] bütün əmr və tələblərini düşünmədən icra edər, onun sözündən çıxmazdılar. S.Hüseyn.

◊ İcra vərəqəsi hüq. – məhkəmənin hökmünü və ya qərarını həyata keçirmək üçün sənəd.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İCRA ifa
İCMALƏN
İCRAÇI

Digər lüğətlərdə