İDBAR

[ ər. ]
1. sif. Çirkin, kifir, eybəcər.
Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi; Vaqqıldama bayquş kimi, idbar dilənçi. M.Ə.Sabir.
Mahmuda atası öləndən sonra yalnız bir bacı qalmış ki, o da indi kifirin və idbarın biridir və heç kəs də onu almaq istəməyir. B.Talıblı.

2. is. klas. Bəxtsizlik, talesizlik, uğursuzluq, düşkünlük, tale dönüklüyü (iqbal ziddi).
Getdi başından, könül, ol sərv qəddin sayəsi; Ağla kim, idbarə təbdil oldu iqbalın sənin. Füzuli.
Sübh söndü şəb ki, xəlqə qiblə idi bir çıraq; Gecəki iqbalı gör, gündüzdəki idbarə bax! M.P.Vaqif.
Nəql edim bir-bir sənə mən hər yerin əhvalını; Bax, düşün, gör onların idbarını, iqbalını. Ə.Qəmküsar.

Синонимы

  • İDBAR idbar bax 1. eybəcər; 2. bədbəxtlik 1
  • İDBAR çirkin — eybəcər — kifir — bədeheybət

Антонимы

  • İDBAR İDBAR – GÖZƏL Rədd ol qapıdan, ağlama zar-zar, dilənçi! Vaqqıldama bayquş kimi idbar, dilənçi! (M.Ə.Sabir); Özünüz gözəl və göyçəksiniz (C
İDARƏSİZ
İDBARLIQ

Значение слова в других словарях

ветви́ться ла́зерный огнепокло́нничествовать подпо́ртиться развёрстываться размыва́ть рок-н-ро́лльщик ба́гги перевёрстывание пла́та полме́сяца прогресси́вка псевдоморфо́за щедрота́ челепига boom copy-book lush house Midland push around vacuous анемон приплывать противоатомный тошнить