İCTİMAİYYAT
İCTİMAİYYƏTÇİ
OBASTAN VİKİ
İctimaiyyət
İctimaiyyət müəyyən meyarlara (sahə, zaman, münasibətlər, vs.) görə bir-birinə yaxın olan bir sosial qrupdur. İnsan ictimaiyyətlərində niyyətlər, inanclar, tərcihlər, imtiyazlar, tələblər və risk kimi faktlar ictimaiyyətin birliyi üzrə təsir göstərə bilər. == Ədəbiyyat == Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (Türkiyə)
Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi (türk. İletişim Başkanlığı) - 24 iyul 2018-ci il tarixində və 30488 saylı Rəsmi Qəzetdə nəşr olunan 14 nömrəli Prezident Fərmanı ilə yaradılmışdır. Mətbuat və İnformasiya Ümumi Müdirliyinin yerinə açılmışdır və birbaşa Türkiyə prezidentinə bağlıdır. Vəzifələri; ölkənin xaricdə tanıdılma fəaliyyətlərini istiqamətləndirmək, dövlətin tanıdılmasını idarə etmək.
İctimaiyyətlə əlaqələr
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. == Anlayış == Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
İctimaiyyətlə əlaqələrin tənzimləyiciləri
İctimaiyyətlə əlaqələrin tənzimləyiciləri — insanların davranışını və ya həyatın müxtəlif sahələrində digər tənzimləmə obyektlərinin vəziyyətini tənzimləyən müəyyən normaların məcmusu. Hər hansı bir cəmiyyətdə çox fərqli davranış qaydaları mövcuddur, bütöv bir ictimai münasibət tənzimləyici sistemi formalaşır və fəaliyyət göstərir. İbtidai cəmiyyətdə belə tənzimləyicilər var idi - qəbilə birliyinin həyatı üçün əhəmiyyətli olan ən vacib sosial münasibətləri tənzimləyən mono normalar sistemi (ritual, mif, adət). Müasir cəmiyyətdə mövcud olan tənzimləyicilər iki böyük qrupa bölünür: sosial və texniki. Qanuni ədəbiyyatda spontan tənzimləyicilər də vurğulanır. == Texniki tənzimləyicilər == Texniki qaydalara texniki normalar daxildir. Texniki norma - insanla xarici dünya (təbiət və ya texnologiya) arasındakı münasibətləri tənzimləyən, heç bir sosial məzmunu olmayan texniki vasitələrin və mexanizmlərin istismarı qaydaları. == Sosial tənzimləyicilər == Sosial tənzimləmə - insanların inkişafına müəyyən bir istiqamət vermək üçün insanların davranışlarına, sosial münasibətlərinə təsir. Sosial tənzimləmə texniki, bioloji və buna bənzər tənzimləmələrdən ayrılmalıdır, çünki adları çəkilənlərdən fərqli olaraq, yalnız insanlar arasındakı münasibətlərə təsir göstərir. Ümumiyyətlə sosial tənzimləmə normativ və təsadüfi olaraq bölünür.
İran Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzi
Xarici İşlər Nazirliyinin Mətbuat katibi (Farsca: سخنگوی وزارت امور رارجه) əsas vəzifəsi İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə və mətbuatla əlaqələrini təmin etməkdir.
İran Xarici İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Media Mərkəzinin rəhbəri
Xarici İşlər Nazirliyinin Mətbuat katibi (Farsca: سخنگوی وزارت امور رارجه) əsas vəzifəsi İran Xarici İşlər Nazirliyinin ictimaiyyətlə və mətbuatla əlaqələrini təmin etməkdir.

Значение слова в других словарях

барито́н заци́кленность кулачи́на микро... по-вдо́вьи подве́шивание присе́чься равенду́чный сортопрока́тка тёмная грибова́рочный жи́рный лито́граф маслообра́зный пло́шечка повесели́ться карпетка cabbalism diluent endorsee institutor otherguess typewriter white cedar софистика