1. sif. Çirkin, kifir, eybəcər.
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi.
Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç kəs də onu almaq istəməyir.
2. is. klas. Bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü (iqbal ziddi).
Getdi başından, könül, ol sərv qəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin.
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax!
Nəql edim bir-bir sənə mən hər yerin əhvalını; Bax, düşün, gör onların idbarını, iqbalını.